Çində Azərbaycan iqtisadiyyatının təqdimatı
07.11.2025 [11:20]
Beynəlxalq idxal sərgisində ölkəmizin investisiya və biznes potensialı nümayiş etdirilir
Çinin Şanxay şəhərində 8-ci Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb. Noyabrın 10-dək davam edəcək sərgi Çin Sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilir, xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır. Çinin Ticarət Nazirliyinin, Şanxay meriyasının və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə keçirilən sərgidə 155 ölkə və beynəlxalq təşkilatdan təxminən 4 mindən çox iştirakçı qatılıb.
Sərgidə Azərbaycanı Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxsləri və biznes icmasının üzvləri təmsil edir. Şahin Mustafayev bildirib ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib. Azərbaycan Cənubi Qafqaz regionunda Çinin etibarlı tərəfdaşıdır.
“Made in Azerbaijan” stendi ziyarətçilərdə böyük maraq yaradır
Azərbaycanın İqtisadiyyat Nazirliyi və Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə təşkil edilən vahid ölkə və kommersiya stendlərində milli brendlərimiz nümayiş etdirilir. Həmçinin, buradakı Azərbaycn pavilyonunda aqrar-sənaye, kənd təsərrüfatı, turizm, innovasiya, “yaşıl enerji” və digər sahələrdə ölkəmizin potensialını əks etdirən təşviqedici materillar da yer alır. Azərbaycan pavilyonunda əks etdirilən videoçarxlar, əyani materiallar və müxtəlif inforqrafikalar ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri haqqında tədbirdə iştirak edən xarici dövlət və biznes icmasında zəngin təəssürat yaradır.
“Made in Azerbaijan” stendində isə sərgi ziyarətçilərinə Azərbaycan şirkətlərinin istehsal etdikləri şərab brendi və digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, fındıq, nar şirəsi, konservlər və s. məhsullar nümayiş olunur. Stenddə həmçinin Çindəki ticarət evlərində nümayiş olunan yerli məhsullarımız da yer alıb. Bundan başqa, xidmət ixracının dəstəklənməsi məqsədilə Xəzəryanı regionda qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilən yerli “InterFood Azerbaijan” sərgisi haqqında məlumat verilir və xarici şirkətlərin sözügedən sərgidə təmsil olunması təşviq olunur.
Azərbaycan Ticarət evləri ixracın simvoluna çevrilir
Stenddə Ələt Azad İqtisadi Zonasında, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında investorlara təklif olunan imtiyazlar, ölkəmizin nəqliyyat-tranzit potensialı, turizm perspektivləri təqdim olunur ki, bu da Azərbaycanın regional logistika və nəqliyyat qovşağının mərkəzi kimi strateji potensialı barədə dərin təsəvvürlər yaradır. “Invest in Azerbaijan” ekspozisiya bölməsində ziyarətçilərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dövlət Neft Fondunun (DNF) fəaliyyət istiqamətləri barədə məlumatlar, vizual və çap materialları da təqdim olunur. Bununla yanaşı, Azərbaycan-Çin iqtisadi əməkdaşlığının mühüm platforması kimi Çində fəaliyyət göstərən Azərbaycan Ticarət evləri xüsusi ziyarətçi kütləsi toplamaqdadır.
Qeyd edək ki, indiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycan Ticarət evləri açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib. Ticarət evləri ölkəmizdə istehsal edilən qida və içki sənayesinə aid 50-yə yaxın məhsulun nümayış olunması, milli ixrac qabiliyyətinin imkanlarının təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ticarət evləri Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında kənd təsərrüfatı sahəsində faydalı iqtisadi müzakirələr üçün platforma rolunu oynayır, Azərbaycan ixracatçılarının potensial imkanlarını nümayiş etdirir. Həmçinin, Ticarət evlərinin sayının artması Azərbaycan və Çin arasında qarşılıqlı ticarət mübadiləsinin də həcminin artmasını təşviq edir.
İxrac missiyaları aqrar sahədə əməkdaşlığı artırır
Artıq bir neçə ildir ki, iqtisadi ənənəyə çevrilmiş Çinin Urumçi şəhərinə təşkil olunan Azərbaycanın ixrac missiyaları da iki ölkənin biznes icması arasında təmasların genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İxrac missiyaları yeni bazarlara çıxış imkanlarını aşkar etmək, mövcud bazarlarda yerli məhsulların mövqeyini möhkəmlətmək və bu bazarlara yeni məhsullar təqdim etmək məqsədi ilə təşkil olunan dəstək tədbiridir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirlər ölkəmizin kənd təsərrüfatı məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsində əsas vasitələrdən biridir.
Çin-Azərbaycan əlaqələrində yeni dövr
Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin sərgi çərçivəsində keçirdiyi görüşlər faydalı müzakirələrlə və mühüm anlaşmalarla yadda qalıb. Bildirilib ki, investisiya qanunvericiliyi təkmilləşdirilir və xarici investorlara münasibət müsbət istiqamətdə dəyişir. Bu amillər dünyanın bir çox şirkətləri kimi, Çin şirkətləri üçün də Azərbaycanın investisiya bazarını cəlbedici edir. Çin şirkətləri Azərbaycanın əlverişli coğrafi mövqeyi, sabit iqtisadi mühiti və geniş potensialı sayəsində ölkəmizə böyük maraq göstərir. Energetika, nəqliyyat, tikinti və informasiya texnologiyaları kimi sahələrdə Çin investisiyaları Azərbaycan iqtisadiyyatının diversifikasiyası və dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir.
Beləliklə, Çin Beynəlxalq İdxal Sərgisi Azərbaycanın investisiya və ticarət imkanlarını tanıtmaq, Çin bazarında mövqelərimizi gücləndirmək və yeni tərəfdaşlıqlar qurmaq üçün yeni fürsətlər yaradır. Azərbaycan məhsullarının daha geniş təqdimatına və ixrac imkanlarının genişləndirilməsinə səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41
İqtisadiyyat
07 Noyabr 11:20
YAP xəbərləri
07 Noyabr 11:12
YAP xəbərləri
07 Noyabr 11:06
Gündəm
07 Noyabr 10:55
İqtisadiyyat
07 Noyabr 10:53
İqtisadiyyat
07 Noyabr 10:36
Analitik
07 Noyabr 10:14
MEDİA
07 Noyabr 09:51
Analitik
07 Noyabr 09:38
Mədəniyyət
07 Noyabr 09:14
Sosial
07 Noyabr 08:50
İdman
07 Noyabr 08:26
YAP xəbərləri
06 Noyabr 23:42
YAP xəbərləri
06 Noyabr 22:45
YAP xəbərləri
06 Noyabr 22:36
YAP xəbərləri
06 Noyabr 21:28
YAP xəbərləri
06 Noyabr 21:10
YAP xəbərləri
06 Noyabr 20:47
YAP xəbərləri
06 Noyabr 20:30
YAP xəbərləri
06 Noyabr 19:49
YAP xəbərləri
06 Noyabr 19:14
Maraqlı
06 Noyabr 18:36
YAP xəbərləri
06 Noyabr 18:12
YAP xəbərləri
06 Noyabr 17:49
Dünya
06 Noyabr 17:41
YAP xəbərləri
06 Noyabr 17:40
Siyasət
06 Noyabr 17:23
YAP xəbərləri
06 Noyabr 16:54
Dünya
06 Noyabr 16:29
YAP xəbərləri
06 Noyabr 16:26
Diaspor
06 Noyabr 15:43
Dünya
06 Noyabr 15:32
YAP xəbərləri
06 Noyabr 14:46
YAP xəbərləri
06 Noyabr 14:45
YAP xəbərləri
06 Noyabr 14:44
Dünya
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:23
YAP xəbərləri
06 Noyabr 13:58
YAP xəbərləri
06 Noyabr 13:48
YAP xəbərləri
06 Noyabr 13:44
YAP xəbərləri
06 Noyabr 13:43
YAP xəbərləri
06 Noyabr 13:42
YAP xəbərləri
06 Noyabr 13:41
YAP xəbərləri
06 Noyabr 13:40
YAP xəbərləri
06 Noyabr 13:39
YAP xəbərləri
06 Noyabr 13:38
YAP xəbərləri
06 Noyabr 13:35
YAP xəbərləri
06 Noyabr 13:25
Dünya
06 Noyabr 13:16
YAP xəbərləri
06 Noyabr 13:04
Sosial
06 Noyabr 12:58
YAP xəbərləri
06 Noyabr 12:55
İqtisadiyyat
06 Noyabr 12:54
Sosial
06 Noyabr 12:53
Hadisə
06 Noyabr 12:53
İqtisadiyyat
06 Noyabr 12:52
İqtisadiyyat
06 Noyabr 12:51
YAP xəbərləri
06 Noyabr 12:50
Dünya
06 Noyabr 12:45
YAP xəbərləri
06 Noyabr 12:31
Siyasət
06 Noyabr 12:20
YAP xəbərləri
06 Noyabr 12:11
Gündəm
06 Noyabr 12:10

