Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu başa çatıb
25.06.2014 [10:22]
İyunun 23-24-də Qəbələdə “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu işini başa çatdırıb.
AzərTAc xəbər verir ki, yekun plenar iclasda forumda keçirilən “dəyirmi masa” moderatorlarının hesabatları dinlənilib. Forumda ümumilikdə kənd təsərrüfatı, turizm, bank işi, sahibkarlıq sahəsində əlaqələrə və əməkdaşlığın perspektivlərinə, humanitar əlaqələrə, nəqliyyat, energetikaya dair “dəyirmi masa”lar keçirilib.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, forum geniş mövzuları əhatə edib, səmərəli müzakirələr aparılıb.
Çıxış edənlər bildiriblər ki, forum çərçivəsində iclaslarda turizm sahəsində yeni əməkdaşlıq imkanları, hər iki ölkənin turizm potensialı müzakirə edilib, kənd təsərrüfatı sahəsində təcrübəyə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə dair ətraflı fikir mübadiləsi aparılıb, şirkətlər tərəfindən müxtəlif təqdimatlar keçirilib.
Eyni zamanda, Azərbaycan tərəfdən Mərkəzi Bankın və bir sıra kommersiya banklarının, Sahibkarlığa Kömək Milli Fondunun, Rusiya tərəfdən isə müxtəlif bankların nümayəndələrinin qatıldığı bankçılıq üzrə “dəyirmi masa”da Azərbaycan və Rusiya bankları arasında əməkdaşlığın inkişaf tarixi, əldə olunan nailiyyətlər, birgə həyata keçirilmiş layihələr və əməkdaşlığın perspektivləri müzakirə olunub.
İclaslar çərçivəsində hər iki ölkənin sahibkarları əməkdaşlıq imkanlarını araşdırıblar. Bundan əlavə, tərəflər humanitar sahədə yüksək səviyyədə olan əlaqələri daha da genişləndirməklə bağlı fikir mübadiləsi aparıblar. Azərbaycan və Rusiyanın energetika və nəqliyyat sahələrində uğurlu əməkdaşlığı qeyd edilib, perspektivdə görüləcək işlərdən danışılıb.
Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev qeyd edib ki, forumun işini il ərzində dəstəkləmək lazımdır və bunun üçün seminarlar keçirmək mümkündür.
Sonda çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev forumun iştirakçılarına təşəkkür edib, müzakirələrin səmərəli və işgüzar şəraitdə keçdiyini deyib. Nazir bildirib ki, növbəti VI Rusiya-Azərbaycan Regionlararası Forum gələn il Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

