Bilal Ərdoğan: Çövkən oyununun təbliği istiqamətində fəaliyyətimizi davam etdirəcəyik
25.12.2019 [10:00]
Dünya Etnoidman Konfederasiyası gənc olmasına baxmayaraq, sıralarında 12 ölkədən olan üzvləri birləşdirir. Hazırda Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) konfederasiyaya üzvlük məsələsi müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan dekabrın 24-də jurnalistlərə açıqlamasında bildirib.
Yaxın vaxtlarda konfederasiyanın Antalyada təşkil olunacaq toplantısına 60 ölkədən, o cümlədən ARAF-dan nümayəndələrin də dəvət olunacağını vurğulayan Bilal Ərdoğan deyib: “İyulda Gədəbəydə keçirilmiş Milli Yaylaq Festivalında iştirak etdim. Ümumiyyətlə, bütün türkdilli ölkələrdə milli idman növlərinin inkişafına çalışırıq. Azərbaycanlı qardaşlarımızla sıx əməkdaşlıq edirik. Azərbaycanda beynəlxalq yarışlar yüksək səviyyədə təşkil olunur. Azərbaycanda milli idman növlərinin inkişafı Türkiyədə də həmin idman növlərinin tərəqqisinə imkan verir. Biz öz mədəniyyətimizi və milli idman növlərimizi inkişaf etdirməliyik”.
Çövkən milli atüstü oyununun Türkiyədə də inkişaf etdirilməsinin nəzərdə tutulduğunu vurğulayan konfederasiyanın prezidenti bunun üçün geniş potensialın olduğunu qeyd edib. O, çövkənin İstanbul mədəniyyət festivalında tanıdılmasının, Türkiyədə keçirilən qış idmanı festivalında idmanın bu növü üzrə turnirlərin təşkilinin önəmini vurğulayaraq deyib: “Türkiyədəki Çıldır gölü qışda donur və burada qış oyunları festivalı keçirilir. Çövkən idman oyunları üzrə yarışlar burada təşkil oluna bilər. Çünki çövkən 200 ildir Anadoluda unudulub. Bu idman növünü yenidən tanıtmaq və iki ölkə arasındakı münasibətlərə töhfə vermək istəyirik. Çövkən oyunlarının geniş yayılması və təbliği üçün fəaliyyətimizi davam etdirəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10

