Nikbin ssenarilər...
12.04.2025 [10:32]
Valyuta Fondunun yeni proqnozlarına əsasən, qeyri-neft mənbələri dayanıqlı inkişafı təmin edəcək
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatla bağlı proqnozlarını açıqlayıb. Fondun Azərbaycanla bağlı iqtisadi gözləntiləri nikbin ssenarilərə əsaslanır. Təşkilatın “World Economic Outlook” hesabatında qeyd edilir ki, Azərbaycanın makroiqtisadi göstəriciləri müsbət dinamikasını qoruyub saxlayacaq, 2025-ci il üzrə iqtisadi artım 3,5 faiz gözlənilməklə ÜDM-in nominal həcmi 134 milyard manat və 78,8 milyard dollar proqnozlaşdırılır. 2026-cı ildə isə ölkəmizdə ÜDM-in nominal həcmi 2,5 faiz real artımla 139, 2 milyard manat, 2027-ci ildə 2,4 faiz real artımla 145,8 milyard manat, 2028-ci ildə 2,4 faiz real artımla 153,6 milyard manat, 2029-cu ildə isə 2,5 faiz real artımla 162,2 milyard manat səviyyəsində fərz edilir.
2028-ci ildə 118 milyard manatdan çox qeyri-neft ÜDM-i gözlənilir
Qeyd edək ki, bəzi beynəlxalq maliyyə institutları 2025-ci ildə qlobal geosiyasi proseslərin, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginliyin fonunda beynəlxalq enerji bazarlarında enerji daşıyıcılarının qiymət sabitliyinin pozulacağını, xüsusilə də neftin qiymətində enişlərin baş verəcəyinə, neftin orta bazar qiymətinin 55-60 dollar olacağına dair gözləntilərlə çıxış edərək bunun neft ixrac edən ölkələrin iqtisadiyyatını təsirləndirəcəyini irəli sürürlər. Bu xüsusda da Azərbaycanın neft-qaz satışlarından gəlirlərinin azalması müqabilində iqtisadi artım tempinin azalacağına dair bəzi ehtimallar dolaşır.
Ancaq neftin dünya birjalarında orta qiyməti ilk rübdə 75-80 civarında olmaqla nəinki enerji ixracatçılarının gəlirlərinə və tədiyyə balanslarına mənfi təsirlər edib, əksinə əlavə dəyərlərin yaranması üçün kapital resurslarının dayanıqlılığını möhkəmləndirib. Hazırda “qara qızıl”ın növbəti rüblərdə orta qiymətinin 65-70 dollar ətrafında dövr edəcəyi fərz olunur ki, bu da enerji ixracatçıları üçün orta-sabit dəyər indeksi sayılır.
BVF ekspert icması isə Azərbaycanla bağlı iqtisadi artım ssenarilərini enerji dəyişiklikləri üzərində deyil, əsas etibarilə ümumi iqtisadi güc və xüsusilə də qeyri-neft mənbələrinə əsaslanmaqla tərtib edib. Onların qənaətinə görə, Azərbaycan iqtisadiyyatının enerji amili üzərində dayanmadığı son illərin əlavə dəyər artımında özünün göstərməkdədir. Qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığımnın yüksələməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müsəssisələrin yaradılmasıdır. Bu baxımdan həmin dayanıqlı artım tempi davam edəcək, 2025-ci ildə qeyri-neft sektorunda ÜDM-in nominal həcmi 94,674 milyard manat (illik artım 10,46 faiz) təşkil edəcək. Fondun ehtimallarına əsasən 2026-cı ildə isə qeyri-neft ÜDM-nin həcmi 102,595 milyard manat ( artım 8,37 faiz) 2027-ci ildə 110,434 milyard manat (artım 7,64 faiz), 2028-ci ildə isə 118,8 milyard manat (artım 6 faiz) təşkil edəcək.
Hökumətin proqnozları da BVF-ilə üst-üstə düşür
Qeyd edək ki, BVF-nin iqtisadi artımla bağlı cari və ortamüddətli dövr üzrə proqnozları Azərbaycan hökumətinin inkişaf ssenariləri ilə təxmini olaraq üst-üstə düşür. Ortamüddətli Xərclər Çərçivəsi sənədinə əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcək. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.
Ümumilikdə, 2028-ci ildə ÜDM-in 150,8 milyard manata (təxminən 89 milyard dollar), o cümlədən qeyri-neft ÜDM-in həcminin 117,2 milyard manata qədər artacağı gözlənilir.
Valyuta Fondunun ekspertləri, eyni zamanda, dayanıqlı fiskal konsolidasiyaya nail olmaq üçün Azərbaycana kompleks strategiyaya ehtiyac olduğunu vacib sayır. Belə ki, vergi bazasının genişləndirilməsi üçün vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, yeni gəlir mənbələrinin müəyyən edilməsi istiqamətində əlavə addımların atılması zəruri hesab edilir.
Valyuta Fondunun ölkəmizin ortamüddəli dövr üzrə borc öhdəlikləri ilə bağlı gözləntiləri də müsbətdir. Proqnozlara görə, 2025-ci ildə Azərbaycanın ümumi dövlət və dövlət zəmanətli borcu ümumi daxili məhsulun ÜDM-in 28 faizini təşkil edəcək. Xarici borcun həddi isə ÜDM-in 10 faizdən xeyli aşağı olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

