Səbail rayonunda 2015-ci ilin 6 ayının yekunları müzakirə olunub
15.07.2015 [10:07]
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasında müzakirə olunub.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, hesabat dövründə Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 7 milyard 797,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Nəqliyyat müəssisələri tərəfindən 214,3 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 5,5 faiz çox nəqliyyat xidmətləri, rabitə müəssisələri tərəfindən isə 65,9 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 5,3 faiz çox rabitə xidmətləri göstərilib.
Vurğulanıb ki, 6 ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşu 3 milyard 460,6 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 34,6 faiz çoxdur. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 2 milyard 288,9 milyon manat və ya əvvəlki dövrlə müqayisədə 2,1 dəfə çox olub.
Qeyd edilib ki, yanvar-iyun aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 109,1 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,7 faiz çox istehlak malları satılıb. Həmin dövrdə xidmət müəssisələri tərəfindən insanlara 130,5 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çoxdur. 2015-ci ilin yanvar-may ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 111 min 217 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1089,6 manat olub ki, bu da keçən illə müqayisədə 12,3 faiz çoxdur. Altı ay ərzində Səbail rayonu ərazisində 1034 yeni iş yeri açılıb. Bunların hamısı daimi iş yerləridir.
Diqqətə çatdırılıb ki, ötən il ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start götürmüş “Ümumrespublika yaşıllaşdırma marafonu” layihəsinin ikinci mərhələsi çərçivəsində rayonun müxtəlif yaşayış məntəqələrində bir neçə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 7 min yeni ağac, 35 min dekorativ gül kolu, 5 min kvadratmetr sahədə qazon otu əkilib, əvvəl əkilmiş ağaclara qulluq göstərilib. Əlavə olaraq şəhərin mərkəzində və Bakı şəhərinin cənub-qərb çıxışı olan Salyan yolu boyunca yol kənarlarında salınmış yaşıllıqlar zonasında çoxlu sayda dekorativ gül kolları əkilib.
Bildirilib ki, cari ilin 6 ayı ərzində Səbail Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 187 ailə (709 ailə üzvü) müraciət edib. Hər bir ailə üzvünə 37,79 manat olmaqla, orta hesabla hər bir ailəyə 143,31 manat sosial yardım təyin olunub. Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13 min 165 təqaüdçüyə ilin ilk 6 ayı ərzində 20,213 min manat təqaüd və müavinət ödənilib, ödənişlərdə gecikmələrə yol verilməyib. Səbail Rayon Məşğulluq Mərkəzinə ilin 6 ayı ərzində 693 nəfər iş axtaran vətəndaş müraciət edib və onların 483-ü daimi işlə təmin olunub.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25

