Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bu il Ağdamda tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

Bu il Ağdamda tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

01.01.2025 [21:43]

Ağdam Sənaye Parkında “Tabaterra” MMC-yə məxsus tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması bu ilin iyun ayında nəzərdə tutulub.

MMC-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müəssisə Ağdam Sənaye Parkının 5 hektar ərazisində yaradılır. Fabrikin fəaliyyətə başlaması yerli əhalinin işlə təmin olunmasında mühüm rol oynayacaq. Ümumilikdə 70 milyon manat təşkil edən investisiya layihəsi çərçivəsində 300 nəfər daimi işlə təmin ediləcək. Əməkdaşların yaşayışı üçün isə “Tabaterra” MMC tərəfindən Ağdam Rezidens kompleksində 208 mənzil alınıb.

Müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı həm də ixrac yönümlü olacaq.

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31