İnnovasiya, investisiya və texnologiyalar üçün unikal platforma
30.09.2025 [10:52]
“INMerge İnnovasiya Sammiti” rəqəmsal ekosistemin inkişafında yeni imkanlar açır
Sentyabrın 29-da regionun nüfuzlu “INMerge İnnovasiya Sammiti-2025” işə başlayıb. “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır. Fintex, telekommunikasiya, elektron ticarət kimi sahələrdən olan innovatorlar, investorlar və sahənin nüfuzlu liderlərinin təmsil olunduğu sammitdə 30-dan çox ölkədən 1000-dən artıq biznes icması iştirak edir. İki gün davam edəcək sammitdə iştirakçılara yüksəksəviyyəli çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə imkanları təqdim olunacaq. Builki sammitə “IBM”, “Microsoft”, “Netflix”, “Pixar” kimi bir çox qlobal və yerli şirkətlərin rəhbər və nümayəndələri qatılıblar.
Startaplar və investorları bir araya gətirən platforma
Azərbaycan innovasiyalar və rəqəmsal layihələrin həyata keçirilməsində qabaqcıl ölkələrlə sıx əməkdaşlıq edir, ən müasir elektron xidmət və bacarıqları mənimsəmək üçün birgə addımlar atır, eyni zamanda onları ölkəmizə gətirərək rəqəmsal ekosistemin inkişafına töhfə verməyə səfərbər edir. “INMerge İnnovasiya Sammiti” bu baxımdan rəqəmsal tərəfdaşlığın mühüm platforması kimi innovasiya ekosisteminin inkişafına töhfə verəcək tədbir hesab edilə bilər. Tədbir ölkədə fəaliyyət göstərən startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün yeni fürsətlər yaratmaq, rəqəmsal şirkətlər arasında fikir və təcrübə mübadiləsini inkişaf etdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Sammitdə fintex, telekommunikasiya, e-ticarət, süni intellekt, marketinq, rəqəmsal bacarıqlar üzrə qlobal tərəfdaşların qoşulması, o cümlədən “Youtube”, “Amazon”, “Waze” kimi nəhəng şirkətlərin nümayəndələrinin iştirak etməsi rəqəmsal sektorda yenilikçi ideyaların ərsəyə gəlməsində də təşviqedici rol oynayacaq.
“INMerge” Mərkəzi Avrasiyanın əsas innovasiya hadisəsidir
“PAŞA Holdinq” MMC-nin baş direktoru Cəlal Qasımov bildirib ki, beş il əvvəl korporativ görüş kimi başlayan tədbir bu gün innovasiyalar, investisiyalar və texnologiyalar üçün aparıcı regional platformaya çevrilib. Builki sammit yeni miqyas və ambisiyalar baxımından daha bir irəliləyiş deməkdir, 5000-dən çox iştirakçı ideya bölüşmək və birlikdə gələcəyi qurmaq üçün toplaşıb.
C.Qasımov qeyd edib ki, “INMerge” Mərkəzi Avrasiyanın əsas innovasiya hadisəsidir və Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və regionun digər ölkələrindən hökumət nümayəndələrini, innovatorları, investorları, korporasiyaları, startapları və ekosistem yaradıcılarını birləşdirir. Azərbaycan bu qabaqcıl biznes ideyası konsepti ilə kapital və tərəfdaşları bir arada toplayır və inkişafın sürətləndirilməsi yollarına açıq dialoq mühiti yaradır. Bunun nəticəsidir ki, sammitdə kapitalın dəstəkləyə biləcək ideyalara və irəliləyişlərə xüsusi diqqət yetirən biznes icması vahid bir iqtisasi zəka zəncirində birləşir. Onlar yeni investisiyalar və innovasiyalar sahəsində partnyor qazanırlar, birlikdə regionun gələcəyinin ikiqat hərəkətverici qüvvəsinə çevrilmək üçün yol xəritələri müəyyənləşdirirlər.
Azərbaycan süni zəka baxışlarını qəbul edən ölkələr sırasına qoşulub
“INMerge İnnovasiya Sammiti”nin əsas çağırışlarından biri süni intellekt üzrə imkanları artırmaq, tədris, təhsil və elmdə müasir vəhdəti formalaşdırmaqdır.
Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, həmin prioritetlər üzrə yetərli infrastruktur qurulub və ali təhsil sistemində süni zəkanının təşviqi üzrə strateji baxışlar öz müsbət bəhrəsini verməkdədir. Həmin infrastruktur üzərində süni intellekt və bilik əsaslı sistemlər qurulur və dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb və hazırda yüzlərlə peşəkar mütəxəssis hazırlanır və onlar yaxın illərdə əmək bazarına daxil olacaq.
Qeyd olunub ki, ölkəmizdə çox güclü rəqəmsal infrastruktur qurulub, internetin orta sürəti dəfələrlə artıb. ABŞ ilə əməkdaşlıq çərçivəsində yaxın aylarda “Microsoft Business Platform” istifadəyə veriləcək.Bu platforma dövlət xidmətlərinin vahid pəncərə prinsipi ilə əlçatanlığını təmin edəcək.
Sammitdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin iqtisadi inkişafında qeyri-neft amilinin aparıcı rol oynadığını vurğulayıb. Bildirib ki, neftdənkənar sektordakı artın dinamizm ixracı da stimullaşdırır və bunun nəticəsində 6 ildə qeyri-neft ixracı artıb. Eyni zamanda, iqtisadiyyata daxili və xarici mənbələr hesabına sərmayə qoyuluşları artıb. Bunun əsas səbəbi isə investisiya iqliminin və etibarlılığın yüksəlməsidir. Sərmayələr son illərdə şaxələnməklə yüksək texnologiyalar sektorlarına yönəldilir ki, bunun nəticəsində Azərbaycanda süni zəka seqmenti formalaşır və ölkəmiz milli süni zəka baxışlarını qəbul edən ölkələr sırasına qoşulub.
“Startap Azərbaycan” platforması sərmayələr cəlb edir
“INMerge Sammiti”ndə robot texnologiyaları, startap quruculuğu sahəsində əldə edilən müsbət nəticələrə də diqqət çəkilib. Vurğulanıb ki, süni innovasiya modelinin mühüm atributlarından biri olan startaplar biznes ideyalarının mükəmməl aləti kimi özünü doğrultmaqdadır. Bunun nəticəsidir ki, builki tədbirə 100-dən çox startap qoşulub ki, onların 70-dən çoxu dünyanın müxtəlif ölkələrindən gəlib. Bu isə regionun ən yaxşı texnoloji istedadlarının unikal bir toplantıda birləşməsi deməkdir.
Bir neçə ildir ki, fəaliyyət göstərən “Startap Azərbaycan” platforması startaplar, investorlar, maliyyə fondları, yeni rəqəmsal alətlərə dəstək verməklə gənc biznes komandasının təşviqinə və böyüməsinə səbəb olmaqdadır. Bunun nəticəsidir ki, süni intellektin atributlarından biri olan bu layihələrə qoşulan gənc istedadların sayı durmadan artır. 2022-2024-cü illər ərzində yerli startaplarımız müxtəlif qlobal investor və təşkilatlardan 2,4 milyon avrodan çox investisiya cəlb ediblər. Bu, ölkəmizin innovasiya potensialına olan inamın göstəricisidir, həm də həyata keçirdiyimiz təşəbbüslərin real nəticəsi kimi qəbul edilə bilər.
Startaplarımız elektron ticarət, səhiyyə və təhsil texnologiyaları, aqrotexnologiya, maliyyə texnologiyaları, ekoloji təmiz texnologiyalar, əşyaların interneti və oyun sənayesi kimi çoxşaxəli sahələri əhatə edib. Bununla yanaşı, Azərbaycanda vençur kapital mexanizmlərinin inkişafı da mühüm mərhələyə qədəm qoyub. Son illərdə yaradılmış müxtəlif fondlar vasitəsilə ümumilikdə 15 milyon dollardan çox kapital formalaşdırılıb və həmin fondlar 2,2 milyon dollardan artıq sərmayəni regionlarda fəaliyyət göstərən startaplara yönəldiblər.
Sammitdə yeni biznes ideyaları və zəka quruculuğunda daha da inkişaf meyarları qazanmaq üçün biznes mühiti ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsinin vacibliyinə də diqqət çəkilib. Yeni ekosistemdəki yeniliklərin təşviqi baxımından iştirakçılara öz təklif və fikirlərini təqdim etmək barədə çağırış edilib. Həmin təkliflərin nəzərə alınması isə institisional arxitekturanı möhkəmləndirməklə, innovasiya ekosistemində əməkdaşlığı daha da gücləndirməyə imkan verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
30 Sentyabr 23:35

YAP xəbərləri
30 Sentyabr 23:14

Xəbər lenti
30 Sentyabr 22:41

YAP xəbərləri
30 Sentyabr 22:18

Dünya
30 Sentyabr 21:45

İqtisadiyyat
30 Sentyabr 21:32

YAP xəbərləri
30 Sentyabr 21:15

Dünya
30 Sentyabr 20:50

YAP xəbərləri
30 Sentyabr 20:32

YAP xəbərləri
30 Sentyabr 20:08

Sosial
30 Sentyabr 19:49

Gündəm
30 Sentyabr 19:37

YAP xəbərləri
30 Sentyabr 19:23

YAP xəbərləri
30 Sentyabr 19:02

Gündəm
30 Sentyabr 18:55
YAP xəbərləri
30 Sentyabr 18:45

Gündəm
30 Sentyabr 18:44

YAP xəbərləri
30 Sentyabr 18:42

YAP xəbərləri
30 Sentyabr 17:26

Hərbi
30 Sentyabr 17:19

Gündəm
30 Sentyabr 17:18

Gündəm
30 Sentyabr 17:18

YAP xəbərləri
30 Sentyabr 16:44

Elanlar
30 Sentyabr 16:38

YAP xəbərləri
30 Sentyabr 16:24

Xəbər lenti
30 Sentyabr 15:54

Siyasət
30 Sentyabr 15:44

Sosial
30 Sentyabr 15:28

Hadisə
30 Sentyabr 15:25

İqtisadiyyat
30 Sentyabr 15:23

İqtisadiyyat
30 Sentyabr 15:21

Siyasət
30 Sentyabr 15:19

YAP xəbərləri
30 Sentyabr 15:17

YAP xəbərləri
30 Sentyabr 15:13

Elanlar
30 Sentyabr 15:07

YAP xəbərləri
30 Sentyabr 14:23

YAP xəbərləri
30 Sentyabr 14:17

YAP xəbərləri
30 Sentyabr 14:13

YAP xəbərləri
30 Sentyabr 13:50

YAP xəbərləri
30 Sentyabr 13:48

MEDİA
30 Sentyabr 13:32

Sosial
30 Sentyabr 13:30

İdman
30 Sentyabr 13:29

Gündəm
30 Sentyabr 12:14

Gündəm
30 Sentyabr 11:49

YAP xəbərləri
30 Sentyabr 11:44

YAP xəbərləri
30 Sentyabr 11:42

Siyasət
30 Sentyabr 11:26

Siyasət
30 Sentyabr 11:10

İqtisadiyyat
30 Sentyabr 10:52

Siyasət
30 Sentyabr 10:39

İqtisadiyyat
30 Sentyabr 10:13

İqtisadiyyat
30 Sentyabr 09:50

Analitik
30 Sentyabr 09:36

Analitik
30 Sentyabr 09:12

Sosial
30 Sentyabr 08:59

MEDİA
30 Sentyabr 08:25

Gündəm
30 Sentyabr 07:42

YAP xəbərləri
29 Sentyabr 23:34

YAP xəbərləri
29 Sentyabr 23:11

YAP xəbərləri
29 Sentyabr 22:46

YAP xəbərləri
29 Sentyabr 22:28

YAP xəbərləri
29 Sentyabr 21:51

YAP xəbərləri
29 Sentyabr 21:15
YAP xəbərləri
29 Sentyabr 20:43

YAP xəbərləri
29 Sentyabr 20:10

YAP xəbərləri
29 Sentyabr 19:47

YAP xəbərləri
29 Sentyabr 19:18

YAP xəbərləri
29 Sentyabr 19:06

YAP xəbərləri
29 Sentyabr 18:49
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
