11 günə 4 oyun
15.11.2022 [10:42]
“Qarabağ”ın “Sabah”la heç-heçə oyunu
Noyabrın 13-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura “Sabah” və “Qarabağ” arasında keçirilən mərkəzi qarşılaşma ilə yekun vurulub. Turun son matçında “Sabah” “Qarabağ”ı qəbul edib. “Bank Respublika Arena”da oynanılan görüş qolsuz heç-heçə ilə başa çatıb. Cari mövsüm ölkə çempionatında ilk dəfə xal itirən “köhlən atlar” hazırda turnir cədvəlinə başçılıq edir. Ağdam klubunun aktivində 40 xalı var. Liderdən 5 xal geri qalan paytaxt təmsilçisi isə 2-ci pillədə qərarlaşıb.
XIV turun son matçında...
Əvvəla komandaların heç birinin qolu olmasa da, meydanda olduqca maraqlı, gərgin mübarizə var idi. “Qarabağ”ın qalibiyyət üçün kifayət qədər şansı olsa da, komanda bir xalla kifayətləndi. Odur ki, bir xal da pis nəticə deyil. Nəticə etibarilə ilk hissəni “Sabah”, ikinci hissəni “Qarabağ” yaxşı oynadı. Bunun da əsas səbəbi “Qarabağ”ın oyunçularında yorğunluq olması idi. Bunu azarkeşlər də açıq şəkildə hiss edirdi. Yəni oyunun bu şəkildə olmasını “Sabah”ın güclü oynaması ilə yox, “Qarabağ”ın zəif oynaması ilə bağlamaq olar. 11 günə 4 oyunda iştirak etmək oyunçularda müəyyən yorğunluq yaradır. Oyunlardan ikisinin Avroliqa, ikisinin isə səfər oyunu olması məsələni açıqlayır. Məlumdur ki, sözügedən oyunlarda “Qarabağ” güclü rəqiblərlə rastlaşıb və yüksək performans nümayiş etdirib.
Azərbaycan liqasının oyunlarında azarkeşlərin də aktiv olmasına ehtiyac var. Heç kimə sirr deyil ki, enerjini, duyğunu ötürməkdə azarkeşlərin rolu böyükdür. “Qarabağ” bu dəstəyi Çempionlar liqasında, Avropa liqasında kifayət qədər hiss edib və ona uyğun nəticələr göstərib. Hətta həmin təəssüratlarla, inamla səfər oyunlarından qalibiyyətlə qayıdıb. Hərhalda azarkeşlər “Qarabağ”ın gücünə inandığından Azərbaycan liqasında kütləvi iştiraka ehtiyac duymur. Ancaq son oyunlar göstərir ki, komandanı hər an, hər yerdə dəstəkləmək, azarkeşlərin oyunçuların yanında olduğunu hiss etdirmək lazımdır.
“Sabah”ın performansına gəldikdə komandanın bu cür oyun nümayiş etdirməsi sevindirici haldır. Çünki rəqabət futbolda önəmli faktorlardan biridir. Rəqabət olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycan liqasında “Sabah” kimi komandaların sayının artması yalnız “Qarabağ”ın daha da güclənməsinə gətirib çıxaracaq.
Qurbanovun təəsüratları
Oyun barədə fikir yürüdən təkcə azarkeşlər deyil. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da “Sabah”la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında oyun barədə təəssüratlarını bölüşüb.
Mütəxəssis bildirib ki, futbolçular il boyu eyni tempdə oynaya bilməz: “Çox dinamik və baxımlı oyun oldu. Sadəcə, qol çatmadı. Bu da olsaydı, daha maraqlı alınardı. Hər iki komandanın çıxışından çox razı qaldım. Bu cür matçlar inkişaf üçün təkandır. Futbolçularım xarakter göstərdilər, sonadək mübarizə apardılar. Qarşımızda bacarıqlı komanda var idi. İlk dəqiqələrdə rəqibin istəyi daha çox idi. Hücuma tez çıxırdılar. Bəlkə də buna görə topa nəzarət edə bilmirdik. Bu cür matçlara hazır olmalıyıq”.
O, statistikalarla maraqlanmağı xoşlamasa da, buna məcbur qaldığını söyləyib: “Komandanı hər oyuna yaxşı hazırlamaq önəmlidir. Uğurlu seriya ola bilər. Çempionluq istəyiriksə, bütün matçda qələbə qazanmağa çalışmalıyıq”. Baş məşqçi noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatına da toxunub: “Komandalarla maraqlanmamışam. İspan futboluna azarkeşlik edirəm. Onların çıxışını izləyəcəyəm. Amma favoriti açıqlaya bilməyəcəyəm”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 Fevral 16:55
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56

