Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Legiya” rəsmisi: “Mahir Emrelinin bizimlə müqavilə öhdəliyi var”

“Legiya” rəsmisi: “Mahir Emrelinin bizimlə müqavilə öhdəliyi var”

05.01.2022 [17:01]

“Mahir Emrelinin bizimlə müqavilə öhdəliyi var”. “Yeni Azərbaycan” xəbər verir ki, bu sözləri Polşanın “Legiya” klubunun idman direktoru Yatsek Zelinski deyib. 
Varşava təmsilçisi yanvarın 6-da Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışına başlayacaq. Azərbaycan yığmasının futbolçusu Mahir Emreli isə komanda ilə birgə Dubay səfərinə yollanmaq fikrində deyil. Buna səbəb həmyerlimizin “Visla” (Plotsk) ilə oyundan (0:1) sonra baş vermiş insidentdə xəsarət almasıdır.

Hazırda futbolçu meneceri ilə birgə “Legiya”dan ayrılmağın yollarını axtarır. Zelinski isə bildirib ki, mövcud sözləşməyə əsasən, Emreli yanvarın 6-da komandanın digər üzvləri ilə birlikdə testlərə qatılmalıdır: “Azarkeşlərin hücumuna məruz qalmış digər futbolçu Lukinyas Emrelidən fərqliolaraq, plan üzrə toplanışa qatılıb”.

Paylaş:
Baxılıb: 886 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28