Dünya Bankı yeni layihələr icra edəcək
05.03.2025 [09:58]
Yeni 5 illik Tərəfdaşlıq Çərçivəsində “yaşıl iqtisadiyyat” quruculuğuna maliyyə dəstəyi göstəriləcək
Azərbaycan Dünya Bankı (DB) ilə yeni layihələrin icrasını müzakirə etməkdədir. Bir neçə gün əvvəl Dünya Bankının yeni təyin olunmuş icraçı direktoru xanım Beatris Meyzerlə maliyyə naziri Sahil Babayev arasında keçirilən görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən və müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurlu nəticələri təqdir olunub. DB-nin ölkəmizlə əməkdaşlıq perspektivlərinə toxunulub. Azərbaycan hökumətinin DB ilə əlaqələri genişləndirməkdə maraqlı olduğu bildirilib.
Ölkə Tərəfdaşlıq Çərçivəsi hansı prioritetləri nəzərdə tutur?
Qeyd edək ki, bir müddət əvvəl Dünya Bankının böyük bir missiyası da Azərbaycanda olub və iqtisadi qurumlarının rəhbərləri ilə görüşlərdə yeni proqramların icrasının zəruriliyinə toxunulub. DB ilə aparılan məsləhətləşmələrə uyğun olaraq ölkəmizlə əməkdaşlığın yeni prioritetlərini nəzərdə tutan 2025-2029-cu illərə dair Ölkə Tərəfdaşlıq Çərçivəsi hazırlanması qərara alınıb. Sənədin əsas istiqamətləri neft və qaz gəlirlərindən asılılığın azaldılması və qeyri-neft mənbələrinin sütunları üzrəində dayanıqlı iqtisadi artımların təmin edilməsi, şaxələndirilmiş gəlirlərin insan kapitalına yönəldilməsi və sosial rifahın yaxşılaşdırılması, fiziki infrastruktura və daha güclü institutlara investisiya yatırımlarının artımı yolu ilə ölkənin xarici şoklara dayanıqlığının gücləndirilməsindən ibarətdir. Ümumilikdə, ÖTÇ-nin əsas məqsədi və qayəsi idarəçilik, insan kapitalı və kommunikasiya bağlantılarının əlaqələndirilməsi və insanların ortaq rifahının təşviqindən ibarətdir.
Dünya Bankı (DB) yeni islahatların Azərbaycanın uzunmüddətli inkişafında, xüsusilə də qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafda töhfəverici rol oynayacağını da proqnozlaşdırır. Yeri gəlmişkəm, DB-nin bir müddət əvvəl “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında Azərbaycanla bağlı proqnozlar yenilənib. Sənəddə ümumi daxili məhsul (ÜDM) istehsalı cari ildə 2,8 faiz, 2026-cı ildə isə 3,4 faiz proqnozlaşdırılır. 2025-2026-cı illərdə Azərbaycanda inflyasiyanın isə 2,3-3 faiz olacağı ehtimal edilir.
2030-cu ilə dair Milli Prioritetlərə dəstək
DB ilə Azərbaycan arasında əməkdaşlığın gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə, “yaşıl iqtisadiyyat” və “yaşıl enerji” sahəsində yeni layihələrin icrası da dayanır. Bank “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci istiqaməti olan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin reallaşmasına töhfə verəcəyini bəyan edib. Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda bərpa olunan enerji mənbələri və batareya enerji saxlanc sistemləri sektoruna özəl investisiyaları cəlb edəcək. Hazırda çoxtərəfli investisiya Zəmanəti Agentliyi beynəlxalq investorlara kredit zəmanətlərinin verilməsi imkanlarını nəzərdən keçirir, ölkədəki maliyyə vasitəliləri isə maliyyələndirmə qaydalarının sadələşdirilməsi və iqlim investisiyaları risklərinin azaldılması üçün dəstək alacaq.
Hədəf prioritetlərindən biri dənizdə k?lək enerjisinin istehsalı infrastrukturlarının qurulmasıdır. Həmçinin, 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri infrastrukturunun genişləndirilməsi, “yaşıl hidrogen” istehsalı və digər bərpa olunan sahələrə investisiyalar təşviq olunacaq.
Ümumilikdə, Dünya Bankı 2027-ci ilədək ölkəmizdə 8 külək və Günəş elektrik stansiyalarının qurulması və enerji sisteminə inteqrasiyası məqsədilə maliyyə dəstəyini göstərəcək. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinə sərmayələrin yönəldilməsi, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının tətbiqində “yaşıl texnologiyalar”ın və “yaşıl enerji zonası” layihələrinin icrasında da yaxından iştirakını etmək marağını ifadə edib. DB, həmçinin, bərpa olunan enerjinin ixracında və regional “yaşıl enerji” dəhlizinin yaradılmasımnda da maliyyə təminatçısı olmaq niyyətini bəyan edib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
18 Mart 23:46

Dünya
18 Mart 23:28

YAP xəbərləri
18 Mart 23:10

Sosial
18 Mart 22:51

İdman
18 Mart 22:34

YAP xəbərləri
18 Mart 22:19

YAP xəbərləri
18 Mart 21:58

Dünya
18 Mart 21:39

Dünya
18 Mart 21:13

YAP xəbərləri
18 Mart 20:56

Gündəm
18 Mart 20:55

Gündəm
18 Mart 20:35

Dünya
18 Mart 20:34

Dünya
18 Mart 20:25

YAP xəbərləri
18 Mart 20:15

İdman
18 Mart 19:52

YAP xəbərləri
18 Mart 19:31

Elm
18 Mart 19:16

Dünya
18 Mart 19:15

YAP xəbərləri
18 Mart 18:57
YAP xəbərləri
18 Mart 18:30

Sosial
18 Mart 18:25

Gündəm
18 Mart 18:23

Dünya
18 Mart 18:17

YAP xəbərləri
18 Mart 17:56

Xəbər lenti
18 Mart 17:54

YAP xəbərləri
18 Mart 17:44

Hadisə
18 Mart 17:40

YAP xəbərləri
18 Mart 17:37

Dünya
18 Mart 17:18

Gündəm
18 Mart 17:17

İdman
18 Mart 17:07

Gündəm
18 Mart 17:07

YAP xəbərləri
18 Mart 17:00

Siyasət
18 Mart 16:51

YAP xəbərləri
18 Mart 16:47
YAP xəbərləri
18 Mart 16:36

YAP xəbərləri
18 Mart 16:12

YAP xəbərləri
18 Mart 16:11

YAP xəbərləri
18 Mart 16:08

Siyasət
18 Mart 16:02

YAP xəbərləri
18 Mart 15:49

Sosial
18 Mart 15:18

Sosial
18 Mart 14:36

Gündəm
18 Mart 13:59

Sosial
18 Mart 12:51

Sosial
18 Mart 12:50

Sosial
18 Mart 12:15

Hərbi
18 Mart 11:42

Hadisə
18 Mart 11:11

Gündəm
18 Mart 11:06

Sosial
18 Mart 11:04

YAP xəbərləri
18 Mart 10:59

Siyasət
18 Mart 10:35

İqtisadiyyat
18 Mart 10:31

İqtisadiyyat
18 Mart 10:30

Hərbi
18 Mart 10:28

Siyasət
18 Mart 10:16

YAP xəbərləri
18 Mart 09:55

Siyasət
18 Mart 09:53

Analitik
18 Mart 09:43

MEDİA
18 Mart 09:29

Ədəbiyyat
18 Mart 09:11

Analitik
18 Mart 08:57

Sosial
18 Mart 08:45

Sosial
18 Mart 08:30

Siyasət
18 Mart 07:44

Gündəm
18 Mart 07:29

Dünya
17 Mart 23:38

Hərbi
17 Mart 23:24
