Yeni iqtisadi artım proqnozları açıqlanıb
06.02.2026 [10:33]
ÜDM 2026-cı il üzrə 2,4, 2027-ci il üzrə isə 2,9 faiz proqnozlaşdırılır
Azərbaycanda iqtisadi artımın (ÜDM) 2026-cı ildə 2,4, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının 4 faiz olacağı proqnozlaşdırılır. Bu barədə Mərkəzi Bankının (MB) sədri Taleh Kazımov bildirib. Qeyd edib ki, 2027-ci ildə isə ölkədə iqtisadi artımın 2,9 və qeyri-neft-qaz sektoru üzrə artımın isə 4,3 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyinin iqtisadi artımla bağlı cari və ortamüddətli dövr üzrə proqnozları da Mərkəzi Bankın ehtimallarına uyğundur. Nazirlik ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9 faiz olacağını proqnozlaşdırır. Belə ki, 2026-cı ildə əlavə dəyərin real artımının 2,9 faiz, 2027-ci ildə 3,3 faiz, 2028-ci ildə isə 3,1 faiz olacağı fərz edilir. Qeyri-neft ÜDM-nin isə cari ildə 5 faiz, gələn il 4,8 faiz, 2028-ci ildə isə 5 faiz artacağı gözlənilir. Ortamüddətli Xərclər Çərçivəsi sənədində 2026-cı ilin sonuna ÜDM-in həcminin 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 101,7 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata , o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 129,5 milyard manata qədər artacağı gözlənilir.
Beynəlxalq agentliklərin proqnozları qənaətbəxşdir
Qeyd edək ki, beynəlxalq agentliklərin və iqtisadi institutların da ölkəmizlə bağlı proqnozları da ümidvericidir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Azərbaycanda iqtisadi artım 2026-ci il üzrə 2,5 faiz, 2027-cı ildə isə 2,6 faiz təşkil edəcək. Artımın əsas mənbəyi kimi qeyri-neft sahələrindən əldə edilən əlavə dəyərlər əsas hesab olunur. Hazırda qeyri-neft sektorundakı artımın 6-7 faiz təşkil etməsi iqtisadi inkişafın hərəkətverici drayverlərinin artıq daha işlək olmasından xəbər verir. BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin davamlı artaraq ÜDM-də payı 80-82 faizə çatacaq.
Asiya İnkişaf Bankı 2026-cı ildə Azərbaycan iqtisadiyyatının 2 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı 2,5 faiz, “ING Group” isə 2026-cı ildə 2,8 faiz, 2027-ci ildə isə 2 faiz artım olacağını fərz edir.
BMT-nin qiymətləndirmələrinə görə, Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 2,7, 2027-ci ildə isə 2,6 faiz təşkil edəcək.
Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri də demək olar ki, oxşardır. “S&P Global” agentliyi ölkəmizdə artımın 2026-cı ildə 2 faiz, “Fitch Ratings” 2,5 faiz, “Moody’s” isə 2,5 faiz olacağını gözləyir.
Dünya Bankından ümidverici proqnozlar
Nüfuzlu qlobal iqtisadi institutlardan olan Dünya Bankının (DB) da Azərbaycanda iqtisadi artımla bağlı yanvar proqnozları müsbətdir. Bankın ekspert icmasının beynəlxalq ictimaiyyətə təqdim etdiyi “Qlobal İqtisadi Perspektivlə” hesabatına əsasən, 2026-cı ildə ölkəmizdə ümumi daxili məhsul (ÜDM) 1,8 faiz, 2027-cı ildə isə 1,7 faiz artacaq. Ehtimallara görə, Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM artımı 2026-cı ildə 3,3 faiz, 2027-ci ildə isə 3,1 faiz səviyyəsində olacaq.
Hesabatda qeyd olunur ki, Azərbaycanda iqtisadi fəallıq karbohidrogen hasilatının azalması, dünya neft qiymətlərinin düşməsi və büdcə siyasətinin sərtləşməsi ilə məhdudlaşacaq. Ermənistan və Gürcüstanda yüksək baza səviyyəsindən sonra iqtisadi fəallığın normallaşması ilə özəl istehlakın yavaşlaması gözlənilir, pul köçürmələrinin zəifləməsi və ixrac gəlirlərinin azalması isə cari hesablara təzyiq göstərəcək.
DB-nin şərhinə əsasən, Azərbaycan iqtisadiyyatı üçün neft-qaz gəlirləri əhəmiyyətli mənbə olsa da, son illərdə xüsusi artım nümayiş etdirən qeyri-neft sektorundakı mənbələr iqtisadi artımın neftə deyil, qeyri-neft sahələrinə əsaslnadığını göstərir. 2025-cü ildə ÜDM istehsalında qeyri- neft-qaz sektorunun payının artaraq 4 faiz təşkil etməsi əlavə dəyərin baza sütununun enerji sektoruna deyil, iqtisadi inkişafın əsas ağırlıq yükü və dayanıqlı sütunları olan qeyri-neft sektoruna söykəndiyini təsdiqləyir.
Qeyri-neft sektorunun artmasında əsas amillər kimi biznes sektorunun fəallığımnın yüksələməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müsəssisələrin yaradılması müsbət dəyərləndirilir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

