Kommersiya qurumlarının dövlət qeydiyyatındakı yeniliklər təqdim edilib
13.05.2026 [20:43]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə sahibkarlarla onlayn görüş keçirilib. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr olunmuş görüşdə mikro və kiçik sahibkarlıq subyektləri, KOB dostları və startapçılar iştirak ediblər.
Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, DVX-nin Vergiödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə təqdimatla çıxış edərək kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi və yaradılmış yeni texniki imkanlar barədə ətraflı məlumat verib. Təqdimat zamanı biznesə başlamaq üçün tətbiq eidlən müasir yanaşmaların üstünlükləri qeyd olunub. Bildirilib ki, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib və bu yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyatı tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb.
Xarici investisiyalı hüquqi şəxslərin elektron qeydiyyatı zamanı elektron apostil verilmiş əcnəbi dillərdə olan sənədlərin yoxlanılmaqla tərcüməsinin notarius tərəfindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin yaradılması istiqamətində əhəmiyyətli işlər görüldüyü xüsusi qeyd edilib. Bundan başqa, kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində yaradılmış texniki yeniliklər diqqətə çatdırılıb.
Görüş zamanı Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsinin təsdiqləndiyi diqqətə çatdırılıb. Burada biznesin təsis edilməsi qaydalarının keyfiyyətinin artırılması, biznes startapları üçün rəqəmsal dövlət xidmətlərinin və informasiyanın şəffaflığının təminatı məsələləri öz əksini tapıb. Həmçinin onlayn xidmətlərin genişləndirilməsi istiqamətində görüləcək işlər qeyd edilib.
İştirakçılara vergiödəyicilərinin elektron qeydiyyatı istiqamətində əldə edilmiş nəticələr və bu sahədə rəqəmsallaşmanın pozitiv dinamikası təqdim olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34

