Masazır Duz Zavodunda yeni duz məhsullarının təqdimatı olub
07.12.2012 [03:55]
Zavod kommunal təsərrüfat müəssisələrində, yol istismar idarələrində, neft sənayesində, gön-dəri sənayesində və bir çox başqa sənaye sahələrində tələbatı qarşılamaq üçün də duz məhsulları istehsal edir
Müasir avadanlıqlarla təchiz edilmiş Masazır Duz Zavodu məhsul çeşidlərini artırıb. Zavod həmin məhsulların təqdimatını da keçirib. Bu münasibətlə media təmsilçilərindən ibarət növbəti heyətin zavoda ekskursiyası təşkil olunub.
Yeni məhsullarla tanışlıqdan öncə KİV təmsilçilərinə açıqlama verən “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov zavodun tikilməsinin zərurətdən irəli gəldiyini bildirib: “Belə ki, UNİCEF-in 2005-ci ildəki hesablamalarına görə, Azərbaycan əhalisinin 75 faizi yod çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi. Bəhs edilən dövrdə duzlarda yodun olmaması bu vəziyyəti daha da gərginləşdirirdi”.
Onun sözlərinə görə, bir sıra hökumət və qeyri-hökumət orqanlarının ölkədaxili bazarlarda yod çatışmazlığı problemi ilə mübarizə aparmalarına baxmayaraq, sözügedən problemin mövcudluğu “Azərsun Holdinq” Şirkətlər Qrupunu bu sahə üzrə ciddi addımlar atmağa sövq edib: “Beləliklə, uzun sürən çalışmalar nəticəsində ərsəyə gələn Masazır Duz Zavodu hazırda istehsal etdiyi “Azərduz” ilə ölkə bazarlarında və satış şəbəkələrində yod çatışmazlığı problemi ilə mübarizə aparmaqdadır. Hazırda zavodun istehsal etdiyi yodlaşdırılmış, yüksək keyfiyyətli süfrə duzu olan “Azərduz” yerli bazarlarda istehlakçıların ixtiyarına verilməklə, ilk növbədə insan sağlamlığına xidmət edir”.
A.Səfərov onu da deyib ki, özünəməxsus mənzərəsi ilə göz oxşayan Masazır gölünün yanında inşa edilən Masazır Duz Zavodu 2010-cu il 21 iyul tarixində Prezident İlham Əliyevin iştirakı ilə açılıb: “Müəssisə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış duz istehsal etməkdədir. Dünya standartlarına uyğun yüksək səviyyəli texnologiya ilə çalışan Masazır Duz Zavodu 600-ə qədər insanın məşğulluğuna şərait yaradıb”.
Sonra KİV təmsilçiləri zavodda istehsal prosesi və yeni məhsullarla tanış olublar. Jurnalistlər duzun istehsalı prosesini mərhələ-mərhələ əyani şəkildə müşahidə ediblər. Masazır Duz Zavodunun istehsalat müdiri Ceyhun Salmanov media təmsilçilərinə yeni məhsul çeşidləri, zavodun fəaliyyəti, istehsal sahələri barədə ətraflı məlumat verib. Bildirilib ki, zavodda su təmizləmə sistemlərində, hovuzlarda, filtrlərin təmizlənməsində, qazanxanalarda istifadə olunması üçün nəzərdə tutulan tablet duzlar, heyvandarlıq təsərrüfatları üçün heyvan yalama duzları da istehsal olunmaqdadır.
Onun sözlərinə görə, zavod fəaliyyətə başladığı dövrdə sadəcə süfrə duzları istehsal edirdi, amma indi bu çeşidlərin sayı xeyli artıb: “Belə ki, tezliklə Azərbaycan bazarının ehtiyacı olduğu digər duzları da istehsal etməyi qarşımıza məqsəd qoyduq. Qərara alındı ki, ölkəmizdə sənaye və qeyri-sənaye sektorunda istifadə olunan duzlar xaricdən gətirilməsin və Azərbaycanın öz ehtiyatları çərçivəsində bu öz həllini tapsın. Biz bunun üçün süfrə duzundan başlayaraq, duzlarımızın çeşidini artırdıq. Bu gün Masazır Duz Zavodu vasitəsilə Azərbaycanın duza olan tələbatı 100 faiz ödənilir. Hədəfimiz tək Azərbaycan bazarı deyil, həm də qonşu dövlətlər və Avropa ölkələrinin bazarlarıdır. Artıq Azərbaycan xarici dövlətlərə duz istehsal edən bir ölkədir. Rusiya, Ukrayna, Gürcüstan və bir sıra Orta Asiya ölkələrinə duz idxal olunmaqdadır. Bundan başqa, Gürcüstan bazarında olan erməni duzunu sıxışdırıb sıradan çıxarmışıq. Gürcüstanlılar Azərbaycanın əla növ duzuna daha çox üstünlük verirlər”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38

