“Əmlak amnistiyası” hansı evlərə şamil olunacaq?
06.07.2024 [10:45]
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatının rəsmiləşdirilməsini təmin edən elektron portalı 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə verəcək. Dövlət qurumlarının müvafiq rəyi və icazəsi əsasında bütün sənədləri qaydasında olan evlərin və mənzillərin həmin portal üzərindən rəsmiləşdirilməsi, yəni mülkiyyət hüququna dair çıxarışın (kupça) alınması mümkün olacaq. Bununla da, hökumətin neçə illərdir ki, əsas qayğılarından birinə çevrilmiş sənədsiz evlərin qanuni mülkiyyət hüququnun təmin edilməsi və “əmlak amnistisiyası”nın tətbiqi gerçəkləşəcək.
Məsələ ondadır ki, bu amnistisiya bütün sənədsiz evlərə şamil olunmayacaq. Dövlət Xidmətindən verilən məlumata görə, insan sağlamlığı və fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər yalnız portal üzərindən rəsmiləşdiriləcək. Tələblərə cavab verməyən digər evlərin isə rəsmiləşdirilməsi mümkün olmayacaq, yəni onlara amnistiya tətbiq edilməyəcək.
İnsan sağlamlığı və fəaliyyətinə təhlükə törətməyən ərazilər dedikdə nə nəzərdə tutulur?
Məlumdur ki, paytaxtda on minlərlə ev mühəndis-kommunikasiya xətlərinin üzərində və yaxınlığında, yüksək gərginlikli elektrik xətlərinin altında, digər kommunikasiya qurğularının ətrafında, eləcə də dəmiryol xəttinin yaxınlığında inşa edilib. Onların bir qismi sovet dövründə, qalanı isə müstəqilliyin ilk illərində inşa edilib və əksəriyyətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən müəyyənedici aktı yoxdur. Müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdiyi əsaslı hüquqi sənədlər olmadığı üçün evlərə mülkiyyət hüququna dair çıxarışın verilməsi də hüquqi addımlar atmağa mane olur. Bütün bunlara baxmayaraq, müvafiq orqanlara bu sahədə müəyyən güzəştlərin tətbiqi tövsiyə edilib və əmlak amnistiyası layihəsi hazırlanması qərara alınıb. Sənədsiz evlərlə bağlı 2018-2019-cu illərdə bütün mənzil-kommunal təsərrüfatı birlikləri və bələdiyyələr tərəfindən uçot işi aparılıb və zəruri məlumatlar rayon icra hakimiyyətlərinə təqdim olunub. Bu, həmin evlərin sənədləşdirilməsi istiqamətində mərkəzləşdirilmiş şəkildə müvafiq dəqiqləşdirmələrin aparılması və uçot məlumatlarının toplanması baxımından mühüm addım hesab edilir. Bununla da ən yüksək dövlət orqanlarının birgə koordinasiyası sayəsində sənədsiz evlərin qeydiyyatının aparılmasına başlanılıb.
Qiymətləndirmələrdən sonra Milli Məclisdə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilib və yeni dəyişikliklər sənədsiz evlərin mülkiyyət hüququnun tanınması üçün bir sıra istisnaları nəzərə tutur. Belə ki, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən sahələrinin çıxarışla təmin edilməsinə icazə verilir. Əvvəllər hansı ildə inşa edilməsindən asılı olmayaraq tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə verilməsi nəzərdə tutulur. Ancaq insan sağlamlığı və fəaliyyətinə təhlükə törədən sahələrdə inşa edilmiş mənzillər üçün güzəştlərin tətbiqi istisnalıq təşkil edir. Həmin evlər kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunub, tikinti normativlərinin tələblərinə cavab vermədiyindən müvafiq icra orqanları ərazinin mühəndis-kommunikasiya zonalarının mürəkkəbliyini, elektrik xətti, qaz, su, kanalizasiya, digər kommunikasiya qurğularının yaşayış təhlükəliliyini nəzərə alaraq müəyyənedici aktın tərtib edilməsini qeyri-mümkün sayır. Bu baxımdan həmin evlərin sənədləşməsi qanunvericiliyin yumşaldılan və güzəşt tələblərinə də uyğun gəlmir. Bu tikililərin, ümumiyyətlə, sıfırdan heç bir sənədinin olmamasıdır, onların böyük bir qisminin heç ünvanı yoxdur, bir qismi isə SOCAR-ın, neftçıxarma trestlərinin, digər dövlət orqanlarının ərazisində yerləşir ki, buranın mühəndis qurğuları və planı tikintinin tanınmasına yol vermir.
Beləliklə, elektron əmlak portalının istifadəyə verilməsi sənədsiz evlərlə bağlı illərdir ki, yaşanan problemi də aradan qaldırmayacaq. Ancaq portal istənilən halda, mülkiyyət hüququnun alınmasında işıq yolu olan on minlərlə mənzilin və evin hansısa bürokratik amillər səbəbindən rəsmiləşdirilməsinə mane olan halları tam aradan qaldıracaq. Həmçinin bir mənzilin bir neçə adama satılması halları da aradan qalxacaq. İlk növbədə, mənzillərin ümumi sahəsinin düzgün hesablanmasındakı uyğunsuzluqlar aradan qaldırlacaq. Eləcə də Dövlət Reyestrindən çıxarışı olmayan mənzilin özəlləşdirilməsi prosesi də sadələşdiriləcək, bu prosesdə MTK-ların sui-istifadə hallarına son qoyulacaq. Hazırda bəzi mənzil-tikinti kooperativləri çıxarış olmadan mənzili bir şəxsin adından digər şəxsin adına keçirərkən onun ilkin sahibindən pul tələb etmədən sənədləşməyə icazə vermir. E-portal MTK-ların bu qanunsuzluğunu məhdudlaşdırmaqla mənzil sahiblərinin mənafeyini qoruyacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

