Manatın məzənnəsi sabit saxlanılacaq
19.04.2025 [11:16]
Hökumətin yeni proqnozlarına əsasən, manatın dollara qarşı məzənnəsi 1,70 AZN intervalında götürülüb
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlara əsasən, 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində, yəni 1,70 AZN intervalında götürülüb.
Manatın məzənnəsini ölkəyə daxil olan valyutanın həcmi, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği və digər amillər müəyyən edir. Hazırda ölkəmizə daxil olan xarici valyutanın həcmini təmin edən dayanıqlı resurslar mövcuddur. Məzənnəyə təsir göstərən amillərdən biri kimi dünya bazarında neftin orta satış qiyməti də mühüm rol oynayır. Sözsüz ki, yüksək neft qiymətləri ölkəyə daha çox xarici valyuta axınını təşviq etməklə, manatın möhkəmlənməsinə səbəb olur.
Neft Fondu dollar tələbini tam qarşılayır
Ölkəmizdə valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir ki, bu da manat-dollar münasibətlərinin tənzimlənməsində təsiredici faktorlardan biridir. Neft Fondu illik neft -qaz satışlarından orta hesabla 12-14 milyard manatlıq transferti həyata keçirmək imkanına malikdir. Neft Fondu neft və qaz satışından əldə etdiyi gəlirləri valyuta hərracları vasitəsilə sataraq manatla büdcəyə transfert edir. Neft Fondunun 2025-ci il üzrə transferti 14,4 milyard manat həddində təsdiq edilib. Bu, dollar ifadəsi ilə 8,5 milyard dollar deməkdir. Yaxud aylıq 700 milyon dollar transfert öhdəliyidir. DNF 2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinə 3 milyard 620 milyon manat həcmində vəsait transfert edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 425 milyon manat və ya 13,3 faiz çoxdur. Fondun qarşıdakı 9 ay ərzində 10,8 milyard manat öhdəliyi var ki, bu da dollar ekvivalenti ilə 6,3 milyard dollar deməkdir.
Azərbaycanın gündəlik 560 barel neft ixracı fonunda neftin pessimist proqnozu üzrə, yəni 60 dollardan gəlirləri nəzərə alsaq, bu, ayda təxminən 800-850 milyon dollar deməkdir. Bu ssenari üzrə Neft Fondu 9 ayda 7-7,5 milyard dollar qazanmaqla bazarın dollara olan 6,5 milyardlıq tələbini tam ödəməklə, manatın məzənnə sabitliyini tamamilə qorumuş olur. Yəni, Neft Fondu təkcə neft satışından ən aşağı pessimist ssenari üzrə əldə etidiyi dollar portfeli manat tələbini bağlamaqla, təsirləri minimallaşdırır.
Milli valyutaya təzyiq edəcək amillər neytrallaşdırılır
Qlobal bazar ssenarilərinə əsasən, neftin qiymətinin pessimist ssenaridə dövr edəcəyi gözlənilmir. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) proqnozlarına əsasən, tədricən artan hasilat və qlobal neft tələbinin nisbətən zəif artımı 2025-ci ilin ikinci yarısından etibarən və 2026-cı il ərzində qiymətlərin azalmasına təsir edəcək. Nəticədə, “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 2025-ci ildə 74 dollar, 2026-cı ildə 66 dollar səviyyəsində qalacağı fərz edilir. Bununla yanaşı, Avropada qlobal mayeləşdirilmiş təbii qaz tələbinin yüksək olması və təchizat məhdudiyyətləri fonunda qaz qiymətlərinin 2025-ci ildə 11 faiz artacağı, 2026-cı ildən etibarən əlavə mayeləşdirilmiş təbii qaz təchizatının bazara daxil olması ilə 8 faiz azalacağı proqnozlaşdırılır. Bu ssenarilər ona dəlalət edir ki, neftin qiymətinin orta satış qiyməti Azərbaycan hökumətinin 2026-cı ildə büdcədə proqnozlaşdırdığı həddən (65 dollar) yüksək olacaq, eləcə də digər enerji, yəni qaz satışlarından daxilolmalar dayanıqlı valyuta gəlirlərini təmin edəcək. Nəticədə, manat üçün təhdidlərdən biri olan dollar tələbinin ödənilməsi problemi gözlənilmir.
Tədiyyə balansı qənaətbəxşdir
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda, hələ ki, üzən məzənnə rejiminə keçirilməyib və Mərkəzi Bank da dollarla bağlı tələb artıqda prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Əgər bazarda dollar sıxıntısı yaranarasa, Mərkəzi Bankın son illərdə əhəmiyyətli həcmlərdə artmış ehtiyatlarının bir hissəsinin valyuta hərraclarına yönəlməsi mümkündür. Bu amil isə yenə də manatın məzənnəsinin mövcud qiymət indeksi üzrə qorunub saxlanmasını təmin edir.
Yeri gəlmişkən, “The Economist” nəşri də manatın məzənnəsinin sabit qalacağına dair bir müddət əvvəl ehtimallarını acıqlayıb. Ümumilikdə, fiskal və monetar siyasət üzrə qlobal mənzərəyə baxdıqda, inflyasiyanın tədricən azalması fonunda mərkəzi banklar monetar siyasəti fərqli tempdə yumşaltmağa davam etməkdədir. Hazırkı genişləndirici monetar siyasət meyli maliyyələşmə xərclərinin azalması ilə ölkələrdə daxili tələbə müsbət təsir göstərir. Bu baxımdan mərkəzi bankların daha yumşaq monetar siyasətə keçid etməsi və iqtisadiyyatların fiskal konsolidasiyaya hazırlığı fonunda, hazırkı şərait fiskal buferlərin bərpası üçün əlverişli hesab edilir. Bu amil də milli valyuta ilə bağlı vəziyyətin əlverişliliyini göstərir.
Həmçinin, Azərbaycanın tədiyyə balansı və xarici ticarəti ilə bağlı göstəricilər kifayət qədər yaxşıdır, cari əməliyyatlar hesabında dayanqılı profisit mövcuddur və iln sonunda, eyni zamanda, növbəti ildə tədiyyə balansının profisiti qorunub saxlanılacaq.
E,CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
İdman
20 May 23:37

Dünya
20 May 23:16

Dünya
20 May 22:51

Xəbər lenti
20 May 22:30

Dünya
20 May 22:19

Dünya
20 May 21:45

Dünya
20 May 21:24

Dünya
20 May 20:46

Hadisə
20 May 20:12

Dünya
20 May 19:52

YAP xəbərləri
20 May 19:28

YAP xəbərləri
20 May 18:36

Analitik
20 May 18:31

Dünya
20 May 18:15

Dünya
20 May 17:44

YAP xəbərləri
20 May 17:25

YAP xəbərləri
20 May 16:32

YAP xəbərləri
20 May 16:05

Gündəm
20 May 16:01

Elanlar
20 May 15:51

Siyasət
20 May 15:16

Siyasət
20 May 15:16

Siyasət
20 May 15:15

Siyasət
20 May 15:15

Siyasət
20 May 15:14

Siyasət
20 May 15:13

Siyasət
20 May 15:12

Siyasət
20 May 15:10

Siyasət
20 May 15:09

Gündəm
20 May 14:53

Elanlar
20 May 14:51

Sosial
20 May 14:50

YAP xəbərləri
20 May 14:33

Sosial
20 May 14:11

Gündəm
20 May 13:50

Elm
20 May 13:03

Mədəniyyət
20 May 12:42

Siyasət
20 May 12:10

Sosial
20 May 11:30

İdman
20 May 11:27

Dünya
20 May 11:26

Sosial
20 May 11:25

Gündəm
20 May 11:22

Gündəm
20 May 11:20

İqtisadiyyat
20 May 11:18

İqtisadiyyat
20 May 11:17

Sosial
20 May 10:31

YAP xəbərləri
20 May 10:20

Sosial
20 May 10:18

Analitik
20 May 10:09

İqtisadiyyat
20 May 09:57

Siyasət
20 May 09:43

Ədəbiyyat
20 May 09:38

MEDİA
20 May 09:29

Analitik
20 May 09:15

Analitik
20 May 09:07

Dünya
20 May 08:54

Dünya
20 May 08:41

Sosial
20 May 08:36

Sosial
20 May 08:11

Gündəm
20 May 07:54

Gündəm
20 May 07:38

İqtisadiyyat
19 May 23:14

Sosial
19 May 22:53

İdman
19 May 22:25

Dünya
19 May 21:41

Siyasət
19 May 21:32

Dünya
19 May 21:18

Dünya
19 May 20:39

Dünya
19 May 20:18
