Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İnnovasiyalara açıq ölkə...

İnnovasiyalara açıq ölkə...

05.07.2024 [10:41]

Azərbaycan İT hesabatlarında mövqeyini yüksəltməkdədir

Azərbaycanda rabitə və telekommunikasiya sektorunun inkişafı istiqamətində yürüdülən dövlət siyasəti və aparılan əhatəli tədbirlər ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin yaxşılaşmasına səbəb olmaqdadır. Bu günlərdə Mobil Rabitə Assosiasiyası (GSMA) tərəfindən dərc edilən  “Mobile Connectivity Index” hesabatında Azərbaycanın 173 ölkə arasında mövqeyini yaxşılaşdırdığı qeyd edilir.

Hesabata əsasən, ölkəmiz ötən il mobil internetə qoşulma üzrə 69,33 indeks xalı toplayıb. Bu da 2022-ci illə müqayisədə 3 pillə irəliləmək deməkdir. 2023-cü ilin göstəricilərinə görə, Azərbaycan “Mobile Connectivity Index” üzrə “Keçid” (Transitioner) qrupundan, “İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib. Mövcud qlobal dəyərləndirmə Azərbaycanda orta internet sürətinin dünyanın orta statistik göstəricilərinə bərabər olduğunu göstərir.

Əldə edilən mühüm nəticə ölkəmizdə İKT sektorunun inkişaf etdirildiyini, rəqəmsal dövlət qurucluğunun komponetlərinin yaradıldığını və geniş tətbiq edildiyini göstərir. Bütün bunların nəticəsidir ki, son illər İT və innovasiyalar üzrə hesabatlarda ölkəmizin mövqeyi yüksəlir. Dünya Bankı (DB) tərəfindən 2023-cü ildə dərc edilmiş qlobal tədqiqat sənədində Azərbaycanda “4G+” mobil şəbəkə infrastrukturun vəziyyətinə görə, region ölkələri sırasında əlverişli dövlətlər qrupunda yer alıb. Sənəddə qeyd edilir ki, əhalinin 94 faizi genişzolaqlı internetlə əhatə olunub.

Ötən il nəşr edilən “Qlobal İnnovasiya İndeksi”ndə ölkəmiz innovasiya fəaliyyətinin səmərəliliyinə görə, irəliləyiş əldə edib və 2022-ci illə müqayisədə göstəricilərini 4 pillə yaxşılaşdıraraq 89-cu yerdə qərarlaşıb. Ölkəmiz “innovasiya resursları” alt indeksi üzrə isə 76-cı yerdə qərarlaşıb. Həmin indeks üzrə Azərbaycan reytinqdə postsovet dövlətləri məkanında Ukraynanı (78), Moldovanı (81), Ermənistanı (83), Belarusu (88), Qırğızıstanı (94), Tacikistanı (109) qabaqlayır. Həmçinin, digər ən mühüm göstərici olan “institutlar” indikatoru üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (55), Qazaxıstanı (61), Ermənistanı (69), Tacikistanı (90), Moldovanı (96), Ukraynanı (100), Rusiyanı (110), Qırğızıstanı (122), Belarusu (128) qabaqlayır. Qeyd edək ki, “innovasiya resursları” və “innovasiya nəticələri” çox mühüm əhəmiyyətə malik indekslər olmaqla bir-birinə qarşılıqlı olaraq bağlıdır. Həmin göstəricilər üzrə irəliləyiş Azərbaycanın bu sahədə müasir institutlar yaratdığını, insan kapitalını, elm və təhsil potensialını inkişaf etdirdiyini, səmərəli biznes modelləri qurduğunu təsdiq edir. Ölkəmiz digər indikatorlar olan “institusional mühit” istiqaməti üzrə 54-cü, “hökumətin səmərəliliyi” göstəricisi üzrə 58-ci yerə layiq görülüb. Azərbaycan “biznes mühiti” indikatoru üzrə 17-ci, “biznesin aparılması siyasəti” üzrə isə 22-ci yeri tutmaqla Avropa məkanında ən innovativ imkanlara malik ölkələr qrupuna daxil olub.

Digər qlobal reytinq hesabatlarında, o cümlədən  Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları”, BMT-nin “E-Hökumət müayinəsi” hesabatlarında mövqeyini yaxşılaşdıraraq bir neçə pillə yüksəlib. Qeyd edək ki, həmin reytinqlərdə 10-dan artıq İKT göstəricisi, qlobal, regional və milli səviyyədə müqayisəli rabitə göstəriciləri təhlil edilir. Bir müddət əvvəl Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dünya ölkələrində informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf səviyyəsinin araşdırılmasına dair hesabatda da ölkəmiz əhəmiyyətli dərəcədə mövqeyini yaxşılaşdırmağa nail olub. Hesabatda Azərbaycan İKT-nin İnkişaf İndeksi üzrə hesabatında dünya ölkələri arasında 65-ci yeri tutur. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında isə 2-ci yerdədir. Azərbaycan əhalisinin, təqribən, 90 faizi internet istifadəçisidir və ölkədə mobil rabitə abunəçilərinin sayı əhalinin 100 faizini təşkil edir.

Həmçinin, Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən 161 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirildiyi “Milli Kibertəhlükəsizlik İndeksi” reytinq cədvəlində Azərbaycan 34 pillə irəliləyərək 86-cı yerdən 52-ci yerə gəlib. Bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hazıradək qazandığı ən yüksək mövqe hesab olunur. Həmin reytinq cədvəlində qonşu Gürcüstanın 50-ci, Ermənistan isə 90-cı yerdə qərarlaşıb.

Azərbaycan regionda ən effektiv və müasir səviyyədə sterilizasiya aparılmasına imkan verən yüksək gücə və məhsuldarlığa malik radiasiyanın sterilizasiyası qurğusunu yaradıb və bu, iş adamlarına beynəlxalq standartlara cavab verən məhsullar istehsal etməyə imkan yaradır. Həmçinin, startapçılar üçün münbit şərait və ekosistem yaradılmaqla ölkəmiz innovativ iqtisadiyyatın inkişafına əlverişli perspektivlər açıb. Respublikamız “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin müəllif və təşəbüskarlarından biri olmaqla regionda İT ölkəsi kimi mövqeyini möhkəmləndirir.

ELBRUS

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31