Türk dövlətlərinin yeni hədəfləri
11.03.2025 [09:41]
TDT ölkələri iqtisadi-ticari imkanları bir neçə dəfə artırmaq niyyətindədir
2024-cü ildə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi əhəmiyyətli həcmlərdə artaraq 58,17 milyard dollara çatıb. Qlobal xarici ticarət portfelində ümumi ticarət dövriyyəsi 850 milyard dollar təşkil edən türk dövlətlərinin qarşılıqlı mal mübadiləsinin payı 3 faizdən 7 faizə yüksəlib. Hədəf isə beynəlxalq ticarətdə türk ölkələrinin öz aralarındakı dövriyyəsinin 10 faizə çatdırılmasıdır.
TDT-nin baş katibi Kubanıçbek Ömuralıyev “Euroreporter”a müsahibəsində bildirib ki, təşkilat daha inteqrasiya olunmuş və nüfuzlu birliyə çevrilmək üçün bütün imkanlara malikdir. Öz maraq və dəyərlərinə uyğun olaraq beynəlxalq arenada öz mövqelərini gücləndirən türk dövlətlərinin əsas ana konseptlərindən biri iqtisadi gücü vahid blokda inkişaf etdirməkdir. K.Ömuralıyev qeyd edib ki, TDT ölkələri arasında böyük iqtisadi potensial var, hazırda həmin potensialın az bir hissəsi ticari mübadilələrə cəlb olunub. Bu imkanları ən azı 3-4 dəfə inkişaf etdirmək mümkündür.
Qarşılıqlı ticarətin 60 milyard dollara çatdırılması
Türk dövlətləri 2025-ci ildə birgə ticarəti ən azı 60 milyard dollara, əlavə dəyərləri isə 2 trilyon dollara çatdırmağı hədəfləyir. Ona görə də türk dövlətləri öz iqtisadi güc və potensiallarını vahid zəncirdə birləşdirməklə regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında rolunu artımaq niyyətindədir.
TDT ölkələri ticarət dövriyyəsinin artırılması üçün bir sıra hədəf nöqtələri müəyyənləşdirib ki, onlardan biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) nəqliyyat və logistikada bağlantılarını inteqrasiya etmək, dəhlizin daşıyıcılıq gücünü və rentabelliyini möhkəmləndirməkdir.Bu məqsədlə Orta Dəhliz boyunca infrastrukturun təkmilləşdirilməsi, azad gömrük və ticarət rejimlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir. TDT-nin baş katibi qeyd edib ki, hazırda nəqliyyat və gömrük əməkdaşlığı dərinləşdirilib və sadələşdirilmiş gömrük dəhlizinin formalaşdırılması işləri yekunlaşmaqdadır. Bu sahədə ən mühüm sazişlərdən biri sadələşdirilmiş gömrük dəhlizinin yaradılması ilə bağlı sazişdir. Sənəd qarşılıqlı ticarət əməliyyatları zamanı gömrük prosedurlarının asanlaşdırılması və daşınma-logistika rejiminin yumşaldılmasını, eləcə də ticarətin elektronlaşdırılmasını, rəqəmsal məlumat mübadiləsini nəzərdə tutur. Həmçinin beynəlxalq kombinə edilmiş yük daşımalarını təşviq edən sazişlərin imzalanması, rəqəmsallaşma sahəsində təşəbbüslərin (E-Permit, E-CMR və E-TIR) gerçəkləşdirilməsi, habelə logistikanı optimallaşdırmağa və ticarətin səmərəliliyini artırmağa kömək edən səylər regional iqtisadi inteqrasiyanı dərinləşdirməyə xidmət edir.
2030-cu ilin hədəfi: Orta Dəhlizdə 11 milyon ton daşınma
Türk dövlətləri iqtisadi-ticari dövriyyənin yüksəldilməsi məqsədilə asan vergi rejiminin də yaradılması istiqamətində iradəli addımlar atmaqdadır. TDT ölkələrinin demək olar ki, hamısı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalanıb ki, bu da dövlətlərarası mal və xidmət ticarətini, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətini, eləcə də özəl sərmayələrin axınını stimullaşdırmaq məqsədi güdür.
Beləliklə, ölkələr arasında ticarətin liberallaşdırılması, sərhəd-keçid sistemlərinin rəqəmsallaşması sayəsində daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsinin qurulması, gömrük prosedurlarının asanlaşdırılması və preferensial ticarətin təmin olunması nəzərdə tutulur ki, bütün bunlar son nəticədə əsas niyyət olan Azad Ticarət Rejiminin formalaşmasına səbəb olacaq. Bu isə türk dövlətlərinin regional iqtisadi inteqrasiyası istiqamətində bağlantılarını daha da artıracaq. Nəticədə yeni ticari-gömrük qaydaları sərhədkeçmə prosedurlarını asanlaşdırmaqla, vaxt və müddətləri qısaldacaq, türk dünyası arasında ticarətin optimallaşmasına imkan verəcək.
Proqnozlara görə, nəqliyyat-logistika sistemlərində asan gömrük rejiminin tətbiqi nəticəsində 2030-cu ilə qədər Orta Dəhlzidə daşınan yüklərin həcminin üç dəfə artaraq 11 milyon tona çatacaq.
Banklar Şurası vahid ödəniş sistemi yaratmaq istəyir
TDT-nin digər hədəfi maliyyə sahəsində əməkdalığın gücləndirilməsidir. Ötən il “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb və təsisat fəaliyyətə başlayıb. Şuranın başlıca hədəfi TDT ölkələrinin mərkəzi bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsidir.
TDT-nin maliyyə-bank strategiyasının əsas şaxələrindən biri də üzv ölkələr arasında qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etməkdir. Bu baxımdan həmin iqtisadi baxışı özündə əks etdirən və vahid maliyyə platformasına çevrilən Türk İnvestisiya Fondu ötən il noyabrın 1-dən fəaliyyətə başlayıb. 500 milyon dollar portfeli olan Fond ilk layihələrin icrasına start verib və yeni sahələrdə sərmayə qoyuluşları planlarını nəzərdən keçirir. İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Bu məqsədlərə çatmaq üçün Fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırılaraq 1 milyard dollar təsdiq edilməsi nəzərdə tutulur.
“Made in Turan” - birgə ticarətin nişanı
Türk dövlətləri faktiki olaraq “Made in Turan” brendini yaratmağa da nail olub. “Made in Turan” layihəsi türk dünyasının iqtisadi, mədəni və texnoloji potensialını dünyaya daha geniş rakursdan tanıtdırmaq məqsədi ilə yaradılıb. Milli brend konsepsiyasının başlıca hədəf və məqsədi türk dünyasının iqtisadi birliyini daha da möhkəmləndirmək və milli şirkətlərin “Made in Turan” adı altında dünyaya çıxışına motivasiyalar verməkdir. Konsepsiyaya uyğun olaraq, türk dövlətlərinin sahibkarlar üçün biznes təlimlərinin təşkili, investorlarla startaplar arasında əlaqələrin koordinasiyası, beynəlxalq tədbirlərdə birgə ixrac brendi altında iştirak etmək və tərəfdaş ölkələrlə əməkdaşlığın yeni yollarını müəyyən etmək, ixrac üzrə biznes modellərinin yaradılmasını dəstək göstərmək və digər prioritetlər müəyyənləşib. Türk dövlətləri birgə ticarət nişanı təsis etməklə iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların cəlbi, müasir birgə istehsal və emal alyansının qurulması və ixrac coğrafiyalarının genişlənməsi sahəsində böyük imkanlar əldə etməyi düşünür.
Qarşıya qoyulmuş hədəflərin reallaşması sayəsində TDT-nin qlobal ticari coğrafiyalarda üstün mövqeyi möhkəmlənə, ticarət həcmləri və qlobal ÜDM-də payı arta bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
İdman
16 Mart 19:30

Hadisə
16 Mart 18:27

Maraqlı
16 Mart 17:42

Dünya
16 Mart 16:34

Dünya
16 Mart 15:44

YAP xəbərləri
16 Mart 15:19

Dünya
16 Mart 14:56

YAP xəbərləri
16 Mart 14:32

Hərbi
16 Mart 14:08

Dünya
16 Mart 13:52

YAP xəbərləri
16 Mart 13:28

Mədəniyyət
16 Mart 12:42

YAP xəbərləri
16 Mart 12:21

Dünya
16 Mart 11:39

Xəbər lenti
16 Mart 11:35

Dünya
16 Mart 10:48
YAP xəbərləri
16 Mart 10:26

Dünya
16 Mart 09:46

Dünya
16 Mart 09:15

Dünya
16 Mart 08:53
YAP xəbərləri
15 Mart 23:44

Dünya
15 Mart 23:20

Dünya
15 Mart 22:26

Dünya
15 Mart 21:34

YAP xəbərləri
15 Mart 21:20

Siyasət
15 Mart 20:38

YAP xəbərləri
15 Mart 20:18

Xəbər lenti
15 Mart 20:12

Hadisə
15 Mart 19:41

Sosial
15 Mart 19:20

İdman
15 Mart 18:59

İqtisadiyyat
15 Mart 18:17

Sosial
15 Mart 17:46

Siyasət
15 Mart 17:19

Hadisə
15 Mart 17:17

Siyasət
15 Mart 16:48

Hadisə
15 Mart 16:17

İdman
15 Mart 15:50

Dünya
15 Mart 15:28

İdman
15 Mart 14:37

Hadisə
15 Mart 14:15

YAP xəbərləri
15 Mart 13:54

İdman
15 Mart 12:45

Dünya
15 Mart 12:13

Sosial
15 Mart 11:50

Gündəm
15 Mart 11:41

Gündəm
15 Mart 11:38

Gündəm
15 Mart 11:37

Gündəm
15 Mart 11:35

Sosial
15 Mart 11:18

İqtisadiyyat
15 Mart 10:58

Siyasət
15 Mart 10:25

Siyasət
15 Mart 10:12

İqtisadiyyat
15 Mart 09:57

Siyasət
15 Mart 09:43

MEDİA
15 Mart 09:36

Dünya
15 Mart 09:19

Analitik
15 Mart 08:53

Ədəbiyyat
15 Mart 08:32

Ədəbiyyat
15 Mart 08:17

Hadisə
14 Mart 23:54

Sosial
14 Mart 23:34

YAP xəbərləri
14 Mart 23:18

Sosial
14 Mart 22:47
YAP xəbərləri
14 Mart 22:31

Dünya
14 Mart 22:14

YAP xəbərləri
14 Mart 21:50

Dünya
14 Mart 21:39

YAP xəbərləri
14 Mart 21:20

Dünya
14 Mart 21:08
