/ / Vergi sistemində tətbiq edilən informasiya texnologiyaları müasir beynəlxalq standartlara əsaslanır
Vergi sistemində tətbiq edilən informasiya texnologiyaları müasir beynəlxalq standartlara əsaslanır
03.09.2015 [10:05]
Eyyub İbrahimov: İnformasiya texnologiyalarının yaratdığı imkanların tətbiqi vergi inzibatçılığının yeni mərhələyə qədəm qoyması ilə nəticələnib
“Vergilər Nazirliyi ölkəmizdə elektron kargüzarlığı və müasir texnologiyaları tətbiq edən ilk mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirliyin həyata keçirdiyi layihələr digər dövlət və özəl qurumlar üçün əsl nümunəyə çevrilib. Müasir informasiya texnologiyalarının istifadəsinin nəticəsi olaraq Vergilər Nazirliyinin Aparatında və yerli qurumlarda işin keyfiyyəti artırılıb, vergi xidməti avtomatlaşdırılıb, vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən bütün xidmətlərdən istifadə imkanı əhəmiyyətli dərəcədə genişləndirilib”. Bunu KİV-ə müsahibəsində Vergilər Nazirliyinin İnformasiya texnologiyaları və proqram təminatı şübəsinin rəisi Eyyub İbrahimov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 28 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da əks olunan tapşırıqlar və göstərişlərin Vergilər Nazirliyi tərəfindən vaxtında və tam şəkildə icra edilməsi sayəsində vergi xidmətinin fəaliyyətində şəffaflıq təmin edilib: “İnformasiya texnologiyalarının yaratdığı imkanların tətbiqi vergi inzibatçılığının yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Vergi ödəyiciləri, vətəndaşlar və digər şəxslər subyektiv münasibətdən, neqativ hallardan tamamilə azad olub, vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı inam və işgüzar münasibətlər yaranıb. Əminliklə qeyd etmək olar ki, Vergilər Nazirliyi vergi ödəyicilərinə, vətəndaşlara, dövlət orqanlarına və digər qurumlara müasir xidmət təklif edən qurumdur”.
E.İbrahimov onu da deyib ki, bazar iqtisadiyyatında fərdi məlumatların bəzi şəxslər tərəfindən şəxsi məqsədlər üçün istifadə edilməsi ciddi maddi itkilərə səbəb olmaqla yanaşı, sahibkarlıq subyektinin işgüzar nüfuzuna və imicinə sarsıdıcı zərbə vurur: “Bu səbəbdən də vergi ödəyicilərinə aid məlumatların mühafizəsi, vergi ilə əlaqədar məxfi informasiyanın elektron və digər daşıyıcılarda saxlanılması, həmçinin, vergi sisteminin kiber hücumlardan qorunması məqsədilə Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, tətbiqi, istismarı, daim nəzarətdə saxlanılması və təkmilləşdirilməsi üçün ən yüksək beynəlxalq standartın - İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqinə başlanılıb. Vergilər Nazirliyi bu standarta uyğun fəaliyyət göstərməsinin təsdiqi kimi informasiya sisteminin İSO/İEC 27001:2013 standartına uyğun sertifikatlaşdırılmasına nail olub. Bütövlükdə dünyanın digər 26 ölkəsinin müxtəlif təşkilatları həmin sertifikatı əldə edib. Britaniya Standartları İnstitutu (BSİ) tərəfindən İSO/İEC 27001:2013 standartına uyğun sertifikatlaşması aparılan təşkilatların sırasında “Apple”, “Microsoft”, “BMW” və digər tanınmış brendlər var. Yeni standartın tətbiqi ilə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində risklərin və ya çatışmazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması, təhlükəsizlik üçün informasiyaların təsnifatlaşdırılması qaydasının və onların əhatə dairəsinin, eləcə də, server otaqlarına dair tələblərin müəyyən edilməsi və s. kimi məsələlər də öz həllini tapacaq”.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

