Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ötən ay dövlət qurumlarına olan kiberhücumların sayı açıqlanıb

Ötən ay dövlət qurumlarına olan kiberhücumların sayı açıqlanıb

05.08.2024 [16:05]

Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 623 kiberhücum indikatoru (IOC) müəyyən edib.

AZƏRTAC XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azdır. Belə ki, kibertəhdidlərin 307-si daxili araşdırma, 316-sı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub və bloklanıb.

Təkcə bu ilin iyul ayında 125 kiberhücum müəyyən olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 507,840 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 647 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 163 min 313 zərərverici tərkibli elektron sənəd blok edilib.

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Fransaya cavab!

11 Sentyabr 11:45

İqtisadiyyat

Hərbi

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30