“Yaşıl enerji”nin payı ümumi enerji istehsalında 14 faizə yüksəlib
25.06.2024 [10:27]
2024-cü ilin yanvar-may ayları ölkəmizdə elektrik enerjisinin istehsalı 11 milyard 231,4 milyon kVt·st olub. Bu dövrdə elektrik enerjisi istehsalı İES-lərdə 9,6 milyard kVt·st, SES-lərdə 2 milyard kVt·st-a yaxın olub. “Yaşıl hidrogen”in əsas mənbəyi olan SES-lərdə istehsal gücləri daha fəal olub və ötən ilin müvafiq dövrünə nisbətən 525 milyon kVt·st artım əldə edilib. Həmçinin, bərpa olunan digər enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 189,4 milyon kVt·st artaraq 348,5 milyon. kVt·st-a çatıb. Külək elektrik stansiyalarında 26,3 milyon kVt·st, günəş elektrik stansiyalarında 206,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 115,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, 2024-cü ilin 5 ayı ərzində Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 faizə yüksəlib.
Bu rəqəmlər bir daha təsdiq edir ki, artıq Azərbaycanda “yaşıl enerji” strategiyası uğurlu başlanğıcla irəliləyir və bərpa olunan enerji növlərinin hər birində artım müşahidə edilir. Bu isə hökumətin 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və “yaşıl enerji” sahəsində lider olmaq üçün mövcud enerji siyasətinin uğurla icrasından xəbər verir.
Yaxın 5-6 ildə “yaşıl enerji” gücünü 2 dəfə artırmaqla Azərbaycan həmin hədəf göstəricisini adlayacaq. Qiymətləndirmələrə əsasən, Azərbaycanda “yaşıl enerji” mənbələrinin potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır.Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir. Ümumilikdə, 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bu isə bu bölgədə bərpa olunan təmiz enerjinin gücünün 1 QVt-ı ötməsinə səbəb olacaq.
Azərbaycan hökuməti “yaşıl enerji” sektorunda islahatları 2 istiqamətdə aparır. Birincisi, yerli yaşıl güclərin istehsalı və emalına xarici investorların cəlb edilməsidir ki, bunun əsası çox məharətlə qoyulub. Son 2 ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan başqa, Azərbaycanda Dünya Bankı (DB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq. Ötən ay Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan müqavilələrin imzalanması isə “yaşıl enerji” hərəkatında yeni dalğanın başlanğıcı sayıla bilər.
Xarici investorların bu sahəyə marağının daha da artırılmasını təmin etmək məqsədilə ölkəmizdə qüvvəyə minən “yaşıl vergi” güzəştləri isə sərmayə imkanlarını daha da artıracaq. Bu vergi stimullarının tətbiqi sayəsində qarşıdakı dövrdə “yaşıl enerji” strategiyası çərçivəsində ekoloji sahədə fəaliyyət göstərən, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən biznes subyektlərinin, eləcə də bərpaolunan enerji mənbələrinin istehsalında fəal rol oynayan xarici sərmayəçilərin bu tipli layihələrə marağının artırılmasına və investisiyaların stimullaşmasına səbəb olacaq. Məsələn, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti qarşıdakı illərdə ölkəmizin yaşıl güclərinə 5 milyard dollara yaxın investisiya yatırmaq niyyətini bəyan edib.
“Yaşıl enerji” siyasətinin ikinci istiqaməti isə resursların ixracının şaxələndirilməsədir. Bu istiqamətdə də fundamental hüquqi baza yaradılıb, iqtisadi infrastrukturlar möhkəmləndirilir. “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılması ilə artıq Azərbaycanın “yaşıl ixracatçı”ya çevrilmək statusu öz həlini tapıb.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

