Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Banklardakı əmanətlərin həcmi rekord həddə çatıb

Banklardakı əmanətlərin həcmi rekord həddə çatıb

27.08.2024 [10:45]

Depozitlərin həcminin artması bankların daha çox və sərfəli şərtlərlə kredit vermə imkanlarını stimullaşdırır

Azərbaycanda fiziki şəxslərin banklara yerləşdirdiyi müddətli əmanətləri iyul ayı ərzində 4,1 faiz və ya 317 milyon manat artaraq ilk dəfə tarixində 8 milyard manatlıq həddi keçib. Eyni zamanda, banklarda manatla depozit qoyuluşunun faizi də yüksəlib və dollarlaşma faizi aşağı düşüb. Belə ki, fiziki şəxslərin əmanətlərinin 65,7 faizi milli valyutada, 34,3 faizi xarici valyutada yerləşdirilib. Hüquqi şəxslərin depozitləri 15,3 milyard manat olmaqla cəmi depozit portfelinin 74,3 faizini təşkil edib.

Bank depozitlərinin artım dinamikasına təsir edən əsas başlıca amillər Mərkəzi Bank tərəfindən yürüdülən siyasət, banklara depozit cəlbetmə imkanlarının yaxşılaşdırılması, eləcə də 2024-cü il yanvarın 1-dən etibarən vətəndaşların banklardakı əmanətlərinin faizlərinin gəlir vergisindən azad olunması bank depozitlərinin həcminin artmasına səbəb olub. Belə ki, MB-nin təşəbbüsü ilə Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əlavə və dəyişikliklər cari ildən qüvvəyə minib və yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən (10 faiz vergi) azad edilib. Bu isə əhalinin depozit bazarına marağını yüksəldib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin birinci yarısında depozitlərdə artım yox, əksinə azalma müşahidə edilmişdi. 2023-cü ilin ikinci yarısından sonra vətəndaşların banklardakı əmanətlərinin həcminin azalması tendensiyası bir qədər də artmışdı və ilin sonunda ölkə üzrə əmanət portfelinin həcmi 13 milyard milyon manat təşkil etmişdi. Faktiki olaraq hər ay depozitlər 140 milyon manat azalırdı, bu isə bankların böyük bir qisminin kapital ehtiyatlarının azalmasına səbəb olur. Çünki Azərbaycanda bankların böyük əksəriyyətinin maliyyə portfeli əmanətlərdən formalaşır və onlar əhalidən yığdıqları əmanətlərlə kredit verir, gəlirlərinin böyük bir hissəsini bu yolla təmin edir.

Ona görə də banklar Mərkəzi Bank qarşısında məsələ qaldıraraq əmanətlərə tətbiq olunan vergilərin ləğvini xahiş ediblər. MB isə bunu vergi orqanı ilə müzakirə edərək optimal yol tapmağı, daha doğrusu, vergiləri götürməyi məqsədəuyğun hesab etdikdən sonra vergi güzəştlərinin tətbiqi məqsəduyğun hesab edildi. Bundan sonra isə yenidən əmanət yığımları bank sektorunda dinamika üzrə davam etməyə başladı və artıq təkcə fiziki şəxslərin depozit portfeli 8 milyard manatlıq həddi keçib.

Bank depozitlərinin məbləğinin artmasında sözsüz ki, sığorta amili də müstəsna əhəmiyyət kəsb edir, əmanətlərin sığortalanması insanların banklara olan inamını  artırır: Əmanətlərin Sığortalanması Fondu milli valyutada maksimum 12 faiz, dollar və avroda 2,5 faiz hədd müəyyənləşdirib. Bir nəfər üçün 100 min manat sığorta məbləği mövcuddur. Əmanətlərin Sığortalanması Fondunun iş mexanizmi onu göstərir ki, hansısa bir bank bağlansa da, qaydalara uyğun şəkildə əmanətlər vaxtında qaytarılır. Sığorta mexanizmi normal şəkildə işlədiyinə görə insanlar bilirlər ki, əmanət itirilməyəcək və qorunur. Gəlirlilik dərəcəsi də kifayət qədər normaldır. Milli valyutada 12 faiz gəlir əldə etmək mümkündür. Bu mexanizm vətəndaşların bank depozitlərini manatla yerləşdirməsində mühüm rol oynayır. Eləcə də xarici valyutada faizlərin əvvəlki illərlə müqayisədə 2,5 faizə artırılması dollar və avro yığımlarına üstünlük verən əmanətçiləri də arxayınlaşdırır, Bununla yanaşı, vəsaitlərin sığortalanmış hissəsinin kifayət qədər yüksək olması - 100 min manat limit müəyyən edilməsi də kiçik və orta yığım əmanətçiləri üçün faydalıdır.

Bank depozitlərinin həcminin artması ölkədə bank sektorunun kapital ehtiyatlarının dayanıqlılığını artırmaqla onların daha çox və sərfəli şərtlərlə kredit vermə imkanlarını da stimullaşdırır. Ona görə bank sektorunda rəqabətin güclənməsinə, xüsusən də konservativ siyasətdən mərhələli şəkildə daha liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var. Bir sıra xarici bankların, xarici kapitalın bank sektoruna gəlməsi rəqabətin güclənməsinə gətirib çıxara bilər. Mərkəzi Bank tərəfindən depozit faizləri ilə kredit faizləri arasında müəyyən asılılığın tövsiyə olunması da mümkündür. Hazırda Mərkəzi Bank da bu istiqamətdə çalışır. Maliyyə bazarlarına nəzarət sahəsində ciddi islahat aparılmalı, bank sektoruna nəzarət gücləndirilməlidir. Bunun üçün qanunvericilik bazası möhkəmləndirilməli, xarici təcrübədə olduğu kimi Bank Məcəlləsi qəbul edilməlidir.

ELBRUS

Paylaş:
Baxılıb: 120 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

Gündəm

Siyasət

Siyasət

İdman

4-ü qızıl olmaqla 11 medal

10 Sentyabr 08:57  

Siyasət

Bakının vasitəçiliyi...

10 Sentyabr 08:54  

Siyasət

Siyasət

COP 29 yaxınlaşdıqca...

10 Sentyabr 08:39  

Siyasət

Siyasət

YAP xəbərləri

Dinamik inkişaf dövrü

09 Sentyabr 16:57

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30