Azərbaycan Texniki Universitetinin İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub
18.11.2017 [00:18]
Noyabrın 17-də Azərbaycan Texniki Universitetinin İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, universitetlərin rektorları, ölkəmizin idman və təhsil ictimaiyyətinin, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Məlumat verilib ki, İdman Sarayının təməli Ümummilli lider Heydər Əliyevin iştirakı ilə qoyulub. Məhz Ulu öndərin şəxsi nəzarəti altında 1973-cü ildə sarayın tikintisi başa çatdırılaraq ali təhsil müəssisəsinin ixtiyarına verilib.
İştirakçılar İdman Sarayının basketbol, qılıncoynatma və digər zallarında yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, bu idman qurğusunda təkcə universitetin tələbələri üçün deyil, peşəkar idmanla məşğul olmaq istəyən gənclər üçün hər cür şərait yaradılıb. Sarayın ümumi sahəsi 1804 kvadratmetrdir. İdman Sarayı 928 tamaşaçı yerlikdir. Bu idman qurğusu ən yüksək beynəlxalq standartlara tam cavab verir. Burada trenajor, güləş, voleybol, basketbol, həndbol, futbol, badminton, qılıncoynatma, cüdo, boks və digər idman növləri ilə məşğul olmaq üçün mükəmməl şərait var.
Sonra idman sarayı ilə bağlı videoçarx nümayiş olunub.
İdman Sarayı ilə tanışlıqdan sonra dekabrda universitetlər arasında start veriləcək badminton turnirinin püşkü atılıb və yarışda mübarizə aparacaq 8 komandanın rəqibləri müəyyənləşib. Püşkün nəticələrinə görə, birinci turda Azərbaycan Dillər Universitetinin komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin təmsilçiləri ilə üz-üzə gələcək. Azərbaycan Texniki Universitetinin idmançıları isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təmsilçiləri ilə mübarizə aparacaqlar. Bakı Dövlət Universitetinin komandası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrini sınağa çəkəcək. Azərbaycan Tibb Universitetinin təmsilçiləri isə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası ilə qarşılaşacaqlar.
Açılış mərasimindən sonra konsert proqramı təqdim olunub.
Sonra badminton üzrə Azərbaycan çempionatının kişilər arasında fərdi yarışlarının final oyunu keçirilib.
Sonda badminton üzrə Azərbaycan çempionatının 5 kateqoriya üzrə qalibləri mükafatlandırılıb. Çempionatda 16-sı qız, 21-i oğlan olmaqla ümumilikdə 37 idmançı mübarizə aparıb. Finala vəsiqə qazanan 24 nəfər mükafatlarla təltif edilib.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetində və Bakıda, Sumqayıtda, Lənkəranda, Gəncədə və Qubada fəaliyyət göstərən 38 ümumi təhsil müəssisəsində badminton bölmələri açılıb. Hazırda bu bölmələrdə badminton üzrə peşəkar məşqçilər və məktəblərin idman müəllimləri çalışırlar.
Xəbər lenti
Hamısına baxAnalitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28

