İqtisadi Şuranın iclasında...
12.10.2024 [10:15]
Hökumət üzvləri valyuta vəsaitlərinə nəzarətlə bağlı məsələləri müzakirə ediblər
Oktyabrın 11-də İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda ölkəmizin iqtisadi həyatında mühüm yer tutan məsələlər müzakirə olunub. Müzakirələrdə əsas mövzu Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki tapşırıqlardan irəli gələn məsələlər olub. Belə ki, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr üzrə təsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar inzibati-cinayət məsuliyyəti tədbirləri barədə geniş müzakirələr aparılıb.
Hazırda hökumətin diqqətində olan əsas detallardan biri Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə bağlıdır. Burada əsas məqam ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin 180 gün ərzində ölkəyə gətirilməsi, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitlərinə nəzarətin artırılmasıdır.
Bəzi ixracatçıların fürsətçilliyi...
2024-cü ilin ötən ayları üzrə pul əməliyyatlarının rəsmi statistikası göstərir ki, Azərbaycandan xaricə pul köçürmələrində artım müşahidə olunmaqdadır. Cari ilin 7 ayında Azərbaycandan xaricə 343 milyon dollar pul köçürülüb. Xaricdən ölkəmizə köçürülən vəsaitlərin həcminin azalmasına baxmayaraq, xaricə köçürmələr 34,7 faiz artıb. Bu isə Azərbaycandan xaricə pul köçürmələrinin müqabilində ixracın dəyərinin ölkəyə tam qaytarılmadığına dəlalət edir. Yəni bəzi fiziki şəxslər və sahibkarlıq subyektləri ixrac etdikləri mal və xidmətlərin real ixrac dəyərinə uyğun həmin vəsaiti geri qaytarmır, müxtəlif sahələrə yönəldərək faktiki olaraq öz mənfəətləri naminə Azərbaycanın pul siyasəti hədəflərinə, valyuta tənzimlənməsi qaydalarına qarşı çıxırlar. Ona görə də, mövcud vəziyyət həmin əməliyyatlarla bağlı proseslərə nəzarətin daha da gücləndirilməsini zəruri edir.
Azərbaycanın pul siyasəti hədəflərində daha çox valyutanın ölkədə qalması başlıca yer tutur, hökumətin ixracla məşğul olan biznesə dəstəyi, onlara təşviqedici alətlərlə güzəştləri, digər motivasiyaların da əsas məqsədi onların ixrac etdikləri malların dövriyyəsini artırmaq, ölkəyə daha çox valyuta gəlməsini təmin etməkdir. Bu proses müvafiq qaydalar əsasında tənzimlənir. Xarici ölkələrə pul köçürmələri Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydalara əsaslanır. Həmin qaydalar “Valyuta tənzimi haqqında” Qanununa əsaslanır və müvafiq olaraq rezident və qeyri-rezidentlərin Azərbaycanın kredit təşkilatları vasitəsilə aparılan valyuta əməliyyatlarının rejimini tənzimləyir. Qaydalara əsasən, malların, işlərin və xidmətlərin idxalı və ixracı üzrə əməliyyatların müddəti, yəni 180 gün dövr müəyyən olunub. Həmin əməliyyatların hər birinin müqavilə, kontrakt və ya əqd üzrə mənşəyini təsdiq edən sənədlərin hər biri Azərbaycanın gömrük orqanlarının elektron sistemində, eləcə də bank sisteminin reyestrində öz əksini tapır. Eləcə də qeyd edilən əməliyyatlar üzrə ölkədən çıxarılmış valyutanın dəyəri müvafiq qurumların e-sistemində görünür, habelə həmin malın satışından əldə edilmiş valyutanın dəyər və miqdarı ölkənin xarici ticarət balansından aydın olur.
Beləliklə, mövcud çərçivəyə əsasən, sahibkarlar ixrac etdikləri malların satışından qazandıqları valyutanı 180 gün müddətinə geri qaytarılmasını təmin etmirlərsə, həmin fiziki və hüquqi şəxslər barədə müəyyən şübhələr meydana çıxarır, bu, kapitalın ölkədən çıxarılması anlamına gəlir.
“Çirkli pulların yuyulması”na qarşı qətiyyətli mübarizə
Bütün ölkələrdə “çirkli pulların yuyulması” məqsədləri ilə transmilli əməliyyatlardan istifadə edilməsi halları bank ictimaiyyətinə yaxşı məlumdur. Mərkəzi Bank beynəlxalq təcrübəyə əsaslanaraq cinayətkarlıq yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, “çirkli pulların yuyulması” üçün bank sistemindən istifadə edilməsinin müvafiq surətdə qarşısının alınmasına çalışır. Eyni zamanda, Azərbaycan Respublikasının müvəkkil bankları valyuta nəzarəti agenti olaraq, səlahiyyətləri çərçivəsində rezident və qeyri-rezidentləri tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının mövcud qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinə cavab verməsinə nəzarət edir. Ona görə də, çıxarılan kapitalın mövcud qaydalara əməl edilmədən geri qaytarılmaması MB və digər orqanlarda əsaslı şübhələr yaradaraq bu sahədə güclü nəzarət siyasətinin həyata keçirilməsini tələb edir. Bu kontekstdən baxdıqda həmin şəxslərin timsalında ümumi siyasət tədbirləri çərçivəsində valyuta nəzarətinin artırılması olduqca məntiqli və düzgün qərar hesab edilməlidir.
Qeyd edək ki, Mərkəzi Bankın uzaqgörən və çevik siyasəti sayəsində monetar tənzimləmə funksiyaları son illərdə gücləndirilib. Ötən il qeyri-rezidentlərin apardığı pul əməliyyatlarının mənşəyi ilə bağlı bir sıra yeni tətbirlər həyata keçirilib ki, bu siyasət “çirkli pulların” yuyulmasının qarşısının alınmasında hökumətin qətiyyətli iradəsini göstərir. Həmçinin ötən il MB tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda müvafiq dəyişikliklər edilməsi sayəsində fiziki şəxslərin məqsədli köçürmələrinə nəzarət artırılıb. Dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından asılı olmayaraq 20 min dollar ekvivalentinədək aylıq limit müəyyən edilib. Ticarətlə məşğul olan bazar iştirakçıları üçün illik müvafiq normalar müəyyənləşdirilib. Bütün bunlar şəffaflıq və hesabatlılıq baxımından monetar siyasət tədbirlərinin daha da güclənməsinə xidmət edir.
“Cənub Qaz Dəhlizi” QSC öz öhdəliklərini tam yerinə yetirir
İqtisadi Şuranın iclasında ikinci məsələ “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı müzakirələri əhatə edib. Bu prosesdə də Azərbaycan hökuməti öz intizamlı fəaliyyəti ilə seçilir, adıçəkilən qaz dəhlizinin səhmdarları sırasında öz öhdəliklərini tam yerinə yetirir. Respublikamız Cənub Qaz Dəhlizində iştirak edən səhmdar kimi öz borcunu tam şəkildə geri qaytarmaqla digər səhmdarlar arasında öz nümunəvi modelini təsdiqləyib. “Cənub Qaz Dəhlizi” QSC 2024-cü il üzrə ehtiyaclarının maliyyələşdirmə mənbələrini də tam şəkildə təmin etməkdədir. Belə ki, “Şahdəniz”, “Cənubi Qafqaz Boru Kəməri”, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrindən əldə olunan vəsaitlər və yığılmış pul vəsaitləri hesabına maliyyə büdcəsi formalaşıb. Bu müsbət maliyyə intizamı “Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən “Cənub Qaz Dəhlizi” QSC-nin yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqi - “BB+”la qiymətləndirilməsinə səbəb olub. Hazırda QSC digər tərəfdaş səhmdarlarla Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzrə strateji planlarını nəzərdən keçirir.
Qeyd edək ki, İqtisadi Şuranın iclasının yekununda yuxarıda vurğuladığımız məsələlərlə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 Noyabr 21:48
Xəbər lenti
06 Noyabr 21:29
Xəbər lenti
06 Noyabr 21:17
İqtisadiyyat
06 Noyabr 20:56
Dünya
06 Noyabr 20:37
Sosial
06 Noyabr 20:14
Hərbi
06 Noyabr 19:47
COP29
06 Noyabr 19:31
Sosial
06 Noyabr 19:12
YAP xəbərləri
06 Noyabr 18:58
COP29
06 Noyabr 18:41
Elm
06 Noyabr 18:41
Siyasət
06 Noyabr 18:30
Dünya
06 Noyabr 18:27
Siyasət
06 Noyabr 18:21
Siyasət
06 Noyabr 18:14
Maraqlı
06 Noyabr 18:09
YAP xəbərləri
06 Noyabr 17:49
YAP xəbərləri
06 Noyabr 17:48
YAP xəbərləri
06 Noyabr 17:46
YAP xəbərləri
06 Noyabr 17:45
YAP xəbərləri
06 Noyabr 17:43
YAP xəbərləri
06 Noyabr 17:41
YAP xəbərləri
06 Noyabr 17:38
YAP xəbərləri
06 Noyabr 17:36
YAP xəbərləri
06 Noyabr 17:35
YAP xəbərləri
06 Noyabr 17:33
YAP xəbərləri
06 Noyabr 17:32
YAP xəbərləri
06 Noyabr 17:31
YAP xəbərləri
06 Noyabr 17:29
YAP xəbərləri
06 Noyabr 17:28
YAP xəbərləri
06 Noyabr 17:27
Mədəniyyət
06 Noyabr 17:25
İdman
06 Noyabr 17:24
Sosial
06 Noyabr 17:23
Xəbər lenti
06 Noyabr 16:54
Sosial
06 Noyabr 15:49
Siyasət
06 Noyabr 15:48
Sosial
06 Noyabr 15:26
Sosial
06 Noyabr 15:15
Gündəm
06 Noyabr 14:22
Sosial
06 Noyabr 14:11
Dünya
06 Noyabr 13:29
Dünya
06 Noyabr 13:28
Gündəm
06 Noyabr 13:28
Siyasət
06 Noyabr 12:59
Elm
06 Noyabr 12:58
Gündəm
06 Noyabr 12:56
Siyasət
06 Noyabr 12:29
YAP xəbərləri
06 Noyabr 11:32
İqtisadiyyat
06 Noyabr 11:24
Siyasət
06 Noyabr 11:23
Sosial
06 Noyabr 11:10
İqtisadiyyat
06 Noyabr 11:08
Siyasət
06 Noyabr 11:06
Siyasət
06 Noyabr 11:06
İqtisadiyyat
06 Noyabr 11:03
MEDİA
06 Noyabr 10:58
Din
06 Noyabr 10:53
Gündəm
06 Noyabr 10:49
İqtisadiyyat
06 Noyabr 10:42
Sosial
06 Noyabr 10:39
İqtisadiyyat
06 Noyabr 10:25
İqtisadiyyat
06 Noyabr 10:16
Siyasət
06 Noyabr 10:12
Siyasət
06 Noyabr 09:51
Dünya
06 Noyabr 09:34
Dünya
06 Noyabr 09:18
Dünya
06 Noyabr 08:42
Əlaqə
06 Noyabr 08:19