Kim daha çox maaş alır?
26.09.2024 [11:35]
Ölkə üzrə orta aylıq əməkhaqqı 1000 manatdan yüksəkdir
2024-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 1002,4 manat təşkil edib. Orta aylıq əməkhaqqı neft-qaz sektorunda 3782,9 manat, qeyri neft-qaz sektorunda 950,6 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 958,7 manat, özəl müəssisələrdə isə 1048,5 manat olub.İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Mədənçıxarma sənayesi nominal əməkhaqqı məbləğinə görə, ilk yerdə dayanır. Bu sektorda orta maaş 3632 manat təşkil edir. Maliyyə və sığorta fəaliyyəti ilə məşğul olanların maaşı isə qeyd edilən dövrdə 2827 manat olub. Peşə, elm və texniki fəaliyyət bölməsində 1718 manat, informasiya və rabitə sektorunda 1704, dövlət idar?etməsi və müdafiə sektorunda 1390 manat, nəqliyyat və rabitədə 1360 manat təşkil edib.
Ən yüksək əməkhaqqı Xankəndidə...
Orta aylıq əməkhaqqının şəhər və rayonlar üzrə bölgüsünə gəlincə, ilk dəfə olaraq paytaxt Bakı şəhəri digər bölgələrdən geri qalıb. Belə ki, əməkhaqqının nominal məbləğinə görə, Xankəndi şəhəri 1309 manatla Bakını üstələyib. Paytaxtda həmin məbləğ 1269 manat təşkil edib. Sonrakı yerlərdə 1074 manatla Daşkəsən rayonu, 978 manatla Ağdərə və 908 manatla Şuşa, 872 manatla Zəngilan rayonu dayanır. Sumqayıt şəhərində həmin göstərici 869 manat, Naxçıvanda 857 manat, Qubadlı və Xocalıda 814 və 753 manat təşkil edib. Nominal əməkhaqqının ən aşağı olduğu rayon 532 manatla Qaxdır.
Orta aylıq əməkhaqqının artmasına yanvar-iyul aylarında ölkədəki əlverişli inflyasiya rəqəmləri də mühüm təsir göstərib. Belə ki, 2024-cü ilin 7 ayda istehlak bazarında qiymətlərin dəyişməsində ciddi artım tendensiyası baş verməyib, inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz səviyyəsində qərarlaşıb. Nəticədə əhalinin gəlirləri inflyasiya göstəricini 4 dəfə üstələyib. Bu isə müxtəlif sahələr üzrə orta aylıq əməkhaqqının yüksəlməsində əhəmiyyətli rol oynayıb. Hazırda inflyasiyanın artımı üçün ciddi fundamental əsasların olmadığı müşahidə edilir ki, bu amil 2024-cü ilin sonunda əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artımına imkan yaradır.
Orta aylıq əməkhaqlarının artmasında ölkəmizin maliyyə imkanlarının yaxşılaşması və dövlətin yürütdüyü sosial siyasət tədbirləri ilə yanaşı, əhalinin real gəlirlərinin yüksəlməsi, qeyri-leqal əmək bazarının leqallaşdırılması və iş yerlərinin rəsmiləşdirilməsi, şəffaflığını artırılması və digər tədbirlərin mühüm rolu var. Bu tədbirlər sayəsində dövriyyədən kənarda qalan vəsaitlərin dövriyyəyə cəlb edilməsi iş yerlərində gəlirlərin artmasını və əməkhaqqının yüksəlməsini təmin edir.
2025-ci ildə 1080 manat...
Hökumətin iqtisadi ssenarilərinə əsasən, orta aylıq əməkhaqqının məbləği 2025-ci ildə 1080 manat, 2026-cı ildə 1156 manat, 2027-ci ildə 1237 manat, 2028-ci ildə isə 1327 manat təşkil edəcək. Digər hesabatlarda bu göstəricilərin daha yüksək olacağı ehtimal olunur. Belə ki, beynəlxalq institutların da hesabatlarında Azərbaycanın sosial-iqtisadi göstəricilərindəki dinamika daha artım faziləri ilə əks olunub. Nüfuzlu iqtisadi statistika portalı olan “Trading Economics”in bu yaxınlarda açıqladığı sənəddə Azərbaycanda orta aylıq əməkhaqqı ilə bağlı proqnoz ümidvericidir. Nəşrin analitiklərinin qənaətinə görə, 2024-cü ilin dördüncü rübünün yekununda Azərbaycanda orta aylıq əməkhaqqı üzrə proqnoz 1040 manata yüksələcək.
Orta aylıq əməkhaqqı artımı pensiyaların da artmasına səbəb olacaq
Orta aylıq əməkhaqqının artımı pensiyaların artmasında da əsaslı rol oynayır və bu baxımdan 2025-ci ildə pensiyalardakı artım məbləği bu göstəriciyə əsasın müəyyənləşəcək. Belə ki, orta aylıq əməkhaqqının 10 faiz artması pensiyaların da eyni rəqəm üzrə artımını təmin edəcək.
Hökumətin ortamüddətli dövr üzrə hədəflərində ölkədə yüksək inkişafın və iqtisadi artımın cəmiyyətin bütün üzvlərinin sosial rifahının yaxşılaşmasına, iqtisadiyyat inkişaf etdikcə vətəndaşların gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli həyat səviyyəsi təmin edilməsi, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılması nəzərdə tutulub. Strateji prioritetlər dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə inkişaf çərçivəsinə uyğun olaraq əməkhaqqı artımlarının bütün sektorları əhatə etməsi hədəflənib. Bu siyasət tədbirləri üzrə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunması da əsas sosial çağırış kimi qarşıya qoyulub. Bu istiqamətdə əsas istiqamətlərdən biri kimi əhalinin işlə təminatının yaxşılaşdırılması və gəlirəldə etmə mənbələrinin daha da gücləndirilməsi, özəl sektorda yeni iş yerlərinin yaradılması, məşğulluğu təşviq edən sahibkarlıq fəaliyyətinin stimullaşdırılması da diqqətdə saxlanılacaq. Xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq ki, bu da ümumilikdə, minimum və orta aylıq əməkhaqqı artımlarını təmin etməklə aradakı nisbəti də azaldacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:51
Dünya
05 Oktyabr 23:38
Hadisə
05 Oktyabr 23:17
Siyasət
05 Oktyabr 22:54
İqtisadiyyat
05 Oktyabr 22:32
Hadisə
05 Oktyabr 22:10
Xəbər lenti
05 Oktyabr 21:53
Sosial
05 Oktyabr 21:34
Hadisə
05 Oktyabr 21:17
Dünya
05 Oktyabr 20:58
İqtisadiyyat
05 Oktyabr 20:36
Dünya
05 Oktyabr 20:14
Siyasət
05 Oktyabr 20:11
Siyasət
05 Oktyabr 20:09
Sosial
05 Oktyabr 19:52
Siyasət
05 Oktyabr 19:31
İqtisadiyyat
05 Oktyabr 19:11
Dünya
05 Oktyabr 18:48
İdman
05 Oktyabr 18:27
Dünya
05 Oktyabr 18:09
Mədəniyyət
05 Oktyabr 17:57
İqtisadiyyat
05 Oktyabr 17:23
Yeni texnologiyalar
05 Oktyabr 17:11
Dünya
05 Oktyabr 16:59
Dünya
05 Oktyabr 16:38
Dünya
05 Oktyabr 16:13
Xəbər lenti
05 Oktyabr 15:54
Dünya
05 Oktyabr 15:41
İdman
05 Oktyabr 15:10
Xəbər lenti
05 Oktyabr 14:59
İqtisadiyyat
05 Oktyabr 14:53
Xəbər lenti
05 Oktyabr 14:39
Siyasət
05 Oktyabr 14:09
Gündəm
05 Oktyabr 14:02
Gündəm
05 Oktyabr 13:58
Sosial
05 Oktyabr 13:12
Sosial
05 Oktyabr 13:07
İdman
05 Oktyabr 13:06
Sosial
05 Oktyabr 13:01
Siyasət
05 Oktyabr 12:41
Elm
05 Oktyabr 12:38
Dünya
05 Oktyabr 11:56
Dünya
05 Oktyabr 11:29
Mədəniyyət
05 Oktyabr 10:57
Siyasət
05 Oktyabr 10:34
Siyasət
05 Oktyabr 10:13
Sosial
05 Oktyabr 09:46
Xəbər lenti
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:40
İqtisadiyyat
05 Oktyabr 09:33
MEDİA
05 Oktyabr 09:12
İqtisadiyyat
05 Oktyabr 08:54
Siyasət
05 Oktyabr 08:32
Siyasət
05 Oktyabr 08:08
Ədəbiyyat
05 Oktyabr 07:56
Elm
05 Oktyabr 07:23
Siyasət
05 Oktyabr 06:44
Xəbər lenti
04 Oktyabr 23:56
Sosial
04 Oktyabr 23:35
Mədəniyyət
04 Oktyabr 23:14
Elm
04 Oktyabr 22:54
İdman
04 Oktyabr 22:33
Xəbər lenti
04 Oktyabr 22:12
Elm
04 Oktyabr 21:58
Xəbər lenti
04 Oktyabr 21:32
İqtisadiyyat
04 Oktyabr 21:09
Xəbər lenti
04 Oktyabr 20:48
Hadisə
04 Oktyabr 20:38
Siyasət
04 Oktyabr 20:17
Siyasət
04 Oktyabr 20:03