Neftçilər peşə bayramlarını təntənəli mərasimlə qeyd ediblər
22.09.2015 [10:19]
Sentyabrın 20-də Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin imzalanmasının 21-ci ildönümü təntənəli mərasimlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən energetika naziri Natiq Əliyev əlamətdar gün münasibətilə 70 minlik neftçi ordusunu təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir “Əsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb. Azərbaycanın bu sahədə qazandığı uğurların neftçilərin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlandığını deyən nazir bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb.
Azərbaycan neftçilərini peşə bayramları münasibətilə təbrik edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyasının ölkəmizə gətirdiyi uğurlardan danışıb. V.Ələsgərov qeyd edib ki, Azərbaycan bu gün təkcə neft ölkəsi kimi deyil, o cümlədən öz qazı ilə regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək bir ölkə kimi də tanınır. Milli Məclisin sədr müavini bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə ərsəyə gələn “Cənub” qaz dəhlizi Xəzərin Azərbaycan sektorundakı qaz yataqlarından hasil olunacaq qazın Avropaya nəqlinə imkan verəcək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev çıxış edərək şirkətin çoxminli kollektivini Neftçilər günü münasibətilə təbrik edib, fədakar neftçilərin əməyini yüksək qiymətləndirib. R.Abdullayev Azərbaycan iqtisadiyyatının inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasında və ölkəmizin dünyada neft ölkəsi kimi tanıdılmasındakı əvəzsiz xidmətlərindən danışıb.
SOCAR-ın prezidenti qeyd edib ki, ötən bir ildə dünya bazarında neftin qiymətinin iki dəfəyədək ucuzlaşmasına baxmayaraq, Azərbaycan neftçiləri çox mühüm işlər görüblər. Keçən ilin bu günü, yəni sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyuldu və qısa müddətdə layihənin uğurla həyata keçirilməsi üçün böyük addımlar atıldı.
“Azərbaycan hazırda dünyanın ən böyük layihəsini - “Cənub” qaz dəhlizini reallaşdırır. Xəzərdəki “Şahdəniz” yatağından başlayaraq 3 min 500 kilometr məsafədəki bu boru kəmərləri zəncirinin keçdiyi 6 ölkədə layihənin icrasında işlər proqrama uyğun həyata keçirilir. Təkcə Azərbaycanda bu layihə üzrə 20 minədək insan çalışır. Azərbaycanda və Gürcüstanda layihə çərçivəsində işlər sürətlə həyata keçirilir və boruların qaynaq işi aparılır. Türkiyədə isə TANAP layihəsi üzrə qrafikdə nəzərdə tutulandan da artıq işlər görülür. 1300 kilometr məsafədə olan bu boru kəmərinin keçəcəyi ərazilərdə artıq əsas işlərə başlanılıb və orada da on minlərlə insan çalışır. Avropada TAP layihəsində də işlər uğurla davam etdirilir”, - deyə R.Abdullayev vurğulayıb.
SOCAR prezidenti bildirib ki, aparılan bu işlərin nəticəsində Azərbaycan qazı Türkiyəyə 2018-ci ilin birinci yarısında, Avropaya isə 2019-cu ilin sonunda nəql ediləcək.
Şirkətin Azərbaycanda həyata keçirdiyi layihələrdən də danışan R.Abdullayev qeyd edib ki, Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin inşası məqsədilə işlər görülür. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernizasiyasına isə bu ilin sonunda başlanılacaq. Zavodda neft emalı 7,5 milyon tona çatdırılacaq ki, bu da “Avro-5” standartlarına uyğun məhsul istehsalına imkan yaradacaq. Karbamid və Polimer zavodu layihələrində də işlər uğurla həyata keçirilir.
Mərasimdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub. Akademik X.Yusifzadə onun əməyinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

