Bakı birinci Avropa Oyunlarına ev sahibliyi etməyə tam hazırdır
07.02.2015 [10:56]
Avropa Oyunlarına hazırlıq plan üzrə gedir və idman infrastrukturunda olan irəliləyiş bizi çox sevindirir.
AzərTAc xəbər verir ki, bu barədə fevralın 6-da “Fairmont Baku” mehmanxanasında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransında Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki məlumat verib.
Yüksək peşəkarlığa və qonaqpərvərliyə görə, “Bakı-2015”-in Təşkilat Komitəsinə minnətdarlığını bildirən Patrik Hikki qeyd edib ki, könüllülərin və texniki işçilərin uniformalarının təqdim olunması, idman obyektlərində həyata keçirilən işlər, nəqliyyat sistemi sahəsində əldə edilən irəliləyişlər Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyindən xəbər verir. Davosda “Bakı-2015”-in təqdimatının təşkili və yarışlara olan böyük maraq bu mötəbər idman tədbirinin təkcə Azərbaycan deyil, bütün Avropa üçün əhəmiyyətli olmasının bariz nümunəsidir.
Avropa Oyunlarına hazırlığın yekun mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran AOK-un prezidenti bundan sonra komitə tərəfindən ölkəmizə kiçik qrupların səfər edəcəyini və görülən işlərlə yaxından tanış olacaqlarını vurğulayıb. Qeyd edib ki, yaxın günlərdə 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacaq.
AOK-un Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən beşinci iclasında maraqlı müzakirələr aparıldığını deyən komissiyanın sədri Spiros Kapralos Təşkilat Komitəsinin uğurlarından söhbət açıb. Diqqətə çatdırıb ki, 1400-dək peşəkarın birgə çalışdığı komanda böyük uğurlara imza atır: “İnşa olunan və yenidən qurulan idman obyektlərində gördüklərimiz bizi yaxşı mənada təəccübləndirdi. Hazırda əsas diqqətimiz test yarışların təşkilinə yönəlib”.
Spiros Kapralos deyib ki, “Bakı-2015” tarixdə ilk Avropa Oyunlarını keçirmək yolunda sürətlə irəliləyir. Oyunlara sayılı günlər qalır və tikinti ilə bağlı bütün işlər zamanında başa çatdırılıb. Bütün bunlar Bakının Avropa Oyunlarına vaxtında hazır olacağına əminlik yaradır.
Bakıda keçirilən beşinci iclasda dəyərli fikirlərin səsləndirildiyini vurğulayan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov “Bakı-2015” üçün rekord müddətdə görülən işlərdən danışıb.
Nazir deyib: “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə dörd aydan bir az çox müddət qalır. Hələ görüləcək çox iş var və yaratdığımız iş dinamikası bir saniyə belə dayanmayacaq. Ölkəmizdə idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir ki, idmançılarımız beynəlxalq arenada uğurla çıxış edir, respublikamız irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Avropa Oyunlarından sonra Azərbaycan böyük bir irsə sahib olacaq ki, bu da növbəti uğurlara təkan verəcək”.
“Bakı-2015” birinci Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, Avropa Oyunlarının başlanmasına 126 gün qalır və biz hazırlıqların son mərhələsindəyik. AOK Koordinasiya Komissiyası üzvlərinin Bakıya səfəri onları əldə etdiyimiz irəliləyişlərlə tanış etmək və nailiyyətlərimizi nəzərdən keçirmək üçün əla fürsət oldu. “Bakı-2015” Azərbaycan və Avropa üçün tarixi hadisəyə çevriləcək və bunun üçün biz öhdəliklərimizi bağlanış mərasimindən sonra axırıncı qonaq Bakını tərk edənədək davam etdirmək niyyətindəyik.
Tədbirdə, həmçinin “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı videoçarx nümayiş olunub və jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42

