“SOCAR-AQŞ” MMC jurnalistlər üçün neft-qaz sənayesinə dair maarifləndirici təlim keçirib
22.07.2014 [09:26]
İyulun 21-də “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümü münasibətilə müəssisə ilə əməkdaşlıq edən bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün neft-qaz sənayesinə dair maarifləndirici təlim keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə “SOCAR-AQŞ” MMC-də görülən təhlükəsizlik tədbirləri ilə bağlı təqdimat olub.
Sonra çıxış edən “SOCAR-AQŞ” MMC-nin baş direktoru Ramin İsayev müəssisənin yaranma tarixi və fəaliyyəti barədə danışıb. Məlumat verilib ki, “SOCAR-AQŞ MMC” 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və “Abşeron Qazma Şirkəti” (AQŞ) tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hazırda “SOCAR-AQŞ” MMC “Günəşli” yatağının dayaz sulu hissəsində yerləşən iki dərin dəniz stasionar özülündə üç qazma qurğusundan istifadə etməklə qazma işləri aparır. Müəssisə, həmçinin Bahar Enerji Əməliyyat Şirkətinin qazma proqramı çərçivəsində bir qazma qurğusu ilə qazma işləri həyata keçirir. “SOCAR-AQŞ”, eyni zamanda, “Ümid” və “Qərbi Abşeron” yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.
Bildirilib ki, “SOCAR-AQŞ” MMC 2009-cu ildən etibarən Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının (İADC) üzvüdür. Müəssisədə çalışan mühəndislər isə Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) üzvləridir.
“SOCAR-AQŞ” MMC ötən dövrdə inteqrə olunmuş idarəetmə sistemini müvəffəqiyyətlə tətbiq edib və ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb. Müəssisə, həmçinin 2010-cu ildə “Yeni qazma texnologiyalarının və yeni idarəetmə metodlarının tətbiqi” nominasiyası üzrə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) tərəfindən “İlin şirkəti” adına layiq görülüb. Müəssisə 2011-2013-cü illərdə isə CEIBC tərəfindən “İlin qazma şirkəti” adını qazanıb.
Maarifləndirici təlimin məqsədi barədə danışan “SOCAR-AQŞ”-nin baş direktoru R.İsayev bildirib ki, müəssisənin əməkdaşları ilə görüşdə neft-qaz sənayesi ilə bağlı xəbər və təhlillər hazırlayan milli mətbuat orqanlarının əməkdaşlarına bu istiqamətdə ilkin texniki biliklər veriləcək və qazma sənayesi haqqında qarşılıqlı fikir mübadiləsi aparılacaq.
Milli mətbuatın yaranmasının 139-cu ildönümü münasibətilə jurnalistləri təbrik edən müəssisənin baş direktoru onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutu idarə heyətinin üzvü və bu qurumun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu çıxış edərək KİV nümayəndələrinin fəaliyyəti, qəzet və elektron informasiya vasitələrinin cəmiyyətdəki rolu, dövlət tərəfindən onlara göstərilən qayğı barədə danışıblar.
Bildirilib ki, Azərbaycanda medianın inkişafı üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, KİV nümayəndələri üçün yaşayış binası tikilib istifadəyə verilib.
Daha sonra müəssisə ilə sıx əməkdaşlıq edən bir qrup jurnalistə “SOCAR-AQŞ” MMC-nin diplom və hədiyyələri təqdim edilib.
Mükafatlandırılanlar arasında qəzetimizin əməkdaşı Aqşin Şahinoğlu da var.
Tədbirdən sonra jurnalistlər üçün müəssisənin peşəkar mütəxəssis və mühəndisləri tərəfindən sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi, geoloji işlərin aparılması, müasir neft və qaz quyularının qazılması əməliyyatları haqqında təqdimatlar keçirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

