Azərbaycanda vergi ödəyicilərinin müraciətləri diqqətlə araşdırılır
12.09.2015 [11:23]
2015-ci ilin birinci yarımilliyi ərzində Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının icraatında 14 müraciət olub
Məlum olduğu kimi, ölkəmizdə vergi ödəyicilərinin hüquqlarının qorunması ön plandadır və son illər bu istiqamətdə bir sıra vacib addımlar atılıb. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda fəaliyyət göstərən vergi ödəyiciləri məhkəmələrə müraciət etməzdən əvvəl vergi orqanının yuxarı instansiyalarında öz hüquqlarını bərpa etmək üçün geniş imkanlara malikdirlər. Vergilər Nazirliyində fəaliyyət göstərən Vergi Apelyasiya Şurası məhz bu məqsədlərə xidmət edir.
2015-ci ilin birinci yarımilliyi ərzində Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının icraatında 14 müraciət olub. Bu müraciətlərdən biri 2014-cü ildən qalmış, 13 müraciət isə 2015-ci ilin ilk 6 ayı ərzində daxil olub. Şuranın icraatında olmuş müraciətlərdən 8-i kameral vergi yoxlamasının, 3-ü səyyar vergi yoxlamasının, 3-ü isə operativ vergi nəzarətinin nəticələri ilə bağlı olub. Müraciətlərin 11-nə 2015-ci ilin birinci yarımilliyi ərzində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurası haqqında Əsasnamə”nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilib. 1 iyul 2015-ci il tarixinə qalıq qalmış 3 müraciətdən 1-i üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması ilə bağlı olaraq Xarici İşlər Nazirliyi vasitəsilə Böyük Britaniyanın vergi orqanına sorğu göndərilib. Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 11 müraciətin 4-ü tam və ya qismən təmin olunub, 4-ü təmin edilməyib, 1-nin icraatına xitam verilib, 2-si isə baxılmadan saxlanılıb. Şura tərəfindən baxılmış 11 müraciətdən 10-u vergi ödəyicisinin təkrar şikayəti, 1-i isə vergi orqanının müraciəti üzrə olub.
Yeri gəlmişkən, vergi ödəyicilərinin müraciətlərinə etinasız yanaşan vergi orqanları və onların vəzifəli şəxsləri ilə bağlı müvafiq tədbirlər görülür. Məlumat üçün bildirək ki, Vergilər Nazirliyinin Daxili təhlükəsizlik Baş İdarəsində 2015-ci ilin 2-ci rübündə daxili nəzarət qaydasında keçirilmiş tədbirlərin, bu zaman aşkar edilmiş intizam pozuntularının monitorinqi aparılıb. Monitorinq nəticəsində müəyyən edilib ki, 2015-ci ilin 2-ci rübündə nazirliyin struktur bölmələrinin daxili nəzarət qrupları tərəfindən ümumilikdə 523, o cümlədən yerli vergi orqanlarında 442, nazirliyin aparatının struktur vahidlərində 81 daxili nəzarət tədbiri keçirilib. Qeyd olunan dövrdə vergi orqanı əməkdaşlarının hərəkətlərindən (hərəkətsizliyindən) Daxili təhlükəsizlik Baş İdarəsinə daxil olmuş müraciətlərin və təqdimatların araşdırılması, habelə yerli vergi orqanlarında aparılan daxili nəzarət tədbirləri zamanı 27 əməkdaş tərəfindən xidməti fəaliyyətində nöqsanlara yol verildiyi aşkar edilərək 13 əməkdaşa töhmət, 8 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 1 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 1 əməkdaş 6 ay müddətinə aşağı vəzifəyə keçirilib, 2 əməkdaş tutduğu vəzifədən kənarlaşdırılıb, 2 nəfərə yazılı xəbərdarlıq edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

