Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq
25.11.2025 [11:51]
Azərbaycan və İsrail enerji-ticarət əməkdaşlığını artırmaq niyyətindədir
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib. İclasda enerji, ticarət, investisiya, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan İsraillə əməkdaşlığı strateji baxımdan mühüm hesab edir və əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Hər iki tərəf əməkdaşlığı dərinləşdirmək üçün qarşılıqlı səyləri artırır ki, bu, iqtisadi-ticari-investisiya dinamikasını yüksəldir.
M.Cabbarov qeyd edib ki, hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə 125 İsrail kapitallı kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycan və İsrail şirkətləri maliyyə və qida texnologiyaları, kənd təsərrüfatı və səhiyyə sahələrində fəal iş həyata keçirir. Bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və texnoloji inkişafı baxımından əhəmiyyətlidir. Kənd təsərrüfatı, qida, su və enerji texnologiyaları, dərman sənayesi, biotexnologiya və digər sahələrdə fəaliyyətin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Hökumətlərarası Birgə Komissiya əlaqələrin güclənməsində faydalı platformadır
Azərbaycan və İsrail arasında iqtisadi əlaqələr son illərdə daha da inkişaf edərək yeni sahələrdə birgə layihələrin icrası üçün dərin zəmin yaratmaqdadır. Hər iki ölkənin biznes icması və iqtisadi strukturları arasında intensivləşən münasibətlər iqtisadi-ticari, investisiyalar üçün yeni imkanlar açır. Həmçinin, davamlı xarakter alan biznes-forumlar sahibkarlar arasında təşəbbüskarlığı daha da artırır.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalar kimi mühüm yer tutur. İsrailin maliyyə naziri Zeev Elkinin də vurğuladığı kimi əlaqələrin daha da gücləndirilməsi, yeni sahələrdə fəaliyyət imkanlarının araşdırılmasında Birgə Komissiya mühüm platforma kimi faydalı nəticələrin əldə olunmasına töhfə verir.
Həmçinin, İsraildə əsası qoyulmuş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası iki ölkə arasında mədəni, elmi, iqtisadi əməkdaşlığın genişlənməsində böyük rol oynayır.
Biznes forumlar iqtisadi imkanları artırır
İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında mühüm yer tutur. Bu ölkə ilə respublikamız arasında qarşılıqlı investisiya, həmçinin energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. İşgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi və İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə işlər davam etdirilir. İsrail şirkətləri ilə həmçinin, sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır.
Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması münasibətlərin yeni mərhələyə yüksəlməsində təkanverici rol oynayıb, bir sıra sahələrdə birbaşa təmaslar üçün hüquqi-iqtisadi sütunlar yaradıb.
Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycan-İsrail Biznes forumları da mühüm rol oynamaqdadır. Tərəflər arasında ötən illərdə imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi, gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” konvensiya, iqtisadi sahəyə dair anlaşma memorandumları ticari-investisiya dinamikasını artırıb. Son illərdə ticari mübadilələrin həcmləri artaraq 1 milyard dollara yaxınlaşıb.
Kosmik sənayedə müştərək uğurlar
İsrail və Azərbaycan arasında son illərdə müasir sənaye quruculuğu, süni intellekt, kibertəhülkəsizlik sahələrində əməkdaşlıq daha intensivləşib. Azərbaycanın 2026-cı ildə fəzaya buraxmağa hazırlaşdığı növbəti optik müşahidə peykinin hazırlanmasında israilli peşəkar mütəxəssislər də iştirak edir. “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında imzalanmış müqaviləyə əsasən, “Azersky-2” kosmik peykinin dünya peyk ailəsinə qoşulması nəzərdə tutulur. Dünyanın ən güclü texnologiya şirkətlərindən olan “Israel Aerospace Industries” şirkəti yeni peykin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağında Azərbaycanlı mütəxəssislərə köməkliyini göstəməkdədir. “IAI” proqram çərçivəsində “Azersky-2” üzrə iki peyk hazırlanması planlaşdırılır. İsraillə birgə 2026-cı ildə yeni peykin orbitə çıxarılmasından sonra 2028-ci illdə daha bir “Azersky-2” qurğusu fəzaya buraxılacaq.
Süni zəka və kibertəhlükəsizlik sahəsində yeni platforma
“İsrael Aerospace Industries” şirkəti dünyada unikal sənaye və kosmik mallar tədarükçüsü olmaqla Azərbaycanda yeni innovasiyaların təşviqində və yeni nəsil texnologiyaların hazırlanmasında da dəstəyini göstərmək niyyətindədir. Süni zəka layihələrində tərəfdaşlıq üzrə səmərəli platforma qurulmaqdadır. Ölkələrimiz arasında kibertəhlükəsizlik üzrə də yeni imkanlar dəyərləndirilir. İsrailin “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təsis edilməsindən sonra Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni platformanın qurulması planlaşdırılır ki, bu da kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı kimi starteji hədəflərin müəyyən edilməsində mühüm rol oynayacaq.
Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri, burada yaradılan sənaye zonalarının fəaliyyəti də israilli iş adamları üçün maraq doğurur. Onlar bu bölgədə “ağıllı texnologiyaların” tətbiqi, həmçinin aqrar layihələrdə iştirakı nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40
İdman
25 Noyabr 20:38
YAP xəbərləri
25 Noyabr 20:17
Dünya
25 Noyabr 19:52
Sosial
25 Noyabr 19:42
Sosial
25 Noyabr 19:28
YAP xəbərləri
25 Noyabr 19:14
YAP xəbərləri
25 Noyabr 18:25
Elm
25 Noyabr 18:11
İdman
25 Noyabr 18:01
Sosial
25 Noyabr 17:50
YAP xəbərləri
25 Noyabr 17:41
Siyasət
25 Noyabr 16:35
YAP xəbərləri
25 Noyabr 16:22
Xəbər lenti
25 Noyabr 15:54
YAP xəbərləri
25 Noyabr 15:36
YAP xəbərləri
25 Noyabr 14:35
Sosial
25 Noyabr 14:32
Siyasət
25 Noyabr 14:31
Dünya
25 Noyabr 14:06
Siyasət
25 Noyabr 13:25
Dünya
25 Noyabr 13:25
Sosial
25 Noyabr 12:34
İqtisadiyyat
25 Noyabr 12:33
İqtisadiyyat
25 Noyabr 12:33
Hadisə
25 Noyabr 12:32
Gündəm
25 Noyabr 11:55
Siyasət
25 Noyabr 11:54
Hadisə
25 Noyabr 11:53
İqtisadiyyat
25 Noyabr 11:51
COP29
25 Noyabr 11:25
YAP xəbərləri
25 Noyabr 11:06
Gündəm
25 Noyabr 10:55
İdman
25 Noyabr 10:49
Gündəm
25 Noyabr 10:38
Dünya
25 Noyabr 10:27
Siyasət
25 Noyabr 10:12
Siyasət
25 Noyabr 10:05
YAP xəbərləri
25 Noyabr 10:04
Sosial
25 Noyabr 09:50
YAP xəbərləri
25 Noyabr 09:45
Ədəbiyyat
25 Noyabr 09:33
Analitik
25 Noyabr 09:17
Sosial
25 Noyabr 08:53
Gündəm
25 Noyabr 08:48
MEDİA
25 Noyabr 08:32
Gündəm
25 Noyabr 08:19
Sosial
24 Noyabr 23:31
Dünya
24 Noyabr 23:17
YAP xəbərləri
24 Noyabr 22:43
Sosial
24 Noyabr 22:29
Dünya
24 Noyabr 22:14
Elanlar
24 Noyabr 22:03
Dünya
24 Noyabr 21:53
Dünya
24 Noyabr 21:37
İdman
24 Noyabr 21:36
YAP xəbərləri
24 Noyabr 21:19
Sosial
24 Noyabr 20:58

