İdmanın inkişafı hər bir ölkədə məktəb idmanının səviyyəsindən asılıdır
02.03.2018 [09:56]
Azərbaycan Məktəb İdmanları Federasiyasının təqdimat mərasimi keçirilib
Martın 1-də Milli Olimpiya Komitəsində Azərbaycan Məktəb İdmanları Federasiyasının (AMİF) təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, təhsil nazirinin müavini Firidun Qurbanov, Milli Məclisin deputatı, Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, AFFA-nın baş katibi Elxan Məmmədov və digər şəxslər iştirak ediblər.
AMİF-in prezidenti S.Hüseynova tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafından danışıb. O, ölkəmizdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin bu gün uğurla həyata keçirildiyini vurğulayıb. Federasiya prezidenti idmanın məktəblərdə geniş tətbiq edilməsinin vacibliyini qeyd edərək deyib ki, AMİF-in yaradılmasının əsas məqsədi məhz budur. 2017-ci ildə təsis edilən Azərbaycan Məktəb İdmanları Federasiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Beynəlxalq Məktəb İdmanı Federasiyası (BMİF) idmanın 43 növünü əhatə edir. Azərbaycanda isə 10-dan çox idman növü AMİF-in proqramına daxildir. S.Hüseynova AMİF-in yaradılmasına və fəaliyyətinə göstərilən dəstəyə görə Gənclər və İdman, Təhsil nazirliklərinə minnətdarlığını bildirib.
Sonra Beynəlxalq Məktəb İdmanı Federasiyası (BMİF) ilə bağlı videoçarx nümayiş olunub. Bildirilib ki, BMİF 1972-ci ildə Avropanın 21 ölkəsinin təşəbbüsü ilə təsis edilib. Təşkilatın əsas məqsədi məktəblərdə idmanın və sağlam həyat tərzinin təbliği üçün beynəlxalq yarışların təşkil edilməsidir.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, AMİF Azərbaycanda yaradılan 84-cü idman federasiyasıdır. Federasiyanın fəaliyyətə başladığı gündən uğurlu və səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir deyib: “Qarşıda böyük beynəlxalq yarışlar var. Məktəblilərimiz əvvəlki dövrlərdə belə yarışlarda iştirak ediblər. Onlar bundan sonra AMİF vasitəsilə daha çox turnirə qatılacaq və uğurlar qazanacaqlar. İdmançılarımız məktəb yaşlarından formalaşmağa başlayırlar. AMİF həm məktəblilərimizin sağlam həyat tərzi, həm də gələcək idmançılarımızın yetişməsi üçün vacib funksiya yerinə yetirir. Federasiyanın işinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və digər qurumlarımız fəal dəstək göstərəcəklər. AMİF-ə uğurlar arzulayıram”.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə vurğulayıb ki, idmanın inkişafı hər bir ölkədə məktəb idmanının səviyyəsindən asılıdır: “Azərbaycanda məktəblərdə “Olimpiya hərəkatı” layihəsi həyata keçirilir. Bu layihədə minlərlə şagird iştirak edib. AMİF-in yaradılması da şagirdlər arasında idmanın inkişafına təkan verəcək. Federasiyanın iş planları digər federasiyalara da bildirilməlidir ki, onlar da qarşıdakı mötəbər yarışlara hazırlaşa bilsinlər. Yeganə amalımız yeniyetmələr və gənclərin sağlam olmaları, məktəblərdə idman dərslərinin yüksək səviyyədə keçirilməsidir. MOK bu işdə hər zaman öz dəstəyini göstərməyə hazırdır”.
Təhsil nazirinin müavini Firidun Qurbanov AMİF-in yaradılmasının ölkəmizin həyatında mühüm ictimai hadisə olduğunu qeyd edib. Azərbaycanda idmanın inkişafına yüksək diqqət və qayğı göstərildiyini vurğulayan nazir müavini AMİF-in uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirib. Orta məktəblərdə idmanla bağlı layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdıran F.Qurbanov “Olimpiya hərəkatı” proqramının əhəmiyyətini yüksək qiymətləndirib və belə tədbirlərin gələcəkdə də təşkilinin vacibliyini söyləyib.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov AMİF-ə və federasiyanın prezidenti S.Hüseynovaya uğurlar arzulayaraq qurumun yaradılmasının önəmini vurğulayıb. Komitə sədri AMİF-in fəaliyyətinin paytaxtla yanaşı, regionlarda da səmərəli təşkil edilməsinin diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

