Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni hava hərəkətini idarəetmə qülləsi açılıb
10.12.2015 [10:11]
Dekabrın 9-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müasir tipli ikinci hava hərəkətini idarəetmə (HHİ) qülləsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, hava hərəkətinin idarəsi sahəsində bütün müasir tələblərə cavab verən radiolokatorla uyğunlaşdırılan yeni HHİ qülləsinin Avropada analoqu yoxdur. Qüllə Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxınlaşma zonasında və aeroportun manevr zonalarında hava gəmilərinin daha səmərəli idarə olunmasını təmin etməyə imkan verəcək.
Yeni qülləni S rejimini dəstəkləyən RSM970S radiolokatoru ilə Fransanın “Thales” şirkəti təchiz edib.
Qüllənin açılış mərasimində Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, “Thales Eurasia” şirkətinin vitse-prezidenti Roje De və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) birinci vitse-prezidenti Sabir İlyasov iştirak ediblər.
AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasov açılış mərasimində bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan aviasiyasına diqqət və qayğısı sayəsində AZAL Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin olunması üçün bir sıra uğurlu layihələr həyata keçirib.
AZAL-ın birinci vitse-prezidenti deyib: “İnkişaf etmiş aeronaviqasiya infrastrukturu sayəsində Azərbaycan aeronaviqasiya sahəsində son elmi nailiyyətləri ehtiva edən ən müasir texnologiyaların tətbiqi sahəsində dünya liderlərindən birinə çevrilib. Bu da uçuşların təhlükəsizliyinin ICAO-nun və Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatının son tələblərinə uyğun yüksək səviyyəsini təmin etməyə imkan verir”.
“Thales Eurasia” şirkətinin vitse-prezidenti Roje De şirkətin HHİ qülləsini radarlarla təmin etməsi barədə məlumat verərək deyib: “Hesab edirəm ki, bu dispetçer nəzarət məntəqəsindən aeroportun görüntüsü çox yaxşıdır. Hər iki terminala gözəl panorama açılır. Biz bu qüllədə quraşdırılan radarın səsini eşidəndə qürur hissi keçirdik. Radarın funksiyası uçuşların təhlükəsizliyini təmin edən tədbirlər görməkdir”.
HHİ qülləsinin açılışını bildirən qırmızı lenti kəsən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bu hadisəni Azərbaycan-Fransa münasibətlərində çox əlamətdar hal adlandırıb. Diplomat ümidvar olduğunu bildirib ki, bu əməkdaşlıq uzunmüddətli və məhsuldar olacaq.
Azərbaycanın aeronaviqasiya sistemi iri aviadaşıyıcıların diqqət mərkəzindədir. Hazırda “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ildə 80 mindən çox tranzit uçuşuna və təqribən 40 min uçma və enməyə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25

