İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib
29.10.2013 [09:30]
İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, müşavirədə Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və dövlət başçısının andiçmə mərasimindəki çıxışlarından irəli gələn tapşırıqların icrası, İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
Müşavirədə çıxış edən nazir Şahin Mustafayev oktyabrın 9-da keçirilmiş beynəlxalq standartlara uyğun, demokratik, şəffaf, azad və ədalətli seçkilərdə möhtəşəm və parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi İqtisadiyyat və Sənaye Nazirliyinin kollektivi və öz adından təbrik edib. Şahin Mustafayev bu böyük tarixi hadisə münasibətilə Nazirliyin kollektivini də təbrik edərək, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün nazirlik əməkdaşlarının bütün qüvvə və bacarığını sərf edəcəklərini vurğulayıb.
Şahin Mustafayev Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə qazanılmış iqtisadi uğurlar barədə məlumat verib. Nazir bu uğurların 2013-cü ilin 9 ayında da davam etdiyini qeyd edib, bütün bunların həyata keçirilən düşünülmüş, uzaqgörən və praqmatik siyasətin göstəriciləri olduğunu bir daha diqqətə çatdırıb. Qeyd edilib ki, Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bu ilin 9 ayında görülmüş işlərə yekun vurub, qarşıdakı dövrdə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və daha da möhkəmləndirilməsi üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, Azərbaycan Prezidenti makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması, süni qiymət artımına yol verilməməsi, 2013-cü ilin sonunadək Dövlət İnvestisiya Proqramının tam icra olunması, növbəti ildə Dövlət İnvestisiya Proqramının genişləndirilməsi, xarici və daxili investisiyaların artırılması barədə konkret tapşırıqlar verib.
Dövlət başçısının çıxışında sənayeləşmə siyasətinin davam etdirilməsinə xüsusi diqqət yetirilib, Sumqayıt Kimya Sənaye Parkının ən qısa müddətdə fəaliyyətə başlaması, regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramının hazırlanması, növbəti 5 ildə bölgələrdə mövcud olan bütün sosial və iqtisadi məsələlərin həll edilməsi, 2014-cü ildə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramının davam etdirilməsi, yeni iş yerlərinin açılması, məktəb tikintisinin, içməli su xətlərinin çəkilişinin davam etdirilməsi kimi mühüm vəzifələr qarşıya qoyulub. İclasda ölkə rəhbəri tərəfindən ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, əsas məhsullar üzrə özünü təminetmənin 100 faizə çatdırılması, iri fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, yeni dövriyyəyə buraxılan suvarılan torpaqlarda görüləcək işlər barədə konkret təkliflərin hazırlanması və s. barədə mühüm tapşırıqlar verilib.
Nazir Şahin Mustafayev Prezident İlham Əliyevin andiçmə mərasimindəki proqram xarakterli çıxışında ölkəmizin qarşıdakı illərdə inkişaf istiqamətlərini müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev çıxışında gələcək illər üçün qarşıya həmçinin, sosial siyasətin prioritetliyi, sosial proqramların icrası, sosial infrastrukturun daha da inkişaf etdirilməsi, yoxsulluğun azaldılması, iqtisadiyyatın demoqrafik inkişafla uzlaşdırılması, ərzaq təhlükəsizliyinin tam təmin edilməsi kimi mühüm vəzifələr qoyub. Dövlət başçısı növbəti 5 il ərzində kənd təsərrüfatının inkişafı, böyük suvarma layihələrinin icrası, informasiya-kommunikasiya texnologiyalarının inkişafı siyasətinin davam etdirilməsi, elektron xidmətlərin sayının artırılması, məmur-vətəndaş münasibətlərinə xüsusi diqqət göstərilməsi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlar verib. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına, xalqımızın həyat səviyyəsinin yüksəlməsinə, ən başlıcası isə insan amilinə xidmət edir.
Müşavirədə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı və dövlət başçısının andiçmə mərasimindəki çıxışlarından irəli gələn tapşırıqların həyata keçirilməsi üçün konkret müddət və icraçılar göstərilməklə Tədbirlər Planının hazırlanması, Nazirliyin strukturları tərəfindən Tədbirlər Planında nəzərdə tutulan işlərin gedişi barədə mütəmadi olaraq hesabatların dinlənilməsi qərara alınıb.
Müşavirədə nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında” 22 oktyabr tarixli Sərəncamının Nazirliyə böyük etimad olduğunu vurğulayıb, qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb, bu vəzifələrin icrası üçün Nazirliyin fəaliyyətinin səmərəli təşkili istiqamətində müvafiq tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38

