/ / “Azərbaycanın rabitə və yüksək texnologiyalar sektorunda yaradılmış işgüzar mühit” mövzusunda konfrans
“Azərbaycanın rabitə və yüksək texnologiyalar sektorunda yaradılmış işgüzar mühit” mövzusunda konfrans
04.09.2014 [09:26]
Azərbaycan-Amerika Ticarət Palatasının (“AmCham”) təşkilatçılığı ilə sentyabrın 3-də Bakıda ənənəvi informasiya-kommunikasiya texnologiyaları (İKT) konfransı keçirilib.
AzərTAc xəbər verir ki, “Azərbaycanda rabitə və yüksək texnologiyalar sektoru üzrə yaradılmış işgüzar mühit” mövzusuna həsr olunmuş tədbirdə Rabitə və Yüksək Texnologiyalar və Vergilər nazirliklərinin, Mərkəzi Bankın, özəl sektorun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən “AmCham”ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Fərid İsmayılzadə təmsil etdiyi qurumun Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına daim dəstək olduğunu bildirib.
Qeyd olunub ki, “AmCham” Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyasıdır. Şirkət Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli sərmayələrin əhəmiyyətli hissəsini təmsil edir.
Konfransın gündəliyi barədə məlumat verən F.İsmayılzadə bildirib ki, iştirakçılara İKT sahəsi üzrə digər ölkələrin təcrübələri ilə tanış olmaq, geniş fikir mübadiləsi aparmaq imkanı yaradılacaq.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tədbirin əhəmiyyətini qeyd edərək bildirib ki, konfransın məqsədi Azərbaycan hökumətinin yüksək texnologiyalar sahəsində həyata keçirdiyi işlərə töhfə vermək və özəl sektorla hökumət nümayəndələri arasında qarşılıqlı işgüzar əlaqələri genişləndirməkdir.
Nazir Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı üzrə həyata keçirilən islahatlardan, İKT sektorunda əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, BMT-nin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə yeni reytinqinin nəticələrinə görə, dünya siyahısında Azərbaycan 68-ci yeri tutaraq, əvvəlki reytinqlə müqayisədə 28 pillə irəliləyib.
Ölkəmizdə İKT sahəsində tətbiq olunan layihələr barədə məlumat verən nazir diqqətə çatdırıb ki, “Azərbaycan -2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında iqtisadi potensialın qeyri-neft sektoru hesabına iki dəfə artırılması nəzərdə tutulur. Bu məqsədlə bir sıra tədbirlər görülür, o cümlədən əlverişli rəqabət mühiti yaradılır, əmək ehtiyatlarının inkişafına, investisiyaların cəlb edilməsinə diqqət artırılır.
İnteraktiv formatda keçirilən konfransda yüksək texnologiyalar sahəsinin inkişaf perspektivləri müzakirə edilib, Azərbaycanda həyata keçirilən layihələrlə bağlı təqdimatlar olub.
Konfrans öz işini sessiyalarda davam etdirib. Sessiyalarda “Rabitə, yüksək texnologiyalar və “Elektron hökumət”in ölkənin inkişafında rolu”, “Yüksək texnologiyalarda Azərbaycanın insan resurslarının potensialı”, “Yüksək texnologiyalara dair məhsulların stimullaşdırılması”, “Yüksək texnologiya və maliyyə qrupları arasında imkanlar və dilemmalar” mövzuları müzakirə olunub.
Sonda “Microsoft Azərbaycan” MMC və “Yüksək Texnologiyalar Parkı” MMC arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum çərçivəsində tərəflər İKT-nin tətbiqi istiqamətində imkanların yaradılması sahəsində əməkdaşlıq edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

