Fintex strategiyası: bank və vətəndaş üçün faydası nə olacaq?
16.05.2024 [10:40]
Azərbaycanda “2024-2028-ci illər üzrə fintex strategiyası” hazırlanır. Strategiyada rəqəmsal imkanların genişləndirilməsi, fintex üzrə qabaqcıl dünya alətlərinin ölkıəmizdə tətbiqinin genişləndirilməsi, xarici şirkətlərlə bu sahədə əməkdaşlıq, yeni hədəflər öz əksini tapacaq. Qeyd edək ki, mayın 14-də Bakıda keçirilən “Fintex Sammit 2024” (Maliyyə və Texnologiyalar Expo) sammitində Azərbaycanın bank və maliyyə sistemində tətbiq olunan yeni innovativ layihələr və rəqəmsal yeniliklərdən bəhs edilib, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi aparılıb. Eyni zamanda, ölkəmizin fintex platformasında daha fəal yer alması üçün bir sıra həll yolları göstərilib.
Fintex nədir?
Müasir dünyanın rəqəmsal arxitekturasında mühüm yer tutan fintex maliyyə və texnologiya sahəsində elektron xidmətlərin geniş tətbiqini özündə birləşdirən nəhəng bir sistemdir. “Financial Technologies”in qısaldılmış adı kimi beynəlxalq maliyyə sektorlarında özünə yer tapmış fintex (“FinTech) son illərin ən trend bazar terminlərindən birinə çevrilib. Bu sistem texnologiyaların maliyyə sektoruna inteqrasiya olunması sayəsində maliyyə xidmətlərinin daha rahat, daha təhlükəsiz və daha sürətli həyata keçirilməsinə imkan verən bir innovasiya modeli deməkdir.
Fintex təxminən son 10 ildə qlobal maliyyə sistemində özünü doğruldan və geniş əhatə qazanan vasitə kimi demək olar ki, rəqəmsal dövlət quruculuğunda fəal olan ölkələrin həyatına daxil olub. Bu sistemin əsas funksiyalarından biri bank və maliyyə təşkilatları arasında pul və digər maliyyə alətlərinin qarşılıqlı dövriyyəsini, borc alıb borc verilməsini təmin etməkdir. Ənənəvi bankçılıqda borcalma və borcvermə kimi ən sadə maliyyə əməliyyatları uzun zaman və fizki olaraq texniki güc sərfinə səbəb olurdusa, fintexdə belə hallar yoxdur, bu sistemin sayəsində bütün maliyyə əməliyyatları asan və sürətli platforma üzərindən həyata keçirilir.
Fintex əsasən bank sektorunun müasir ritmini tənzimləyən vasitə kimi daha çox diqqəti cəlb edir. Burada həm banklar öz aralarında daha asan maliyyə və borc öhdəliklərini yerinə yetirməyə nail olur, kargüzarlıq işi demək olar ki, sıfıra düşür, fiziki xərclər azalır. Eyni zamanda, fintexdə bank müştərilərinin də işçləri rahat və qısa zamanda manesiz həyata keçirilir. Onlar bank filiallarında yorucu və uzun vaxt keçirmir, əməliyyatları fintexin köməyi bir neçə dəqiqədə həll etmiş olurlar. Bu sistemin köməyilə banklarda hesab açmaq, depozit yerləşdirmək, kredit xəttini onlayn formada təmin etmək mümkündür. Müştərilərin bunun üçün banka gedib imza atmağa ehtiyac qalmır, onlar “Asan imza” və “Sima imza” ilə bütün bu əməliyyatları internet üzərindən həyata keçirmək imkanlarına malikdirlər.
Beləlilklə, fintex banklar və sahibkarlar, sahibkarların özləri, maliyyə qurumları və biznes təşkilatları və vətəndaşlar arasında maliyyə ünsiyyətinin təmin edən geniş platforma funksiyasını təmin edən rəqəmsal xidmət infrastrukturiu kimi Azərbaycanın müasir həyatında yer almaqdadır.
Fintexin tətbiqi üçün baza və infrastruktur hansı səviyyədədir?
Ölkəmizdə son illərdə elektron bankçılıq və rəqəmsal bankçılıq infrastrukturları üçün möhkəm zəmin yaradılıb. Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərinin innovativ texnologiyalar platformasında quraraq daha təhlükəsiz və operativ elektron xidmətlərin son müştəriyə çatdırılması istiqamətində zəruri addımlar atılıb. Ən son rəqəmsal alətlər bank sisteminə inteqrasiya olunub. Son 5 ildə bankların müasir maliyyə texnologiyalarının tətbiqinə 300 milyon manatdan artıq sərmayələri də məhz bu arxitekuranın möhkəmlənməsinə imkan verib. Mərkəzi Bank tərəfindən müasir ödəniş həllərini ehtiva edən Ani Ödənişlər Sistemi və blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi yaradıb, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində real şəraitdə yeni fintex məhsul və xidmətlərini sınaqdan keçirməyə imkan verə biləcək xüsusi tənzimləyici sistem hazır vəziyyətə gətirilib. Pilot olaraq fiziki və hüquqi şəxslər üçün məsafədən bank hesablarının açılması funksionallığı tam olaraq rəqəmsallaşdırılıb. Bu sistem fintex üçün əsaslı fiziki və hüquqi baza olmaqla artıq fiziki və hüquqi şəxslərin banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə etməsinə, bank xidmətlərinə əlçatanlığın təmin olunmasına və məxfiliyinin qorunmasına inkan verir.
Onu da qeyd edək ki, ölkəmizdə fintex- mənimsəyən və tətbiq edən bank və şirkətlərin sayı artıb və hətta fintex sahəsində fəaliyyət göstərən şirkətlərimizdən 5-i digər ölkələrin (Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan) bazarlarına daxil olub. Bu o deməkdir ki, Azərbaycanın maliyyə sektorunda fintexi tam mənimsəyərək xarici bazar iştirakçıları ilə rəqabətə girə biləcək dayanıqlı maliyyə qurumları formalaşıb.
Hazırda isə Azərbaycanın fintex sistemini daha da inkişaf etdirmək, bu paltformaya qoşulan bütün iştirakçıların fəaliyyətini vahid məkandan idarə etmək, qabaqcıl fintex şirkətləri ilə inteqrasiyasını artırmaq üçün milli strategiyanın hazırlanması zərurəti meydana çıxıb. Bu məqsədlə hazırlanan “2024-2028-c? illər üzrə fintex strategiyası”rərəmsal maliyyə əlçatanlığının asanlaşmasında daha mühüm hüquqi sütun olacaqdır.
ELBRUS
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

