Bakı Metropoliteni xətlərində daha 15 yeni vaqon istismara buraxılıb
07.11.2025 [14:44]
Bakı Metropoliteni xidmət keyfiyyətini və sərnişin məmnuniyyətini artırmaq məqsədilə müasir qatar parkını genişləndirməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, ən yeni texnologiyalar əsasında hazırlanmış sonuncu - dördüncü nəslə mənsub daha 15 vaqon (3 qatarda) metropoliten xətlərində istismara buraxılıb.
Bakı Metropoliteninin texniki tələbləri nəzərə alınmaqla hazırlanmış yeni vaqonların müasir mikroiqlim sistemi (kondisioner) ilə təchiz edilməsi, vaqonlararası birbaşa keçidlə sərnişin tutumunun 15 faiz artırılması, qapıların daha enli olması, açılıb-bağlanan zaman işıqlı xəbərdarlıq indikatorları ilə təmin olunması sərnişinlərin rahatlığı üçün mühüm əhəmiyyət kəsb edən əsas üstünlüklərdir.
Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər və uşaq arabaları üçün sahələr mövcuddur. Metrodan istifadənin hər kəsə əlçatan olması nəzərə alınaraq baş vaqonlar əlil arabalarının yerləşdirilməsi üçün xüsusi yerlərlə təmin edilib.
Yeni qatarların baş vaqonları 38, orta vaqonlarının hər biri 44 oturacaqlıdır. Baş vaqonda ümumilikdə sərnişin tutumu 315, orta vaqonlarda isə 329 nəfərdir. Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri, həmçinin sərnişinlərin elektron qurğuları doldurması üçün USB yuvacıqlar mövcuddur.
Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri var ki, bu, maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə və ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir. İşıqdiodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyyatını 50 faiz azaltmaqla istismar müddətini 75 faiz artırır.
Yeni qatarlar xəttə bu il istismar müddəti başa çatan əvvəlki nəsil vaqonların əvəzinə verilib.
Qeyd edək ki, hazırda sazlama və komplektləşdirmə işləri aparılan daha 15 vaqon 2025-ci ilin sonunadək xətlərə buraxılacaq. Bununla da, Bakı Metropolitenində yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq.
Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək ümumilikdə 299 yeni nəsil vaqon alınması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27

