/ / Aydın Hüseynov: Prezident İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasında iqtisadi və siyasi münasibətlərin ən yüksək səviyyəyə çatmasına güclü zəmin yaradır
Aydın Hüseynov: Prezident İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasında iqtisadi və siyasi münasibətlərin ən yüksək səviyyəyə çatmasına güclü zəmin yaradır
17.07.2014 [04:43]
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasında iqtisadi və siyasi münasibətlərin ən yüksək səviyyəyə çatması və perspektiv əməkdaşlığın daha da dərinləşməsinə güclü zəmin yaradır. Dövlətimizin başçısının bu ölkəyə səfəri zamanı keçirdiyi faydalı və səmərəli görüşlər, həmçinin, “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin, eləcə də digər dövlətlərarası sənədlərin imzalanması əməkdaşlığın ən yüksək səviyyəyə çatmasına və siyasi-iqtisadi tərəfdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaq.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər üzrə komissiyasının sədr müavini Aydın Hüseynov dövlətimizin başçısının İtaliyaya səfərini şərh edərkən bildirib. Aydın Hüseynov qeyd edib ki, İtaliya və Azərbaycan arasında sıx dərin dostluq telləri, geniş əməkdaşlıq münasibətləri və strateji əhəmiyyət daşıyan möhkəm siyasi-iqtisadi tərəfdaşlıq mövcuddur. “Respublikamızın dövlət müstəqilliyini bərpa etməsindən sonra Avropa ölkələri içərisində ən yüksək səviyyədə iqtisadi əməkdaşlığı və siyasi münasibətləri gücləndirən ilk dövlətlərdən biri məhz İtaliya olub. Rəsmi Roma ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanla qarşılıqlı maraqlara söykənən birgə əlaqələr qurub. Birgə əməkdaşlığa dair mühüm razılaşmaların əldə olunması tərəflər arasında qarşılıqlı münasibətlərin güclənməsinə əlverişli zəmin yaradıb. “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın neft ehtiyatlarının işlənməsində İtaliya şirkətlərinin təmsil olunması ölkələr arasında iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə inkişafına dərin əsaslar yaradıb”.
YAP-ın İqtisadi məsələlər üzrə komissiyasının sədr müavini qeyd edib ki, İtaliya Azərbaycanla birgə regionda enerji təhlükəsizliyi məsələsində qətiyyətli addımlar atır: “Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan neftin əsas alıcılarından biri İtaliyadır. İtaliya Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də tərəfdaşlarındandır. Bu ölkə “Şahdəniz-2” layihəsindən hasil ediləcək qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəmərində (TAP) də təmsil olunub.
Enerji sahəsində əməkdaşlıqla yanaşı, siyasi, iqtisadi, sosial, humantiar, elmi-mədəni, təhsil, səhiyyə, turizm və digər bölmələrdə intensiv əlaqələrin inkişafı İtaliya-Azərbaycan münasibətlərində yeni dinamika yaradıb”.
A.Hüseynov bildirib ki, hazırda İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində birinci yerdə dayanır. “İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2013-cü ildə 11 milyard dollar təşkil edib. Bu, İtaliyanın Avropa İttifaqına daxil olan 11 ölkə ilə malik olduğu ticarət dövriyyəsindən daha yüksəkdir. Ölkələr arasında mütəmadi keçirilən biznes-forumlar kənd təsərrüfatı, qida sənayesi, loqistika, inşaat, tikinti, xidmət, nəqliyyat, enerji və s. sahələri üzrə əlaqələrin genişləndirilməsinə imkanlar yaradıb”.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

