/ / İndiyədək AYİB Azərbaycana 164 layihə çərçivəsində 2,9 milyard ABŞ dolları məbləğində kredit ayırıb
İndiyədək AYİB Azərbaycana 164 layihə çərçivəsində 2,9 milyard ABŞ dolları məbləğində kredit ayırıb
25.05.2016 [10:14]
İndiyədək Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Azərbaycana 164 layihə, o cümlədən özəl sektorda 154 layihə çərçivəsində 2,9 milyard ABŞ dolları məbləğində kredit ayrılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri, AYİB-də Azərbaycandan müdir Şahin Mustafayevin AYİB prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.
Şahin Mustafayev yenidən AYİB prezidenti seçilməsi münasibətilə Suma Çakrabartini təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Qeyd edilib ki, Azərbaycanda AYİB ilə əlaqələrə böyük önəm verilir və Suma Çakrabartinin ölkəmizə səfərləri AYİB ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın genişlənməsinin göstəricisidir. Azərbaycan AYİB-in dövlət və özəl sektorun inkişafına göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirir. Beynəlxalq maliyyə institutları, o cümlədən, AYİB-lə birgə həyata keçirilən layihələrdə qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir.
İndiyədək AYİB tərəfindən Azərbaycana 164 layihə, o cümlədən özəl sektorda 154 layihə çərçivəsində 2,9 milyard ABŞ dolları məbləğində kredit ayrılıb. Bankın ölkəmizdəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı, nəqliyyat sahələrinə yönəlib, həmçinin banklara kredit xəttinin açılması, özəl şirkətlərə birbaşa kredit ayrılması və s. kimi sahələri əhatə edir.
Azərbaycan və AYİB arasında korporativ idarəetmə, infrastuktur, özəl sektor və s. sahələrdə əməkdaşlığın davam etdiyini qeyd edən Şahin Mustafayev Cənub Qaz Dəhlizinin önəmli hissələrindən olan TANAP layihəsi, eləcə də tranzit sahəsində bankla əməkdaşlıq imkanlarını vurğulayıb. Hazırda Ələtdə Azad Ticarət Zonasının təşkili istiqamətində işlər görülür. Şahin Mustafayev ilkin mərhələdə texniki dəstək olmaqla bu sahədə AYİB-lə əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.
Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib və vurğulayıb ki, sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb, lisenziyaların və icazələrin sayı kəskin azaldılıb, gömrük prosedurları sadələşdirilib, Apellyasiya Şuraları yaradılıb, maliyyə bazarlarına nəzarət gücləndirilib, investisiyaların təşviqi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bütün bunlar isə özəl sektorla AYİB arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır.
AYİB prezidenti Suma Çakrabarti yenidən AYİB prezidenti seçilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib, məqsədinin inkişaf etməkdə olan ölkələrə dəstək göstərmək olduğunu və bu istiqamətdə səylərini daha da artıracağını vurğulayıb. Təkcə ötən 2015-ci ildə AYİB-in Azərbaycanda 9 layihəyə maliyyə dəstəyi göstərildiyini vurğulayan Suma Çakrabarti infrastruktur, turizm, xüsusi iqtisadi zonaların yaradılması sahəsində əməkdaşlığın mümkünlüyünü qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59

