Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Büdcənin gəlir və xərcləri artırıldı

Büdcənin gəlir və xərcləri artırıldı

08.06.2024 [10:25]

Milli Məclis 2024-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsini birinci oxunuşda təsdiq edib

Milli Məclisin iyunun 7-də keçirilən plenar iclasında 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi birinci oxunuşda təsdiq edilib. Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır. Büdcə kəsiri 764 milyon manat artaraq 3 milyard 354 milyon manata çatdırılıb. Beləliklə, dürüstləşmədən sonra büdcənin gəlirləri 2 milyard 180 milyon manat və ya 6,4 faiz, xərcləri isə 2 milyard 944 milyon manat artırılıb. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcə zərfinə dəyişiklikləri şərtləndirən əsas amillərdən danışarkən qeyd edib ki, Qarabağ və Şərgi Zəngəzurda tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin artırılması, infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə vəzifələrin icrası üçün dövlət büdcəsi qarşısında əlavə 3,7 milyard manat maliyyə tələbatı yaradıb. Qeyd olunan maliyyə tələbatının gözlənilən artımı dövlət büdcəsinin yenilənmiş proqnozlara əsasən gəlirlərinin, büdcə kəsirinin böyüdülməsi, təsdiq olunmuş büdcənin bəzi xərclərinin optimallaşdırılması və yerdəyişməsi nəticəsində formalaşan sərbəst vəsait hesabına qarşılanması nəzərdə tutulur. 

Büdcənin artan əlavə gəlirlərini təmin etmək üçün mövcud iqtisadi artım mənbələri və fiskal yığımların dinamikası da kifayət qədər qənaətbəxşdir. Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38,2 milyard manat, o cümlədən qeyri-neft-qaz sektorunda 24,2 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artıb. Eləcə də cari  ilin 4 ayının dövlət büdcəsinin icra göstəricilərində artımlar qeydə alınıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 12 milyard 144 milyon manat proqnoza qarşı 13 milyard 259 milyon manat olub ki, bu da nəzərdə tutulduğundan 1 milyard 115 milyon manat və ya 9,2 faiz çoxdur. Proqnozla müqayisədə artımın 67,9 faizini, yaxud 750 milyon manatını qeyri-neft-qaz sektoru, 32,1 faizini və ya 358 milyon manatını isə neft-qaz sektoru üzrə əlavə gəlirlər təşkil edib. Beləliklə, cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6 milyard 867 milyon manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434 milyon manat və ya 6,8 faiz çoxdur. Ötən dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil etməklə proqnozu 1,5 faiz üstələyib.

Beləliklə, hazırkı fiskal vəziyyət və yığım potensialı dövlət büdcəsi gəlirlərinin ilin sonuna proqnozlaşdırılan göstəricidən daha da çox olacağını deməyə bizə əsas verir. Bu isə dürüstləşmədən sonra artırılan gəlirlər hesabına büdcədə nəzərdə tutulan bütün xərc maddələrinin icra olunmasını təmin edə biləcək. 

Dürüstləşmədən sonra dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi və ya 17,7 milyard manatı neft sektorunun payına düşəcək. Büdcənin əsas fiskal gücü - 18,6 milyard manatı və ya 51,1 faizi isə qeyri-neft sektorunun payına düşəcək. Belə ki, artım üçün əlavə edilən 2,2 milyard manat vəsaitin cəmi 605 milyon manatını neft-qaz sektorundan daxil olan vəsaitlər təşkil edəcək, qalan 1,6 milyard manat isə tamamilə qeyri-neft yığımları olacaq. Bu da o deməkdir ki, büdcədə yenə də əsas fiskal ağırlıq mərkəzi qeyri-neft mənbələrinin sütunları üzərində formalaşacaq. 

2024-cü il dövlət büdcəsinin artırılan əlavə xərclərinin məbləği 2,9 milyard manata bərabərdir ki, həmin xərclərin təxminən 2,1 milyard manatı azad edilmiş ərazilərin bərpa və quruculuq işlərinə yönəldiləcək. Bu isə ölkəmizdə bir nömrəli vəzifə olan azad edilmiş ərazilərdə quruculuq işlərinin daha da geniş miqyas almasının ritminin artırılmasına əlavə güc və maliyyə təminatı olacaq. Bununla da büdcədə 2024-cü il üzrə azad edilmiş ərazilərin bərpası xərcləri 9,9 milyard manata çatacaq. 

Büdcədə xərclərin artırılmasından sonra digər əsas xərc maddəsi kimi  strateji məqsədlərdən biri olan milli təhlükəsizlik məsələlərinin maliyyə təminatının daha da yaxşılaşdırılması prioritetlilik təşkil edəcək. Bu sahəyə əlavə yönələn xərclərin məbləği 705 milyon manata bərabərdir, bununla da büdcədə müdafiə və milli təhlükəsizlik xərclərinin həcmi 7 milyard 126,3 milyon manata çatmış olacaq. 

İkinci əsas xərc istiqaməti ki, bu sahəyə əlavə yönələn xərclərin məbləği 705 milyon manat təşkil edir və həmin sahənin ümumi xərcləri 7 milyard 126,3 milyon manata çatmış olacaq

Yenidən baxılma ilə 2024-cü il icmal büdcənin gəlirləri isə 43 milyard 480 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 4482,5 milyon manat və ya 11,5 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 45 milyard 591,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3215,6 milyon manat və ya 7,6 faiz çoxdur. İcmal büdcə 2,1 milyard manat kəsirlə proqnozlaşdırılır. 

İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2 milyard 36 milyon manat və ya 16,9 faiz artmış olacaq. Fondun büdcəsinin xərcləri isə 4,7 milyon manat çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 30 milyon manat artırılmaqla 6 milyard 949,9 milyon manat təşkil edəcəkdir. İcbari Tibbi Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 38,9 milyon manat artırılmaqla 2 milyard 850,3 milyon manata çatacaq. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri isə 238 milyon manat proqnozlaşdırılır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 186 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30