“Bakı-2017”nin könüllüləri arasında velosiped yarışı keçirilib
11.04.2017 [09:58]
Aprelin 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “Bakı-2017”nin könüllüləri arasında velosiped yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd sağlam həyat tərzini təbliğ etmək, gənclər arasında idmana həvəsi artırmaq, eləcə də “Bakı-2017” könüllülərinin asudə vaxtlarının səmərəli təşkili olub.
Bakı Ağ Şəhər bulvarında keçirilən velosiped yarışında 150-dən çox könüllü mübarizəyə qoşularaq bir kilometr məsafə qət edib və bacarıqlarını nümayiş etdiriblər. Yarışın təsnifat mərhələsi hər birində 13 könüllünün iştirak etdiyi turlardan ibarət olub. Bu turların qalibləri final mərhələsində yarışmaq hüququ əldə ediblər. Gərgin mübarizə şəraitində keçən final mərhələsinin sonunda finiş xəttinə ilk çatan beş könüllü qalib elan olunub.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru, könüllülərin səfiri Elçin Səfərov yarışla bağlı qeyd edib ki, Oyunların başlanmasına təxminən bir ay vaxt qalıb. Bu Oyunlarda könüllülərimiz stadionlarda öz funksiyalarını yerinə yetirəcəklər. Bizim velosiped yarışlarını təşkil etməkdə məqsədimiz Oyunlardan əvvəl könüllüləri bir yerə toplamaq və Azərbaycanda idmanın təbliğinə xüsusi diqqəti ayırmaqdır. Bugünkü yarışı Azərbaycan Velosiped İdmanı Federasiyasının hakimləri idarə edirlər. Yarış zamanı iştirakçıların təhlükəsizlik məsələləri təmin olunur. Ümid edirəm ki, burada iştirak edən gənclər gələcəkdə velosiped idmanı ilə məşğul olmağa xüsusi diqqət yetirəcəklər.
Velosiped idmanının təbliğinin əhəmiyyəti barədə danışan Elçin Səfərov deyib: “Velosipeddən istifadə həm sağlamlığa, həm nəqliyyat sıxlığının aradan qalxmasına, həm də ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfədir. Bu velosiped yarışını keçirməklə həmin məsələlərə diqqəti artırmaq istiqamətində addım atmaq istədik”.
Tədbirdə “Bakı-2017”nin idmançı səfiri Aynur Rzayeva da iştirak edərək könüllülərə dəstək olub.
Sonda yarışın mükafatlandırma mərasimi keçirilib. Qaliblərə velosiped hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49

