İcra prosesində hərraclar tam rəqəmsallaşıb, borclu şəxslərin hüquqları genişlənib
01.08.2025 [14:16]
Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş qanunvericiliyə son dəyişikliklərə əsasən ölkədə əmlakın satışı mexanizmi tamamilə yenidən formalaşdırılır.
Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, yeni dəyişikliklər əmlakı satışa çıxarılan borcluların hüquqlarının müdafiəsini gücləndirir, əmlakın hərrac yolu ilə satışı prosesini tam rəqəmsallaşdırır, əmlakın satışı prosesində şəffaflığı və rəqabətliliyi təmin edir. Bu da ümumilikdə icra prosesinin effektivliyinin artırılmasını hədəfləyir.
Belə ki, ilk növbədə borclunun özünə əmlakın satılması üçün şərait yaradılır, ona qanunla nəzərdə tutulmuş qaydada əmlakı açıq bazar şəraitində daha yüksək qiymətə satmaq imkanı verilir. Borclu bu hüquqdan istifadə etmədikdə əmlak real bazar dəyərində tələbkara təklif olunur. Tələbkar qəbul etmədikdə isə əmlak hər kəs üçün əlçatan olan elektron hərrac vasitəsilə rəqabətli şəraitdə satılır.
Hərracların tam rəqəmsal formada aparılması, rəqabətli və şəffaf hərrac mühitinin formalaşdırılması, satış prosesinin sürətləndirilməsi nəticə etibarilə həm tələbkarın, həm də borclunun maraqlarının qorunmasına xidmət edir.
Həmçinin dəyişikliklərə əsasən hərrac prosesinə mərkəzləşdirilmiş nəzarət mexanizmi də formalaşacaqdır.
Bundan başqa hərracdan əldə olunan əmlakların reyestr qeydiyyatı da rəqəmsallaşır. Artıq alıcı əmlakı hərracdan aldıqdan sonra müvafiq protokol daşınmaz əmlak üzərində yaranmış hüququn qeydə alınması üçün inteqrasiya olunmuş sistem vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə göndəriləcəkdir.
Dəyişikliklərə əsasən, borclu satılmış əmlakı təhvil vermədikdə əlavə məhkəmə çəkişməsinə ehtiyac qalmadan əmlakın boşaldılmasına da imkan yaradılır.
Yeni mexanizm ümumilikdə ədalətli və effektiv icra mühitinin formalaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına yönəlib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

