“Meyvəli” - bolluğu, bərəkəti, halallığı ilə...
09.10.2015 [10:06]
Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin edən əsas amillərdən biri onun çoxşaxəli olması və əsas iqtisadi sahələrin paralel şəkildə inkişaf etdirilməsidir. Buna görə də ölkə iqtisadiyyatı qeyri-neft sektoruna aid olan digər sahələr üzrə də dinamik inkişaf edir. Qeyd edək ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, hökumət ölkə əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları reallaşdırır. Bunun nəticəsidir ki, bu gün ölkəmizin iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir.
Hazırda ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Əhalinin keyfiyyətli kənd təsərüfatı məhsulları ilə təminatı istiqamətində bir sıra işlər görülür. Yeni logistik mərkəzlər, saxlama kameraları inşa edilir, eləcə də digər müvafiq tədbirlər reallaşdırılır. Yeri gəlmişkən, belə mərkəzlərdən biri də paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu-57 ünvanında yerləşən “Meyvəli” meyvə-tərəvəz logistik mərkəzidir. Dövlət layihə smeta sənədləri əsasında beynəlxalq standartlara uyğun inşa olunan mərkəz 2009-cu ildə istifadəyə verilib. Ümumi ərazisi 54 ha olan “Meyvəli” - meyvə və tərəvəz məhsullarının saxlanması, satışı və tranziti üçün nəzərdə tutulmuşdur. 6 korpusdan ibarət 11 360 m2 sahəsi olan 22 720 ton tutumlu 112 satış anbarı; 3 korpusdan ibarət 12.000 m2 sahəsi olan 24,000 ton tutumlu 60 soyuducu saxlama anbarları; kənd təsərrüfatı məhsullarının yarmarka və pərakəndə satış bazarı üçün isə 10 000 m2 -lik sahə fəaliyyətdədir. Bundan əlavə kiçik topdansatış işi ilə məşğul olanlar üçün 70 ədəd 34 kvadratmetrlik anbarlar da tikilib istifadəyə verilmişdir. Hal-hazırda icarədarların fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə hər birinin sahəsi 210 kvadratmetr olan 3 ofis tikilib istifadəyə verilmişdir. Anbarlar Amerika, Almaniya, İtaliya, Belçika, Danimarka, İsveç, Yaponiya, Türkiyə ölkələrinin istehsalı olan avadanlıqlar, elektron tərəzilər, mexaniki yükqaldırıcı qurğularla (“TOYOTA” firması) təchiz olunmuşlar. Anbar xidmətlərindən istifadə müqavilə əsasında həyata keçirilir.
“Meyvəli”nin ərazisində eyni vaxtda 600 ədəd iritutumlu yük maşınlarının yüklərinin qəbul edilməsi, boşaldılması, yüklənməsi, saxlanılması, topdan və pərakəndə satışının təşkil edilməsi, tranzit olaraq xarici ölkələr bazarına göndərilməsi imkanları mövcuddur. Bundan başqa müştərilərə gülərüz personalları ilə xidmət göstərən 400 kv.m-lik 2 ədəd ofis binası, hər biri 100 nəfərlik 2 yeməkxana, mağaza, bərbərxana, aptek, ilkin tibbi yardım, puldəyişmə məntəqəsi, 2 ədəd 100 tonluq elektron nəqliyyat tərəzisi, avtoyuyucu, təzyiqli su anbarı, nasosxana, transformator yarımstansiyası, 50 yerlik mehmanxana, məscid binası, yük və minik avtomobil dayanacağı, hamam, sanitar qovşağı və digər xidmətlər göstərilir.
Mərkəzin fəaliyyəti ilə tanış olan kənd təsərrüfatı naziri Heydər Əsədov da yeni logistik mərkəzin təməlqoyma mərasimi zamanı “Meyvəli” logistik bazasında müxtəlif ixtisaslaşma aparılmaqla həm kiçik pərakəndə, həm topdansatış, həm də kiçik topdansatış bazaları yaradılmaqla əhalinin bu və ya digər kənd təsərrüfatı məhsullarına, eləcə də ərzaq məhsullarına olan tələbatının ödənilməsi məqsədilə yaradıldığını bildirib.
Həmçinin o, “Meyvəli” logistik bazasının əhəmiyyətinin olduqca böyük olduğunu vurğulayıb. “Burada əsas məqsəd kənd təsərrüfatı istehsalçıları tərəfindən istehsal olunmuş məhsulların istər topdan, istərsə də pərakəndə satışına, saxlanılmasına və ixracının təşkilinə köməklik göstərməkdir”.
Logistik bazanın 54 hektardan artıq ərazisinin olduğunu vurğulayan nazir gələcəkdə bu sahənin inkişafının nəzərdə tutulduğunu da vurğulamışdır: “Gələcəkdə burada ərzaq, balıq məhsullarının və gül təsərrüfatı məhsullarının yaradılması nəzərdə tutulub”.
Nazir, həmçinin bu gün Bakı şəhərinin tələbatının böyük bir hissəsinin bu bazadan qaynaqlandığını da bildirib: “Bu bazar təkcə əhalinin ərzaq məhsullarına ola tələbatını ödəməklə deyil, eyni zamanda, dövlətlə əməkdaşlıq edərək bazara dövlətin tənzimləmə nəzarət funksiyasını həyata keçirməyə imkan verəcək. Çünki burada bolluq yaratmaqla, Kənd Təsərrüfatı Nazirliyi logistik baza ilə əməkdaşlıq edərək bazara istənilən vaxt müdaxilə edə biləcək. Bu baza vasitəsilə məhsulların qiymət meyillərini analiz və təhlil edərək, yaranmış tendensiyanı qiymətləndirərək nazirlik baza vasitəsilə bazara məhsul çıxara biləcək. Bu baza bir növ dövlətin tənzimləmə funksiyasının yerinə yetirilməsində geniş istifadə olunacaq”.
Nazir həmçinin yaradılan bu logistik baza hesabına yerli fermerlərin öz məhsullarını rahat satması üçün çox əhəmiyyətli olacağını da vurğulayıb: “Burada fermerlər öz məhsullarını anbarlarda yerləşdirə biləcək. İstənilən fermer buranın imkanlarından yararlana bilər”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

