Neftçala birinci Avropa Oyunlarının məşəlinin rayonda şölələnməsinin böyük sevincini yaşayır
05.05.2015 [10:24]
Salyan rayonunda yandırılan birinci Avropa Oyunlarının məşəli mayın 4-də günün ikinci yarısında Neftçala rayonuna gətirilib. Rayon sakinləri estafet iştirakçılarını böyük coşqu ilə qarşılayıblar.
AZƏRTAC xəbər verir ki, Neftçala şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi olub. Birinci Avropa Oyunlarının məşəlini Azərbaycanın ərazi bütövlüyü uğrunda fiziki sağlamlığını itirmiş mədəniyyət işçisi Ceyhun Mehdiyev qəbul edib.
Bədən tərbiyəsi müəllimi Ülkər İbrahimova, məktəbli Səyyarə Səmədzadə, mədəniyyət işçisi Kamran Əsədov, boks üzrə gənclər arasında ölkə çempionatının qalibi Elmar Abbasov və finalçısı Həsənağa Həsənov, boks məşqçisi Xəyal Mustafayev, “Neftçala” futbol klubunun məşqçiləri Mehman İbrahimov və Fəxrəddin Mürvətov Mirzə Ələkbər Sabir küçəsi və Heydər Əliyev prospekti boyunca 4 kilometrə yaxın yolu qət edərək məşəli növbə ilə daşıyıblar.
Mərasimdə “Bakı 2015”-in ulduz elçiləri, sevilən aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun iştirakı sakinlərin bayram ovqatına xüsusi rəng qatıb.
Son məşəlçi, futbol məşqçisi Dilavər Yaqubov məşəli Bayraq meydanına gətirərək səhnəyə qalxıb və çırağı yandırıb. Coğrafiya fənni üzrə respublika olimpiadasının qızıl medalçısı İlham Səmədovun ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər saxlanılmaq üçün şəhərə hədiyyə edilib.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Məşəl yürüşü mərasiminin böyük sevincini yaşayan rayon sakinlərinin bir neçəsi təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə də bölüşüb.
Məşəl yürüşündə iştirak etmiş veteran futbolçu, hazırda Neftçalanın eyniadlı klubunda məşqçi işləyən Mehman İbrahimov: “Birinci Avropa Oyunlarının ən mühüm mərasimlərindən birinin iştirakçısı olduğum üçün sevincim hədsizdir. Bu etimada görə təşəkkür edirəm. Tarixdə yerini alacaq Oyunların idmanımızda xüsusi yeri olacaq və həmişə xatırlanacaq. Bu anların mənim də həyatımda xoş xatirə kimi xüsusi izi qalacaq. Məşəl estafetinin layiqincə qarşıladıqları üçün bütün həmyerlilərimə minnətdaram və onları bu bayram münasibətilə təbrik edirəm. Avropa Oyunlarında isə idmançılarımızın hər birinə uğurlar arzulayır və onlardan qələbə, ən əsası, layiqli çıxış gözləyirəm”.
Böyük Vətən müharibəsi veteranı Alxan Əliyev: “Bu günlər ikiqat sevinc yaşayıram. Mayın 9-da faşizm üzərində tarixi Qələbənin 70 illiyi tamam olur. Qələbənin əldə olunmasında azərbaycanlı döyüşçülərin də böyük rolu olub. İyunun 12-də isə Azərbaycanda birinci Avropa Oyunlarına start veriləcək. Bunların hər ikisi fərəh doğuran hadisədir. Bir arzum var: Qələbə gününü Şuşada, Xankəndidə də qeyd edək, bu məşəli Dağlıq Qarabağda da yandıraq”.
Rayon gənclər və idman idarəsinin rəisi Yalçın Nuriyev də sevinc hisslərini dilə gətirərək Azərbaycanda idmanın inkişafına göstərilən dövlət dəstəyindən danışıb, ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında çıxış edəcək idmançılara qələbə arzulayıb.
Sonra məşəl Azərbaycanın balıqçılıq və kürü sənayesinin aparıcı müəssisəsi olan məşhur nərə balıqartırma zavoduna aparılıb. Kür çayı sahilində salınmış yeni Bayraq meydanında ecazkar axşam mənzərələri seyr edilib, yelkən səyahətinə çıxılıb.
Neftçala rayonunda alovlandırılan birinci Avropa Oyunlarının məşəli oradan Şirvan şəhərinə istiqamət götürüb.
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38

