Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bir sıra məhsullara dair texniki reqlament layihələrinin ictimai müzakirəsi keçirilib

Bir sıra məhsullara dair texniki reqlament layihələrinin ictimai müzakirəsi keçirilib

13.10.2025 [18:39]

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında”, “Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə dair tələblər haqqında”, “Yüngül sənaye məhsullarının təhlükəsizliyi haqqında” və “Mebel məhsullarının təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə KOBİA-nın KOB dostu departamentinin müdir müavini Rauf Tağıyev və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev çıxış edib. Çıxışlar zamanı yeni texniki reqlament layihələrinin daxili bazarda təhlükəsiz və keyfiyyətli məhsulların dövriyyəsinin təmin edilməsi, istehlakçı maraqlarının qorunması, eləcə də biznes subyektləri üçün rəqabətədavamlı mühitin gücləndirilməsi baxımından üstünlüklərindən bəhs edilib. Habelə sahibkarların ictimai dinləmə və müzakirələrdə aktiv iştirakı və öz təkliflərini təqdim etmələri üçün çağırış edilib.

Tədbir çərçivəsində texniki reqlament layihələrinin əhatə etdiyi sahələr, əsas təhlükəsizlik tələbləri, onların uyğunluğun qiymətləndirməsi prosesində tətbiqi və keyfiyyət standartlarının artırılmasında roluna dair təqdimat nümayiş olunub. Görüşün sonunda keçirilən sual-cavab sessiyası fəal müzakirələrlə davam etdirilib, iştirakçıların rəy və təklifləri dinlənilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakı, o cümlədən digər yeni milli texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirəcək.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən 43 ədəd milli texniki reqlament layihəsi hazırlanıb, 33 texniki reqlament layihəsi maraqlı tərəflərin rəy və təkliflərinin alınması məqsədilə agentliyin rəsmi internet səhifəsində ictimai dinləmə və müzakirəyə çıxarılıb.

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Dostluğun təntənəsi

13 Oktyabr 14:51

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31