Sənaye parkı ailəsinin 7-ci üzvü
14.06.2024 [10:23]
Hacıqabul Sənaye Parkının yaradılması sənaye potensialına əlavə güc qatacaq
Məlum olduğu kimi Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradılıb. Sənaye məhəlləsinin sənaye parkına çevrilməsində əsas məqsəd həmin ərazidəki iqtisadi imkanların daha da artırılması, qeyri-neft sektorunun davamlı inkişafına töhvə verəcək resursların tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılmasıdır. Sənaye parkları zəruri infrastrukturlarla təmin edilmiş və idarəetmə qurumlarının daha böyük yer aldığı, müasir sənaye texnologiyalarının tətbiqi üçün əlverişli imkanların şaxələndiyi geniş iqtisadi statusa malik ərazi olduğundan Hacıqabul Sənaye Parkının yaradılması da Azərbaycanın yeni sənayeləşmə siyasətinə əhəmiyyətli töhfə verəcək.
Hacıqabul Sənaye Parkının yaradılması çərçivəsində indiyədək yeni adlı sənaye məhəlləsinin rezidentləri müəyyən edilmiş prioritet istiqamətlərə uyğun olaraq fəaliyyətlərini davam etdirəcəklər. Yəni onlar bundan sonra sahibkarlıq subyektləri kimi Sənaye Parkının rezidenti qismində təmsil olunacaqlar, bu isə həmin sahibkarların daha böyük iqtisadi statusa və sənaye imkanları baxımından əlverişli mövqeyə malik olmaları deməkdir. Həmin iqtisadi imkanlar qeyri-rezident kimi fəaliyyət göstərən sahibkarlara da aiddir.
Beləliklə, Azərbaycanda sənaye parkı ailəsinə daha bir iqtisadi subyektin daxil olması ilə ölkəmizdə yaradılmış bu iqtisadi modellərin sayı 7-?ə çatmış olur. Belə ki, ölkəmizdə Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları fəaliyyət göstərir. Həmin parkların hər biri yerləşdiyi ərazinin coğrafi və iqtisadi spesifikasına, sənaye xüsusiyyətlərinə uyğun olaraq müxtəlif adda sənaye məhsulları istehsal edir və yaxud istehsalın təşkili ilə məşğuldur. Ümumlikdə, 4-cü sənaye inqilabının ən inadlı və innovativ hədəflərini qarşıya məqsəd qoymuş Azərbaycanın bütün sənaye parklarının vahid ali prinsipi dünya bazarında rəqabətdən geri qalmayan malların ixracını təmin etməkdir.
Azərbaycan hökuməti sənaye parklarının yaradıldığı ilk gündən (ilk sənaye parkı olan Sumqayıt Kimya Parkı 2011-ci ildə yaradılıb) bu iqtisadi modeli iqtisadiyyatın innovativ və yüksək texnologiyalar üzrə aparıcı bölməsi kimi müəyyən edərək rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün bütün zəruri imkanları yaradıb, müxtəlif iqtisadi stimullar, güzəştlər, dövlət dəstəyi tədbirləri verib, ən münbit şəraiti formalaşdırıb, parklara investisiya qoyuluşlarını motivasiya etmək üçün sahibkarlara dünya praktikasında azad iqtisadi zonalarda tətbiq olunan səmərəli iqtisadi alətləri tətbiq edib. Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisi, torpaq vergisi və mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Eləcə də işğaldan azad edilmiş ərazilərdə (Ağdam və “Araz Vadisi İqtisadi Zonası”) fəaliyyət göstərən sahibkarlar istehsal prosesində istifadə etdikləri bir sıra xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad olunublar. Həmçinin istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20%-i qədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir.
Ümumilikdə isə indiyədək sənaye parklarında çalışan rezidentlər 400 milyon manata yaxın vergi güzəştindən faydalanıblar. Sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyə qədər 456,7 milyon manat vəsaitə qənaət ediblər. Bu stimullaşdırıcı siyasət tədbirləri öz müsbət bəhrəsini verib və indiyə qədər Azərbaycandakı sənaye zonalarında 12 milyard manata yaxın məhsul istehsal edilib ki, onun böyük bir hissəsi sənaye parklarının payına düşür.
Yeri gəlmişkən,“BIK Ratings” beynəlxalq reytinq agentliyinin ötən il dərc etdiyi sənaye parklarının reytinq siyahısında Azərbaycanın 3 subyekti - Mingəçevir Sənaye Parkı (3-cü yer), Pirallahı Sənaye Parkı (7-ci yer) və Qaradağ Sənaye Parkı (10-cu yer) ilk onluqda yer alıb.
Beləliklə, Hacıqabul Sənaye Parkının yaradılması ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasına əlavə güc qatacaq. 60 hektar ərazidə fəaliyyət göstərəcək Hacıqabul Sənaye Parkının qarşısında yeni sənaye hədəfləri və rəqabətli bazar axtarışları dayandığından sözsüz ki, infrastruktur bazasının, istehsal və xidmət şəbəkələrinin də böyüməsinə ehtiyaclar yaranacaq ki, bu da ərazinin daha da genişləndirilməsi də təmin olunmalıdır. Bununla bağlı dövlət başçısı tərəfindən sənaye texnoparklarının idarəedicisi olan quruma müvafiq tapşırıqlar verilib. Bu baxımdan Sənaye Parkının ərazisinin təxminən 2 dəfə böyüdülməsi mümkünləşəcək ki, nəticədə Hacıqabul Sənaye Parkı geniş bir sənaye zonasına çevriləcək. Burada fəaliyyət göstərəcək rezident və qeyri-rezidentlərin sayı da artacaq, istehsal şəbəkəsi və məhsul istehsalı və ixracı üçün imkanlar da böyüyəcək, işçilərin əhatəsi də genişlənəcək. Bu isə sənayedə məşğulluğun da payının artmasına töhfə verəcək.
Ən mühüm amil isə sözügedən Sənaye Parkının Azərbaycanın sənaye ixracına qoşulması olacaq. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyri-neft-qaz sənaye ixracının payının 25 faiz artırılması nəzərdə tutulub, bu amil də artıq sənaye parkların ailəsində yer alan Hacıqabul Sənaye Parkının qlobal bazarın tələblərinə uyğun ən müasir sənaye xəttinin formalaşmasını tələb edir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

