Kiçik və orta biznesin kredit tələbi artır
14.06.2024 [10:37]
Bankların yüksək kredit faizləri isə biznesin maliyyə ehtiyaclarının qarşısını alır
2023-cü ilin ilk beş ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib. Sahibkarların investisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitabank” ASC, “AccessBank” QSC, “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib. Digər bankların güzəştli kreditlərin çatdırılmasında payı aşağıdır. Bu kreditlər bankların öz maliyyə aktivlərindən yönələn vəsaitlər deyil, dövlətin resurslarıdır, yəni büdcədə nəzərdə tutulmuş vəsaitlərdən sahibkarlığın dəstəklənməsi məqsədilə təmin edilən güzəştli maliyyə mexanizmidir. Banklar və müvəkkil kredit təşkilatları bu prosesdə sadəcə vasitəçi, ötürücü rol oynadığından kreditlərin mənbəyi onların vəsaitləri sayılmır. Sahibkarların əsas maliyyə dayağı kimi yenə də dövlət əsas vasitəçi funksiyaya malik olur, güzəştli kreditlərlə onlar qismən də olsa ehtiyaclarını ödəməyə çalışırlar.
Ancaq maliyyə tələbi daha böyükdür, dövlətin ayırdığı güzəştli kreditlərin həcmi ildə təxminən 180-200 milyon manat təşkil etdiyi halda, biznesin kreditə olan illik ehtiyacı 2 milyard manata yaxındır. Hazırda ölkə iqtisadiyyatının inkişaf tələblərindən qaynaqlanan iqtisadi ehtiyaclar isə biznesin kreditlərə tələbatını daha da artırmaqdadır. Mərkəzi Bankın (MB) açıqladığı məlumata görə, hazırda ölkədə biznesin resurs imkanları daha çox kredit əldə edilməsini şərtləndirir. 2024-cü ilin ilk rübündə bu ehtiyaclar bir qədər də artıb, xüsusilə də mikrosahibkarlıq subyektlərinin kreditlərə daha çox ehtiyacı yaranıb. Mikro və iri sahibkarlıq subyektləri üzrə kredit tələbi azalsa da, kiçik və orta sahibkarlıq subyektləri üzrə kredit tələbi artıbdır. MB-nin proqnozlarına görə, cari ilin növbəti aylarında biznes kreditlərinə tələbdə yeni artımlar gözlənilir. Ona görə də, banklar tərəfindən növbəti rübdə mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinə kreditlər üzrə standartlarda yumşalmanın olması labüddür.
Göründüyü kimi kiçik və orta biznes üçün kredit tələbatı hər rüb artır, bu prosesdə isə bankların üzərində məsuliyyət düşür, çünki dövlətin əsas funksiyası funksional rol oynamaqla müxtəlif dəstəkləyici və təşviqedici alətləri tətbiq etməklə bank sektorunu bu prosesə cəlb etməkdir. Bu istiqamətdə son illərdə həyata keçirilən institisional islahatlar, bank sektorunda bankların gəlir əldəetmə imkanlarının yaxşılaşdırılması, Mərkəzi Bank tərəfindən yürüdülən siyasət bankların kifayət qədər resurslara malik olmasını şərtləndirir. MB son 2 ildə davamlı olaraq uçot dərəcəsini aşağı salır, sonuncu dəfə uçot dərəcəsi 2024-cü il mayın 2-də 7,5 faizdən 7,25 faizə endirilib. Faiz dəhlizinin aşağı həddi 6,25 faiz saxlanlıb. Bu, MB-nin faiz parametrləri ilə bağlı son 6 ayda 4-cü qərarı olmaqla üzü aşağıya istiqamətlənən təşviqedici uçot siyasətidir və bu qərarlar banklar üçün də fürsətlər deməkdir, kreditləri ucuzlaşdırmağa stimul verən siyasət tədbirlərindən biridir.
Yəni mövcud uçot stavkası aşağı faizli kredit verməyə tam imkan yaradır.
Azərbaycan banklarının kredit portfeli hədsiz dərəcədə böyükdür və kredit vermək üçün qayğıları yoxdur. Resursların həcmi istehlaka və iqtisadi sahələrə yetərincə kredit verməyə geniş imkan yaradır. Eləcə də bank sektorunun xalis mənfəəti son bir ildə əhəmiyyətli dərəcədə böyüyüb, təkcə yanvar-mart aylarında mənfəəti 300 milyon manatdan çox artaraq 1 milyard 370 milyon manata çatıb. Bu həcmdə mənfəət bankların kredit resurslarını təmin etməkdə nəhayətsiz portfelə malik olmasını təsdiqləyir. Eləcə də bankların depozit portfeli xeyli böyüyüb, ilk rübdə 345 milyon manata yaxın əlavə depozit cəlb edilib ki, bu da bankların kredit vermək üçün böyük resurslara malik olduğunu göstərir. Ona görə də bankların kredit siyasətini yumşaltması tam mümkündür.
Ancaq bütün bunlara baxmayaraq, bankların verdiyi kredit faizləri yüksək olaraq qalır. MB-nin məlumatına görə, 2024-cü il 1 aprel tarixinə istehlak kreditlərinin milli valyutada, orta faiz dərəcəsi 23, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 25, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 16, avtomobil kreditləri üzrə 11, istehlak kreditləri üzrə 18 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi- kredit kartı vasitəsi ilə verilən kreditlərdə 3 faiz bəndi, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 7 faiz bəndi, avtomobil kreditləri 3 faiz bəndi və digər istehlak kreditləri 1 faiz bəndi azalıb, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə 2 faiz bəndi artıb. Kreditlərin faizi qismən Bakı-Abşeron iqtisadi rayonunda qənətbəxşdir, bölgələrdə daha yüksəkdir. Bunun səbəbidir ki, kreditlərin bölgüsündə Bakının payı az qala 90 faizə çatır, bu natarazlıq isə bölgələrdə milli sahibkarlığın inkişafını ləngidir.
Göründüyü kimi bu kredit şərtləri sahibkarlıq sektoru üçün əlçatan deyil, xüsusilə də kiçik və orta biznesin bu faizlə borca girmək imkanları məhduddur. Reallıq ondan ibarətdir ki, banklar dövlətin verdiyi resurslar hesabına, yəni Sahibkarlara Kömək Fondu və digər dövlət mənbələri ilə güzəştli kreditlərdən başqa, öz resursları hesabına 5 dəfə daha çox real sektora ucuz faizlərlə kredit yönəldə bilər. Mövcud iqtisadi şərait, bank sektorunun vəziyyəti, həyata keçirilən kredit siyasəti və digər amillər isə bank kreditlərinin bahalaşmasını deyil, əksinə daha da aşağı salınmasını diqtə edir. Ona görə də, banklar kredit faizlərini daha da aşağı salmalı, iqtisadi dəyər yaradan sahələrin təşviqində güzəştli kredit həcmlərini və çeşidlərini artırmalıdır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

