IV Vergi Forumu işini başa çatdırıb
11.02.2015 [10:04]
Forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış ediblər
Xəbər verdiyimiz kimi, fevralın 9-da Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda IV Vergi Forumu öz işinə başlayıb. Plenar iclasdan sonra Forum öz işini sessiyalarda davam etdirib.
Forumun “Vergi sisteminin modernləşdirilməsi və səmərəliliyi” adı altında keçirilən sessiyada vergi sisteminin müasirləşdirilməsi, aktiv vergi siyasətinin həyata keçirilməsi, vergi siyasətinin fiskal sektora təsiri və onun strateji prioritetləri diskussiya mövzusu olub, innovativ iqtisadi inkişafa keçid prosesində vergi güzəştlərinin tətbiqinin əhəmiyyəti dəyərləndirilib, ölkədə bələdiyyə institutları, yerli vergilərin yığılmasında yaranan çətinliklər, eləcə də qeydiyyatdankənar əmək münasibətlərinin yaratdığı problemlər müzakirə edilib.
Forumun “Vergilərin məcburi yığılmasından könüllü əməletməyə keçid” adlı ikinci sessiyasında əsas müzakirə mövzuları vergi ödəyicilərinə göstərilən xidmətlər və onların inkişaf istiqamətləri, elektron xidmətlər, vergi ödəyicilərinin könüllü vergi əməletməsinə təşviq edən üsullar və bu sahədə mövcud dünya təcrübəsi, həmçinin, vergi maarifləndirməsində QHT-lərin və mətbuatın rolu olub.
Fevralın 10-da sessiyalar öz işini fəal müzakirələr şəraitində davam etdirib. Birinci sessiyada daha çox əmək münasibətlərinin leqallaşdırılması məsələləri, yaranan risklər və onların aradan qaldırılması yolları, transfer qiymətləndirmə, eləcə də, biznes sektoru və vergi orqanları arasında əməkdaşlıq və korporativ sosial məsuliyyət məsələləri müzakirə edilib, təqdimatlar dinlənilib.
İkinci sessiyada isə ekspertlər vergi partnyorluğu sazişləri, onların tətbiqi prosesində ortaya çıxan məsələlər, bu sahədə mövcud beynəlxalq təcrübə, eləcə də, hökumət ödənişləri portalı və onun e-hökumətin inkişafında rolu, elektron xidmətlərin inkişaf istiqamətləri, “ASAN İmza”, nağdsız ödənişlər və onun inkişaf istiqamətləri mövzusunda çıxışlar və təqdimatlar ediblər.
Sessiyalarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılıb, Forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış ediblər.
Sessiyalar işini başa çatdırdıqdan sonra IV Vergi Forumunun Plenar iclasında onların yekunları ilə bağlı iştirakçılara ümumiləşdirilmiş məlumat təqdim olunub. Bununla da, IV Vergi Forumu işini başa çatdırıb.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

