İqtisadiyyatın şaxələndirilməsi, düşünülmüş siyasət...
09.01.2025 [09:09]
Azərbaycan ötən il bütün iqtisadi sahələrdə müsbət nəticələrə nail olub
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərə diqqət çəkərək vurğulayıb ki, yola saldığımız 2024-cü ilin sosial-iqtisadi yekunları olduqca qənaətbəxşdir. Ötən il iqtisadi inkişaf baxımından uğurlu il kimi yadda qalıb. Azərbaycanın iqtisadiyyatı öz sürətli inkişafını davam etdirib, ümumi daxili məhsul (ÜDM) 4 faizdən çox artıb.
Qeyri-neft sektoruna söykənən dayanıqlı inkişaf
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında (illik yekun göstərici açıqlanmayıb) əsas makroiqtisadi göstərici olan ÜDM 4,1 faiz böyüyərək nominal həcm baxımından 113,2 milyard manatı ötüb. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 6,4 faizdən çox artıb. Eləcə də sənayedə, xüsusən də qeyri-neft sənayesində artım meyilləri yüksəlib. Ötən 11 ay ərzində 60 milyard manata yaxın sənaye məhsulu istehsal edilib ki, istehsalın əsas mənbəyini 7 faiz artımla qeyri neft-qaz sektoru təşkil edir. Dövlət başçısının qeyd etdiyi kimi bu göstəricilər iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı yürüdülən siyasətin mühüm nəticəsi olmaqla, öz müsbət təsirlərini göstərməkdədir. Artıq ölkəmizin inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır. Yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz sektorunun tədricən daralacağı şəraitində iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq və 2024-cü ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72 faizə çatacağı proqnozlaşdırılır. Eyni zamanda, qeyri-neft resurslarının yüksək artımları müqabilində ilin sonunda ümumi daxili məhsulun 5-6 faiz təşkil edəcəyi fərz olunur.
Azərbaycan dünyada ən az xarici borca malikdir
Ötən ilin makroiqtisadi göstəriciləri təsdiqləyir ki, hazırda dünyada gedən proseslər və mürəkkəb qlobal mühit, ələlxüsus da geosiyasi vəziyyətə nəzərən ölkəmizin əldə etdiyi iqtisadi göstəricilər dayanıqlıdır. Eyni zamanda, beynəlxalq əmtəə bazarlarında dəyişkən qiymətlərə və dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi tam təmin olunmaqdadır. Bütün bunların təməlində isə düşünülmüş siyasət dayanır. Məhz bu mükəmməl iqtisadi siyasət xəttinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi əsas prioritetlərdən biri olacaq.
Azərbaycan hökumətinin apardığı iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması istiqamətində əldə etdiyi nailiyyətlər aparıcı beynəlxalq reytinq agentliklərinin ölkəmizə olan münasibətində müsbət dəyişikliklər yaradıb. Beynəlxalq reytinqimiz daha da yaxşılaşdırılıb və daha yüksək səviyyəyə layiqdir.
Azərbaycanın maliyyə vəziyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşıb, məhz bu potensial hesabına 2024-cü ilin büdcəsi rekord səviyyədə təsdiq edilib və həmin resurslar hesabına bir çox sosial proqramlar icra edilib. Ələlxüsus da Qarabağın bərpası ilə bağlı böyük vəsaitlər səfərbər olunub. Bununla yanaşı, aparılan düzgün maliyyə siyasəti və optimallaşma valyuta ehtiyatlarımızın daha da artmasına səbəb olub. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır. Eyni zamanda, ölkəmizin borc yükü aşağı düşüb, birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 7,2 faizini təşkil edir. Hazırda ümumi daxili məhsulun xarici borca olan nisbətinə görə, Azərbaycan dünyada liderlər sırasındadır. Müqayisə üçün deyək ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur.
Müstəqilliyin ən böyük büdcə zərfi təsdiq edilib
Azərbaycanın iqtisadi-maliyyə gücünün əsas barometrlərindən biri olan büdcə ehtiyatlarının davamlı artımı 2025-ci ilin ən rekord həcmdə maliyyə sənədinin tərtib edilməsinə səbəb olub. Dövlət büdcəsinin gəlirləri 38,4 milyard manat nəzərdə tutulur ki, bu da cari ildə dürüstləşdirilmiş büdcənin gəlirləri ilə nisbətdə təxminən 1 milyard manat çoxdur. Büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyrineft-qaz sektorunun payına düşür. Qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla yenə də üstünlük təşkil edir. Dövlət büdcəsinin xərcləri 41 milyard 368 milyon manat məbləğində nəzərdə tutulur ki, bu rəqəm 2024-cü ilin dürüstləşdirilmiş büdcəsinıə nisbətən 1 milyard 625 milyon manat və yaxud 4,1 faiz çoxdur. Bu, müstəqil Azərbaycanın tarixində ən böyük büdcə zərfi deməkdir. Faktiki olaraq yeni ilin büdcəsinin maliyyə portfeli ümumi daxili məhsulun (ÜDM) üçdə birinə bərabədir. İcmal büdcə isə 48 milyard manatı ötüb. Bütün bu amillər onu göstərir ki, ölkəmizin milli dövlət yığımları yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində mümkün olur.
Prezident İlham Əliyevin zəngin çoxşaxəli və unikal dövlətçilik təcrübəsi və bənzərsiz fəaliyyəti təsdiqləyir ki, Azərbaycanda dövlət quruculuğu çox etibarlı və möhkəm əllərdədir. Azərbaycan regionun lider dövləti statusunda həm də regional iqtisadi güc faktorudur.
Hökumətin məqsədi vətəndaşların daha da yaxşı yaşamasını təmin etməkdir
Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə icrasına başlanılan yeni sosial paketin parametrlərinə də toxunub. Qeyd edib ki, bu il yanvarın 1-dən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Ölkəmizin qarşısında Qarabağın bərpası kimi ağır və çətin maliyyə xərclərinin dayandığı bir dövrdə bu sahəyə xüsusi diqqət yetirmək dövlətin sosial simasını, mahiyyətini göstərir. Hökumətin əsas məqsədi Azərbaycan vətəndaşlarının ildən-ilə daha yaxşı yaşamasına nail olmaqdır. Hökumət maliyyə imkanları artıqca, sosial və iqtisadi inkişafı paralel şəkildə nizamlayaraq əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlərin artımını təmin edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23
Dünya
19 Yanvar 17:37
Hadisə
19 Yanvar 16:22
Dünya
19 Yanvar 15:28
Dünya
19 Yanvar 14:19
Dünya
19 Yanvar 13:26
Hadisə
19 Yanvar 13:16
Dünya
19 Yanvar 12:36
Dünya
19 Yanvar 11:24
Sosial
19 Yanvar 10:51
Dünya
19 Yanvar 09:20
Elm
19 Yanvar 08:32
Dünya
18 Yanvar 23:23
Dünya
18 Yanvar 22:29
Elm
18 Yanvar 21:18
Siyasət
18 Yanvar 20:27
Xəbər lenti
18 Yanvar 19:24
İdman
18 Yanvar 18:21
Siyasət
18 Yanvar 17:42
İqtisadiyyat
18 Yanvar 17:18
Siyasət
18 Yanvar 16:46
Hadisə
18 Yanvar 16:15
Dünya
18 Yanvar 15:53
Sosial
18 Yanvar 15:21
Elanlar
18 Yanvar 14:49
Siyasət
18 Yanvar 14:21
Siyasət
18 Yanvar 13:50
Sosial
18 Yanvar 13:18
Siyasət
18 Yanvar 12:42
Siyasət
18 Yanvar 12:38
Siyasət
18 Yanvar 12:17
Gündəm
18 Yanvar 11:52
Sosial
18 Yanvar 11:45
Siyasət
18 Yanvar 11:34
Sosial
18 Yanvar 11:12
İqtisadiyyat
18 Yanvar 10:51
Analitik
18 Yanvar 10:32
Analitik
18 Yanvar 10:18
Ədəbiyyat
18 Yanvar 09:48
Ədəbiyyat
18 Yanvar 09:35
MEDİA
18 Yanvar 09:17
İqtisadiyyat
17 Yanvar 23:47
Mədəniyyət
17 Yanvar 23:26
Dünya
17 Yanvar 23:18
Xəbər lenti
17 Yanvar 22:51
İdman
17 Yanvar 22:37
Xəbər lenti
17 Yanvar 22:15
Sosial
17 Yanvar 22:07
Sosial
17 Yanvar 21:59
İqtisadiyyat
17 Yanvar 21:34
İdman
17 Yanvar 21:13
Dünya
17 Yanvar 20:52
Sosial
17 Yanvar 20:36
İqtisadiyyat
17 Yanvar 20:11
İdman
17 Yanvar 19:58
Din
17 Yanvar 19:32
Sosial
17 Yanvar 19:15
YAP xəbərləri
17 Yanvar 18:52
YAP xəbərləri
17 Yanvar 18:35
YAP xəbərləri
17 Yanvar 18:27
YAP xəbərləri
17 Yanvar 18:26
YAP xəbərləri
17 Yanvar 18:25
YAP xəbərləri
17 Yanvar 18:24
Ədəbiyyat
17 Yanvar 18:22