İqtisadi güc və maliyyə qüdrəti
11.04.2025 [10:28]
Azərbaycanın xarici maliyyə vəsaitlərinə ehtiyacı yoxdur
Beynəlxalq iqtisadi münasibətlər sistemində diqqəti çəkən ən ciddi problemlərdən biri ölkələrin qarşılıqlı borclarının artması, eyni zamanda, xarici maliyyə institutlarından borc asılılığının yüksəlməsidir. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, qlobal dövlət borcu 2024-cü ilin sonunda 102 trilyon dollara çatıb.
Azərbaycan isə məsuliyyətli və öhdəliklərinə sadiq ölkə kimi uzun illər əməkdaşlıq etdiyi beynəlxalq maliyyə təsisatlarından aldığı borcları vaxtından əvvəl geri qaytarıb, borc asılılığını sıfra endirib. ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyevin bəyan etdiyi kimi ölkəmiz borc portfelini bağlayıb və və ya buna çox yaxındır. Hazırda ölkəmizin birbaşa xarici borcu 5 milyard dollardır, bu isə ümumi daxili məhsulun (ÜDM) 7 faizindən də aşağıdır. Bu, Azərbaycanın xarici maliyyə vəsaitlərinə ehtiyac duymadığını və eyni zamanda, öz potensial iqtisadi imkanları həmin borcu bir gündə qaytarmağa imkan verdiyini təsdiqləyir.
Regionda ən az xarici borcu olan ölkə
Mövcud vəziyyət onu göstərir ki, Azərbaycan xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Azərbaycan hazırda borcun vəziyyətinə görə, dünyanın ən sabit ölkələr sırasında yer alır. Ölkəmiz regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Ölkəmizdə borcun ÜDM-də payı 7 faizdən də aşağıdır. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir.
Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir. Belə ki, Cənubi Qafqaz regionu ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir. Ən böyük borca malik olan Ermənistanın xarici dövlət borcu 2024-cü ilin yekununda 11 milyard dollara çatıb. Hazırda Ermənistanın xarici borcu ÜDM-in 52 faizindən çoxdur. Gürcüstanın xarici borcu isə ÜDM-in 42 faizlik həddindədir. Borcun adambaşına düşən nisbətinə görə də Azərbaycan regionda ən qənaətbəxş vəziyyətə malikdir. Məsələn, Ermənistanda adambaşına düşən borcun həcmi 3,7 min dollar təşkil edir ki, bu da dünyada ən pis göstəricilərdən biridir. Borcun ÜDM-ə nisbətinə görə, Gürcüstanın da borc yükü Azərbaycana nisbətdə xeyli yüksəkdir. Gürcüstanda adambaşına düşən borcun həcmi 2,8 min dollar təşkil edir. Azərbaycanda isə adambaşına düşən borcun həcmi 500 dollardır.
Strateji valyuta ehtiyatlarımız xarici borcu 14,5 dəfə üstələyir
Cənubi Qafqaz ölkələrində borcun strateji rezervlərin nisbətinə görə də Azərbaycan ən yaxşı mövqeyə malikdir. Ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi 73 milyard dollar olmaqla borcu 14,5 dəfə üstələyir. Digər region ölkələrindən Ermənistanda rezervlərin həcmi 5 milyard dollar olmaqla borcdan 2,2 dəfə azdır. Gürcüstanın strateji ehtiyatlarının həcmi isə 13,8 milyard dollar olmaqla təxmini olaraq borcla eyni məbləğə malikdir.
Xarici borcla bağlı digər bir məqam beynəlxalq bazarlarda yeni borcalma imkanlarının səmərəliliyi və ölkənin reytinqi ilə bağlıdır. Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə beynəlxalq maliyyə bazarlarında olduqca müsbət rəy formalaşdırıb. Həmçinin ölkəmizdə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Belə ki, xarici maliyyə institutları borclarını azaldan ölkələrə növbəti borc paketi ayırarkən daha aşağı faizlə və uzunmüddətli şərtlərlə verir. Çünki borcu qaytarma imkanları yaxşıdır. Bu baxımdan hazırda Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Səudiyyə Fondu və digər beynəlxalq institutlar Azərbaycana ən sərfəli kreditlər təklif edirlər. Azərbaycan həmin sərfəli təklifləri nəzərə alaraq Böyük Qayıdışın sürətlə icra olunduğu şəraitdə öz iqtisadi məqsədləri üçün səmərəli borclanmaya getməyi də istisna etmir.
Borclanma ilə bağlı təmkinli siyasət yürüdülür
Xarici dövlət borcumuz kifayət qədər aşağı səviyyədədir və yeni borclanmaya getmək ölkəmiz üçün hansısa qayğı yarada bilməz. Hökumət xarici valyutada mühafizəkar borclanma siyasəti aparmaqda qərarlıdır, ancaq əlavə borc cəlb etmək üçün də müxtəlif ssenarilər nəzərdən keçirilir. Bununla əlaqədar xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması istisna olunmur. Əsas məqsəd ölkəmiz qarşısında duran böyük infrastruktur layihələrinin, dövlət əhəmiyyətli ümdə infrastruktur planlarının icrasıdır ki, bu sahəyə daxili mənbələrdən yönəldilən vəsaitllə yanaşı, əlavə resurslara ehtiyac vardır.
Ölkəmizin qarşısında duran müəyyən çağırışların, layihələrin həyata keçirilməsi prizmasından maliyyə-kredit təşkilatları ilə əməkdaşlığı bir qədər genişləndirərək kreditlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub. Bunun da başlıca səbəbi azad edilmiş ərazilərin bərpa və quruculuq işlərinin daha da sürətləndirilməsi, meydana çıxan zəruri infrastrukturların daha tez yaradılaraq istifadəyə verilməsi və bu bölgənin iqtisadi resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinin tezləşdirilməsidir. Nəticədə, bu siyasət daha səmərəverici olmaqla və həmin bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasını sürətləndirməklə iqtisadi inkişafa töhfə verəcək. Bölgədən əldə edilən milli gəlirlərin dəyəri həmin borcun qısa zamanda qaytarılmasının təmin edilməsində də həlledici rol oynayacaq. Yəni alınan borc Qarabağ və Şərqi Zəngəzurun qısa bir zamanda dirçəldilməsinin təmin edilməsində köməkçi rol oynamaqla bu bölgədə iqtisadi hərəkətliliyi tezləşdirəcək, insanların öz yurdlarına geri dönüşü daha geniş miqyas alacaq, daha qısa zamanda qayıdış mümkün olacaq. İnsanların məşğulluq imkanları daha dayanıqlı və təminatlı olacaq. Beləliklə, bu bölgədə yaranan əlavə dəyərlərin həcmi bir neçə il ərzində alınan borcu bir neçə dəfə üstələyəcək. Ona görə də, yeni borclanma gələcək reinteqrasiyanın daha tez və çevik formada həllinə kömək edəcək, azad ərazilərin iqtisadi resurslarının ixrac imkanlarını sürətləndirəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48

