/ / Aydın Hüseynov: Dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi şəffaflığı və operativliyi təmin edir
Aydın Hüseynov: Dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi şəffaflığı və operativliyi təmin edir
13.03.2014 [14:47]
“Azərbaycan iqtisadiyyatı yüksək inkişaf mərhələsinə qədəm qoyub, iqtisadiyyatın bütün sahələrində yeni meyarlar tətbiq olunur, bütün bu amillər iqtisadi qurumların da fəaliyyətinin təkmilləşdirilməsini, müasir əsaslara uyğun qurulmasını tələb edir. Ölkə başçısı davamlı olaraq icra qurumlarının və idarəçilik institutlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, icra orqanlarının fəaliyyətində şəffaflığın və operativliyin təmin edilməsi üçün tədbirlər görür. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni yaradılmış Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bu məqsədyönlü siyasətin tərkib hissəsidir”. Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov bildirib.
A.Hüseynov qeyd edib ki, ölkəmizdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi həyata keçirilən siyasi və iqtisadi islahatların əsas istiqamətlərindən biridir. “Məlum olduğu kimi, bir neçə il əvvəl Rabitə Nazirliyinin bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldı və burada əsas məqsəd ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafına nail olmaq və bu sahəyə mərkəzləşdirilmiş şəkildə koordinasiya etmək üçün çevik və dinamik icra qurumunun fəaliyyətini təmin etmək idi. Ötən müddət ərzində İKT-nin inkişafında və Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dünya reytinqində mövqeyinin yaxşılaşmasında həmin qurumun fəaliyyəti mühüm rol oynayıb”.
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov onu da əlavə edib ki, hazırda ölkəmiz kommunikasiya texnologiyaları sənayesinin inkişafı üçün məqsədli layihələrə start verib. “İKT sənayesinin əsas sahəsi olan yüksək texnologiyalar parkının yaradılması ilə bağlı işlər sürətlənməkdədir. Yüksək texnologiyalar parkını yaratmaqda məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etməkdir. Bu mənada yeni İKT sənayesi modelinin uğurla tətbiq olunmasında yeni yaradılan dövlət qurumunun üzərinə mühüm vəzifələr düşəcək və inanıram ki, bu layihələr də uğurla həyata keçiriləcək”.
Qeyd olunduğu kimi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, onlara nəzarət mexanizmlərinin gücləndirilməsi idarəetmədə iqtisadi səmərəliliyi artırmaqla yanaşı, şəffaflığın artmasına səbəb olur.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58

