“Bakı-2015” Avropa Oyunları ilk beynəlxalq idman elçilərini elan edib
17.12.2014 [10:14]
Dekabrın 16-da “Bakı-2015” Avropa Oyunları gələn yay keçiriləcək Oyunlar üçün idman elçisi seçilmiş idmançıları təqdim edib.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, yüksək səviyyəli idmançılar öz idman növlərini təmsil etmək üçün seçilib və birinci Avropa Oyunlarını təşviq etmək məqsədilə bütün qitədə keçiriləcək marketinq kampaniyalarına cəlb olunacaqlar.
Fransalı bədii gimnast Kseniya Mustafayeva və danimarkalı kanoeçı Rene Holten Poulsen, o cümlədən, serbiyalı Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçdən ibarət basketbol 3x3 komandası idman elçisi təyin ediliblər.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Elçi proqramının məqsədi bütövlükdə Avropadan olan yüksək səviyyəli idmançıların, o cümlədən Azərbaycandan olan medala namizədlərin İlk Avropa Oyunlarına dəstəyini təmin etməkdir və biz onun uğurlu olacağına inanırıq. Mən ilk beynəlxalq idman elçilərini təbrik edirəm. Biz həm onlarla, həm də “Bakı-2015”-i təşviq etmək üçün növbəti aylarda elan ediləcək digər elçilərlə işləməyi səbirsizliklə gözləyirik”.
Altı nəfər idmançı Avropa Oyunlarını təşviq etmək üçün öz vətənlərində və sosial mediada genişmiqyaslı marketinq kampaniyalarında iştirak edəcək.
Dünyanın ən uğurlu oyunçularından biri sayılan 29 yaşlı Domoviç Bulut deyib: “3x3 formatlı basketbol kimi innovativ bir idman növünün Avropa Oyunlarına daxil edilməsi olduqca önəmlidir. Biz azarkeşlərin bu oyunun sürətini və imkanlarını bəyənəcəyinə əminik. “Bakı-2015”-də Avropanın digər nüfuzlu komandaları ilə yarışmağı səbirsizlikLə gözləyirik”.
19 yaşlı Kseniya Mustafayeva bildirib: “Bakı-2015-də gimnastikanı təmsil edəcəyim üçün çox həyəcanlıyam. Gimnastikanın hər 5 bölməsinin təmsil olunduğu Avropa Oyunlarının qitənin ən yaxşı idmançılarının iştirak edəcəyi möhtəşəm bir tədbir olacağına əminəm”.
2008-ci ildə Pekin Olimpiya Oyunlarında gümüş medal qazanmış 26 yaşlı Poulsen deyib: “Bakı 2015-də keçiriləcək kanoe üzrə sprint yarışlarının yaddaqalan olacağı şübhəsizdir və İlk Avropa Oyunlarında bu idman növü üzrə elçi təyin olunmağım olduqca qürurvericidir”.
“Bakı-2015” bu yaxınlarda 11 nəfər azərbaycanlı idman elçisini təqdim edib. Yaxın vaxtlarda daha çox sayda beynəlxalq idman elçisinin elan edilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

